Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-713/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-713/2024 (Açar sözlər: pul, maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2419/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqlarını işə düzəltmək adı ilə aldığı 4000 manat, Xəyalın məhkəməsi adı ilə aldığı 4600 manat və Gədəbəy rayonunda kartof əkib becərmək adı ilə aldığı 7600 manat pulun, 138.60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X10 ilə təxminən 2 il bundan əvvəl uşağını həkimə aparan zaman taksi sürücüsü kimi tanış olmuş, onunla uşağını “Ömür” klinikasına aparıb gətirmiş, təxminən birlikdə 5 gün uşağı aparıb-gətirmişlər. Taksidə söhbət əsnasında cavabdeh ona bildirmişdir ki, artıq o “karqo terminalında” işə düzəlib və ona görə uşağı aparıb-gətirə bilməyəcəkdir. Həmin vaxt o, cavabdehə bildirmişdir ki, əgər orada yaxşı iş olsa, onun da oğlunu, qızını ora işə düzəltməkdə köməklik göstərsin. Bir həftədən sonra cavabdeh ona zəng etmiş və tanışı Xəyal vasitəsi ilə uşaqlarını işə düzəldə biləcəyini bildirmişdir. İşə düzəltmək üçün ilkin sənədləri hazırlamağı tapşırmış, 6500 manat pul istəmiş və bildirmişdir ki, 10 gün ərzində işə çağıracaqdır. O zaman 6500 manat pulu hissə-hissə olmaqla cavabdehə vermiş və cavabdeh bildirmişdir ki, həmin vaxt pulu Xəyal adlı şəxsə verəcəkdir. Lakin 3 ay keçməsinə baxmayaraq uşaqlarının heç birini işə düzəldə bilməmişdir. O, dəfələrlə Samirə xəbərdarlıq edərək ya uşaqlarını işə düzəltməyi, ya da ona verdiyi pulu qaytarmağı tələb etmişdir. Samir vaxtı uzatmışdır. Ona görə də xəstə həyat yoldaşı ilə birlikdə Samirin Sabunçu rayonu ərazisində doğum evində tibb bacısı işləyən anasının yanına gedərək Samirin karqoda işləyib-işləmədiyini soruşmuş və Samirin anası bildirmişdir ki, oğlu işdən gec gəlir. Anası ona deyilənləri Samirə çatdıracağını və onun uşaqlarını işə düzəltdirməsi üçün verdiyi sözə əməl etdirəcəyini bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, Samir yenə də heç bir iş görməmişdir. Ona görə məcbur olub Samirin yaşadığı evə gedərək onun ata-anası ilə görüşmüş, ya uşaqları işə düzəltməsini, ya da pulunu qaytarılmasını tələb etmişdir. Həmin vaxt Samirin ata-anası şübhəli danışmışlar, onun uşaqlarını işə düzəldibdüzəltməyəcəklərini bilmədiklərini bildirmişlər. O zaman Samiri çağırtdırmış və ondan uşaqların işə düzəldib-düzəltməyəcəyini soruşmuşdur. Həmin vaxt Samir bildirmişdir ki, iş məsələsini Xəyal həll edəcəkdir. Ona görə o, Samirin anası ilə Xəyalgilə getmişdir. Xəyalın anası ilə görüşmüş, həmin vaxt Xəyalın bacısı bildirmişdir ki, Samir və anası yalan deyir, Samir yalnız onun pulunu Xəyala verib, digərlərindən heç bir qəpik almayıb, həmin pulları Samir alıb xərcləyib. O, pulu verməsələr məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmin vaxt Xəyalın anası və bacısı evi satıb pulunu ödəyəcəklərini bildirmişlər. Ona görə o, sonradan ev üçün müştəri göndərmiş, lakin evi satmamışlar. Həmin vaxt ona aydın olmuşdur ki, Samir və Xəyal onu aldadır, ona görə məcbur olub polisə müraciət etmişdir. Polis orqanları həm Xəyalı, həm Samiri saxlasalar da, lakin sonradan Samiri işdən kənarlaşdırmışlar. Ona və digər şəxslərə olan borcun qaytarılması barədə Sabunçu Rayon Məhkəməsində işə baxılarkən Samir ona bildirmişdir ki, Xəyala verilmiş bütün pulların qaytarılması məqsədi ilə məhkəmədə iş görmək üçün ondan 4500 manat pul almışdır. Həmin vaxt Samir ona bildirmişdir ki, Xəyal barədə məhkəmə prosesi gedir və Xəyalın ona-Samirə böyük məbləğdə pul borcu vardır. Ona görə məhkəmə işlərinin aparılması üçün ona 4500 manat pul versə, məhkəmə qətnaməsi qəbul etdirəcək və Xəyaldan pul alaraq ona olan bütün borcları qaytaracaqdır. Ona görə o zaman əlavə olaraq Samirə 4500 manat pul vermişdir. Onunla cavabdeh arasında çoxsaylı telefon danışıqlarında ondan pulun alması faktı təsdiq edilmişdir. O zaman elə hesab etmiş ki, Samir günahsızdır və onun pulunu başqa adla mənimsəmişdir. Ona görə o zaman Samirlə münasibətlərini təkrarən yaxşılaşdırmışdır. Bir müddət sonra Samir bildirmişdir ki, Gədəbəydə torpaq sahəsi var, orada yaxşı kartof əkib becərməklə 3 qat qazanc götürə bilər. Bunun üçün pul lazım olduğunu bildirmişdir. Ona görə o, Samirə iki hektar torpaq sahəsinin əkib becərmək üçün ilkin olaraq 3400 manat, daha sonra 3200 manat pul vermişdir. O zaman Samir söz vermişdir ki, hər hektardan 10 ton kartof götürəcəkdir. O da Samirə inanmışdır. Bir müddət sonra Samirdən kartof əkib-əkmədiyini soruşduqda, Samir bildirmişdir ki, verilmiş pulun müqabilində kartof əkmiş və kartofun çıxarılması üçün əlavə pul lazım olduğunu bildirmişdir. Ona görə də yenidən əlavə olaraq 1000 manat pulu yeznəsi vasitəsi ilə Samirə göndərmişdir. Lakin sonradan Samir ona nə kartof, nə də pul qaytarmamışdır. Samir onu aldatmış, ona verilən pula özü üçün yaxşı münbit sahədə kartof əkmiş və sataraq külli miqdarda gəlir götürmüşdür. Lakin ona bildirmişdir ki, guya onun üçün əkdiyi sahədən cəmi 3 ton keyfiyyətsiz və çürük kartof çıxarılmış, həmin kartofu heç kim almamış və zay olmuşdur. Samirin onu aldatmasını yerində yoxlamaq üçün Gədəbəy rayonuna getmiş və kartof sahəsini mütəxəssislərlə aydınlaşdırmış və məlum olmuşdur ki, Samir onu aldadıb, ondan aldığı pula özü üçün yaxşı yerdə kartof əkmiş, onun üçün isə pis yerdə və az sahədə kartof əkmiş, həm də əkilən toxumluğu lazım olandan iki dəfə az sərf etmişdir. Ona görə də orada kartof bitməmişdir. Ona görə Samirdən pulu istədikdə, Samir müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Samirin əvvəldən fikri onu aldatmaq olmuş və o öz istəyinə nail omuşdur. Həyat yoldaşı 1-ci qrup əlildir və onun himayəsində olan əkiz nəvələri ağır xəstədirlər, onun daimi müalicəyə ehtiyacı vardır. Maddi vəsaitinin olmaması üzündən xəstə ailə üzvləri müalicəsini təmin edə bilmir. Bununla əlaqədar onu aldadaraq pulu alıb qaytarmayan Aliyev Samir barəsində qanuni tədbir görülməsi və ona verdiyi 7600 manat pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılmış, iş üzrə cavabdeh Aliyev Samifin izahatı alınmışdır. Cavabdeh öz izahatında qeyd etmişdir ki, ümumilikdə ondan 7600 manat pul almış, lakin kartof əkibbecərə bilmədiyi üçün pul qazana bilməmişdir. Ondan aldığı 6100 manat pulun yarısını, ayda 100 manat olmaqla qaytara bilər. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində HK-1/3021 saylı material üzrə işin mülki xarakterli olduğunu əsas gətirməklə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Mübahisəli işin mülki qaydada həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir.
3. Daha sonra ilkin iddia üzrə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh uşaqlarını işə düzəltmək adı ilə aldığı 4000 manat, Alıyev Xəyalın məhkəmədə vəkilə verilməsi, avtomaşının təmiri, icarə haqqının ödənilməsi və s. ad ilə ondan aldığı 6500 manat və Gədəbəy rayonunda kartof əkib-becərmək adı ilə ondan aldığı 7600 manat, ümumilikdə 18.100 manat pulun və 138.60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Sonradan ilkin iddia üzrə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh Xəyalın məhkəməsində iş görmək adı ilə aldığı 6500 manat, kartof əkib becərmək adı ilə aldığı 7600 manat pulun və ödənilmiş 138.60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Gədəbəy rayonunda kartof əkib becərilməsi üçün xərclədiyi 614 (altı yüz on dörd) manat vəsaitin, müxtəlif vaxtlarda ona verdiyi 2014 (iki min on dörd) manat vəsaitin və ona vurduğu mənəvi ziyana görə 10.000 (on min) manat vəsaitin, ümumilikdə 12.428 (on iki min dörd yüz iyirmi səkkiz) manat vəsaitin alınaraq ona ödəniİməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində bildirdiyi ilk 2 iddia üzrə Sabunçu Rayon Məhkəməsində məhkəmə baxışı keçirilib və müvafiq qərar qəbul edilmişdir. Cavabdehin iddia ərizəsində özünə daha keyfiyyətli torpaq sahəsi alması barədə məlumat həqiqəti əks etdirmir. Belə ki, cavabdehin icarəyə götürərək kartof əkdiyi sahə qara torpaq ərazidə, onun kartof əkdiyi sahə isə sarı torpaq ərazidə yerləşir. Cavabdeh iddia ərizəsində guya ona 7600 manat verdiyini qeyd etmişdir. Lakin həmin məbləğin 1000 manatını Təranənin kürəkəni ona verməmiş, özü kəndə gedərək hazır məhsulu sahədən fəhlələrə çıxartdıraraq aparmışdır. O, görüləcək bütün işlər və xərcləri barədə Təranəyə əvvəlcədən məlumat vermişdir. Təranə onunla hazırlanmış və hesablanmış layihə əsasında ona aşağıda qeyd edilən xərcləri ödəmək üçün pul vermiş, kifayət etmədiyi halda özünün vəsait xəcləməsini və sonradan xərclərini ödəyəcəyini bildirmişdir. Torpaq icarə haqqı - 2 hektar 500 manatdan = 1000 manat; payız şumu - 2 hektar 60 manatdan = 120 manat; toxum - 2 hektar 6 ton 55 qəpikdən = 3300 manat; toxum səpmək - 2 hektar 130 manatdan = 260 manat; gübrə -10 kisə - Azot =260 manat; gübrə - 4 kisə - yemləmə =144 manat; alaq dərmanı - 180 manat; dərmanı səpməyə -100 manat; yaz şumu - 2 hektar 60 manatdan = 120 manat; əkin - 2 hektar 150 manatdan = 300 manat; birinci döyüm - 2 hektar 60 manatdan = 120 manat; birinci döyüm - 2 hektar 60 manatdan = 100 manat; həşərat dərmanı- 50 manatdan 2 dəfə =120 manat; maşın pulu (Qazel) - 130 + 60 = 190 manat; fəhlə - gündəlik 25 manat, 2 nəfər x10 gün = 500 manat; fəhlələrə və traktorçuya yemək - 300 manat; fəhlələrə və traktorçuya siqaret pulu -100 manat, ümumi xərc 7214 manat. Göründüyü kimi, Təranənin əlavə xərcləri hesablamadan ona kartof əkinindən 7214 - 6600= 614 manat məbləğində borcu qalmışdır. Fəhlələrdən aldığı məlumata görə İddiaçı kartof əkdiyi sahədən 3,5 - 4 ton kartof çıxarılıb. İddiaçı ondan 2022-ci ilin noyabr ayında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə şikayət edərək ona borclu olduğunu bildirmişdir. O, öz abrına utanaraq orda Təranənin ümümi xərcləmiş olduğu 6100 manat vəsaitin yarısını, yəni 3050 manat hissəsini hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Ondan sonra İddiaçı 1500+300=1800 manat ödəmişdir. Bununla İddiaçı 614+1800=2014 manat məbləğində pul vəsaiti vermiş hesab olunur. O, gündəlik 25 manat ödəməklə icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu vaxtda 5 dəfə İddiaçı (ümumilikdə 20 gün) kartof əkdiyi sahəsində işlərin yerinə yetirilməsi üçün öz hesabına Gədəbəy rayonuna getmişdir (Gədəbəy rayonuna gedib gəlmək üçün avtomobilin tək yanacaq xərci 120-150 manat edir). Buna görə Təranə ona ödəniş etməyib. Bununla, İddiaçı onu qazana biləcəyi gəlirdən məhrum etmişdir. İddiaçı bu dələduzluq əməlləri ilə ona və ailə üzvlənə mənəvi zərər vurmuşdur. İddiaçı onun vaxtını boşuna sərf etməsinə, lüzumsuz xərcə düşməsinə səbəb olmuş, habelə əldə edəcəyi gəlirləri əldən çıxdığından mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də ona mənəvi zərər dəyib. Ona dəymiş mənəvi ziyanı 10.000 manat vəsait kimi qiymətləndirir. Bundan əlavə, ödəmiş olduğu 138 manat 60 qəpik dövlət rüsumunun ona ödənilməsi barədə iddiasının qarşılıqlı iddia təmin edildikdə cavabdehdən tutulmalı olduğu qənaətindədir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini etiraf etməmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh iddianı qismən etiraf etmiş, qarşılıqlı iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, kartof əkini üçün İddiaçı 7600 manat pul almışdır. Həmin puldan poçt vasitəsi ilə İddiaçı adına 1500 manat və 300 manat göndərmiş, sonuncu 1500 manatı qəbul etmiş, 300 manatı isə qəbul etməmişdir. Bundan başqa, ödəniş etməmişdir. Bundan başqa, o, İddiaçı 6500 manat pul almış, İddiaçı ilə onun Xəyala qarşı olan iddiaları təmin edilmişdir. İcra şöbəsində Xəyaldan onun xeyrinə tutulmalı olan 6500 manat pulun İddiaçı tərəfindən qəbul edilməsi barədə razılıq ərizəsi yazmışdır. Ondan tələb olunan 7600 manat pulun 1000 manatını İddiaçı kürəkəni xərcləmiş, ona 6600 manat pul verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2419/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 6500 manat və 7600 manat olmaqla, cəmi 14.100 manat məbləğində pul vəsaiti və 132.30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 739.1,-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Səraf oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Gədəbəy rayonu ərazisində iddiaçının kartof sahəsində becərmə işlərini aparmış, Gədəbəy rayonu, Xar-Xar kənd sakini, xx.xx.1965-ci il təvəllüdlü X7 vasitəçiliyi ilə kartofu yığmışdır. Hətta qeyd edilən şəxsin məhkəmə prosesində şahid qismində dindirilməsi ilə bağlı ərizə də verilmişdir. Lakin iddiaçı şahidlə əlaqə saxladıqdan sonra X11 məhkəmə prosesinə gəlməmişdir. Həmçinin hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələb etdiyi pul ondan deyil, X4 tutulmalıdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
14. Apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (tərəflər arasında mübahisənin mövcud olduğu tarixdə qüvvədə olan redaksiyası)
16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
17. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
18. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
23. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
24. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
26. Maddə 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. (əvvəlki redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
28. Maddə 740.1. (əvvəlki redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
29. Maddə 740.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
32. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;
33. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
34. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, qətnamə qalan mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
44. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
45. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1, 386.1, 442, 739-cu maddələrini tətbiq edərək Cavabdeh İddiaçı 6500 manat və Gədəbəy rayonunda kartof əkibbecərilməsi üçün 7600 manat pul alması və həmin pul vəsaitlərini hal-hazırkı vaxtadak sonuncuya qaytarmadığı qənaətinə gəlmiş, bu səbəbdən də, iddianı qeyd edilən hissələrdə qismən təmin etmişdir
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri borc münasibəti kimi qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
48. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
49. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
50. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında şifahi borc münasibətləri olmuşdur.
51. Lakin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 31 may 2016-cı il tarixli 269-VQD№-li Azərbaycan Respublikası Qanuni ilə Mülki Məcəllənin 740-cı maddəsinə dəyişiklik edilmişdir.
52. Azərbaycan Respublikası Mülki Peosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Tərəflər arasında iddia edilən borc münasibətləri yaranan zaman (2020-ci il) qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
54. Göründüyü kimi ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə cavabdehə verdiyini iddia etdiyi borcun məbləği üç min manatdan (6500 manat və 7600 manat) çox olduğundan tərəflər arasında borc müqaviləsi yazılı bağlanmalı idi. Lakin onlar arasında hər hansı yazılı borc müqaviləsi yoxdur.
55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
56. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.
57. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır.
58. Belə ki, Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. ...Mülki Məcəllənin 337.5ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.
59. İşin hallarına görə iddianın əsaslılığına qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, Sabunçu RPİ 14-cü PB-nin təhqiqatçısı, polis kapitanı X1 qəbul etdiyi cinayət işinin bağlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh Sərraf oğlu öz izahatında İddiaçı kartof əkib-becərməsi üçün ümumilikdə 7600 manat pul vəsaiti aldığını bildirmişdir.
60. Həmçinin iş materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli iclas protokollarından görünür ki, ilkin iddia üzrə Cavabdeh Sərraf oğlu öz izahatlarında kartof əkini ilə bağlı ilkin iddia üzrə iddiaçıdan 7600 manat məbləğində vəsait almasını etiraf etmişdir. Daha sonra ziddiyətli izahatlar verərək gah həmin məbləğin 1500 manatını iddiaçının özünə qaytardığını, gah da 1000 manatını iddiaçının kürəkəninin xərclədiyini və ona 6600 manat məbləğində pulun verildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən qeyd edilən iclas protokollarındakı ifadələrin həqiqəti əks etdirməməsi və məhkəmə tərəfindən təhrif olunması ilə bağlı hər hansı protokola qeydlərin edilməsinə dair ərizəsi iş materiallarında aşkar edilmədiyindən kollegiya həmin etirafların həqiqiliyinə şübhə duyulmaması qənaətinə gəlir.
61. Növbəti olaraq ilkin iddia tələbinin Xəyalın məhkəmə işi ilə bağlı iddiaçı tərəfindən cavabdehə verilən 6500 manat məbləğində pul vəsaiti ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, ilkin iddia üzrə Cavabdeh Sərraf oğlu öz izahatında iddiaçıdan 6500 manat pul aldığını, iddiaçı ilə onun özünün Xəyal adlı şəxsə qarşı iddiasının təmin olunduğunu və bu səbəbdən icra şöbəsində Xəyaldan onun xeyrinə tutulmalı olan 6500 manat pulun İddiaçı tərəfindən qəbul edilməsi barədə ərizə yazdığını bildirmişdir. Cavabdeh tərəfindən qeyd edilən iclas protokolundakı ifadənin həqiqəti əks etdirməməsi və məhkəmə tərəfindən təhrif olunması ilə bağlı hər hansı protokola qeydlərin edilməsinə dair ərizəsi iş materiallarında aşkar edilməmişdir.
62. O cümlədən iş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin rəisi Fizuli Hüseynova ünvanlanmış ərizədən də görünür ki, o, tələbkar olduğu məhkəmə qərarına əsasən ona borclu X8 tərəfindən verilməli olan 6500 manat pulun digər tələbkar İddiaçı verilməsinə etiraz etmir.
63. Sabunçu Rayon İcra Şöbəsinin 31 yanvar 2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, icra sənədinə əsasən borclu X8 iş üzrə tələbkarlar nə Cavabdeh nə də İddiaçı borcun bağlanması üçün görülmüş tədbirlərə baxmayaraq hər hansı ödəniş etməmişdir.
64. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
65. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
66. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, Cavabdeh Sərraf oğlunun İddiaçı kartof əkib-becərməsi üçün ümumilikdə 7600 manat və Xəyal adlı şəxsin məhkəmə işi ilə bağlı 6500 manat alması və indiyədək həmin vəsaitləri qaytarmaması işin mübahisəsiz halını təşkil etdiyindən və ilkin iddia üzrə iddiaçı özü də bunu etiraf etdiyindən apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassız hesab edilməlidir.
67. Kollegiya apellyasiya şikayətinin qarşılıqlı iddia üzrə iddiaçının kartof əkilməsi üçün ona verilən 6600 manat məbləğində puldan sonra əkin işləri üçün özünün 7214 manat pul xərcləməsi və hələ qarşı tərəfin ona 614 manat borclu olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, hazırki tələblə bağlı sübutetmə yükü, yəni qarşılıqlı iddia üzrə iddiaçıya maddi zərərin dəydiyini sübut etmək vəzifəsi məhz Cavabdeh Sərraf oğlunun üzərinə düşür və kollegiya hesab edir ki, o, həmin halı sübuta yetirə bilməmişdir.
68. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
69. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
70. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
71. Beləliklə, kollegiyanın qənaətinə görə, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə onun qarşılıqlı iddia tələbi ilə bağlı sübutetmə yükü öz üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun özü tərəfindən xərcləndiyinə dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir və iş materialları ilə qarşılıqlı iddia üzrə iddiaçıya maddi zərərin dəyməsi faktı təsdiq olunmur. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçının maddi zərərin ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır.
72. Eyni zamanda məhkəmə kollegiyasi qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının ona dəymiş maddi zərərin ödənilməsi ilə bağlı tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, həmin tələbdən irəli gələn tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi də təmin edilməməlidir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
74. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
75. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
76. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
77. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2419/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilkin iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia qismən təmin edilsin. Cavabdeh 6500 manat və 7600 manat olmaqla, cəmi 14.100 (on dörd min yüz) manat məbləğində pul vəsaiti və 132.30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova