Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7137/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli qərardaddan iddiaçı ASC-nin verdiyi şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış MPZK4457341A299 saylı, xx.xx.2021-ci il tarixli “Kredit və hesab müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 676,05 manat, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 124,15 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlər ilə birlikdə iddiaçı ASC-yə qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı ASC, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 36.1-ci maddəsinə istinad edərək hazırki iddia ərizəsini cavabdehin məlum olan sonuncu yaşayış yeri üzrə irəli sürmüş, lakin cavabdehin sonuncu yaşayış yerinin iddiaçının qeyd etdiyi ünvan 1 ünvanları olduğu iş materialları ilə müəyyən edilməmiş, iddiaçı ASC bunu təsdiq edə biləcək müvafiq arayışları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, cavabdehin sonuncu qeydiyyatda olduğu ünvan 2 ünvanı onun məlum olan sonuncu yaşayış yeri sayılır ki, belə olan halda iddia ərizəsinə Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalı deyil. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ASC cavabdehin sonuncu qeydiyyat ünvanı üzrə bundan əvvəl iki dəfə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddiaya Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılması üçün əsas olmadığından Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (İş №: 2(010)- 3759/2023) və xx.xx.2023-cü il tarixli (İş №: 2(010)-4778/2023) qərardadları ilə ərizələr geri qaytarılmışdır. Suraxanı Rayon Məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdehin sonuncu qeydiyyat ünvanı inzibati bina olduğundan cavabdehin sonuncu yaşayış yeri sayıla bilməz. Həmçinin mülki işə Suraxanı Rayon Məhkəməsində baxılması barədə ərazi aidiyyətinin mübahisəsiz olmasını təsdiq edən sübut ərizəyə əlavə edilməmişdir. Ona görə də, iddiaçı ona məlum olan cavabdehin sonuncu faktiki ünvanı üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin faktiki ünvanı barədə ASC-dən sübut (müvafiq arayış) tələb edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi düzgün deyil. Çünki ASC cavabdehi izləməli deyil. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh bundan sonra uzun müddət heç bir ünvana rəsmi qeydiyyata düşməyə bilər və bu. Ö növbəsində, iddia müddətinin pozulmasına səbəb ola bilər. Ona görə də, iddiaçı tərəfin məhkəməyə müraciət etmək hüququ pozula bilməz. Rayon Məhkəməsinin ərizənin qaytarılması ilə bağlı mövqeyi əsassızdır. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardada əsasən şikayəti təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayəti əsassız hesab etmiş Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadında bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququna hörmətlə yanaşılır, lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasında əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Ərazi aidiyyəti qaydalarını dəqiq müəyyən etmək mümkün olmadan iddia ərizəsinin icraata qəbul edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmiş – hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ nəzərə alınmaqla bütövlükdə icraatı və qəbul ediləcək qərarı əhəmiyyətsiz edəcəkdir. Ərazi aidiyyəti qaydaları bu faktı təsdiq edən sübut olmadan yalnız iddiaçının qeyd etdiyi ünvana əsasən tətbiq edilərsə məhkəmə icraatında xaotik vəziyyətin yaranmasına səbəb ola bilər. Həmçinin bir tərəfin məhkəməyə müraciət etmək hüququnun üstün tutularaq təmin edilməsi digər tərəfin hüquqlarının pozulmasını şərtləndirən haldır. Qüvvədə olan qanunvericiliyin müddəaları və mövcud məhkəmə təcrübəsi nəzərə alınaraq, hazırki halda iddia ərizəsinin Nəsimi Rayon Məhkəməsində icraatı ərazi aidiyyəti qaydalarına uyğun deyildir. Şikayətdə qeyd edilən dəlillər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv olunmalı və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı, “cavabdehin ünvanı” qrafasında sonuncu qeydiyyat ünvanı kimi - ünvan 6 ünvanlar kimi isə ünvan 10.Yusifbəyli küçəsi, ev 15 ünvanlarını qeyd etmişdir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Arayışa” əsasən, cavabdehin sonuncu qeydiyyat ünvanının ünvan 8 və xx.xx.2022-ci il tarixdən həmin ünvandan qeydiyyatdan çıxdığı müəyyən edilir. Lakin iddia ərizəsinə cavabdehin faktiki ünvanının Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 2 və ya ünvan 7 ünvanları olduğunu təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. İddiaçı Bankın cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişinin (İş v. 10) qeyd edilən hər üç ünvan üzrə göndərildiyi müəyyən edilsə də həmin bildirişin ünvan sahiblərinə çatdırılıb-çatdırılmadığını təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçı Bank bundan əvvəl cavabdehə qarşı MPM-nin 36.1-ci maddəsinə istinad etməklə cavabdehin məlum olan sonuncu yaşayır yeri üzrə eyni tələblə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı (İş №: 2(010)- 3759/2023) ilə həmin iddia ərizəsinin və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, hazırki işin ərazi aidiyyəti üzrə məhz Suraxanı Rayon Məhkəməsində baxılmalı olması mübahisəsiz olmalıdır. Lakin cavabdehin məlum olan axırıncı yaşayış yeri Suraxanı Rayon Polis İdarəsinin inzibati binası olmamış və olması da mümkün deyildi. MPM-nin 36.1-ci maddəsində göstərilən əsaslar olmadığına görə iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə verilə bilməz. Həmçinin iddiaçı, iddia ərizəsində cavabdehin faktiki ünvanını ünvan 10.Yusifbəyli küçəsi, ev 15 kimi göstərmişdir. Bundan sonra iddiaçı Bank, MPM-nin 35.1-ci maddəsinə istinad etməklə cavabdehin qeydiyyat ünvanı üzrə eyni tələblə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı (İş №: 2(010)- 4778/2023) ilə MPM-nin 35.1-ci maddəsində göstərilən əsaslar olmadığına görə həmin iddia ərizəsinin də geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı Bank, hazırki iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində MPM-nin 36.1-ci maddəsində qeyd edilən “cavabdehə iddia ... məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər” ifadəsini əsas göstərmişdir. MPM-nin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Rayon Məhkəməsi tərəfindən ərizənin ərazi yurisdikdiyası üzrə Nəsimi Rayon Məhkəməsinə aidiyyətinin müəyyən edilməsi məqsədilə müvafiq portal məlumatlarında cavabdehin əlaqə nömrəsi (099-310 88 89) ilə əlaqə yaradılmış, əlaqə zamanı cavabdeh hər hansı ünvanda qeydiyyatda olmadığını, faktiki yaşadığı ünvanı isə dəqiq bilmədiyini qeyd etmişdir (İş v. 33.). Rayon Məhkəməsi tərəfindən ərizənin ərazi yurisdikdiyası üzrə Nəsimi Rayon Məhkəməsinə aidiyyətinin müəyyən edilməsi məqsədilə müvafiq portal məlumatlarında cavabdehin əlaqə nömrəsi (***-*******) ilə əlaqə yaradılmış, əlaqə zamanı cavabdeh hər hansı ünvanda qeydiyyatda olmadığını, faktiki yaşadığı ünvanı isə dəqiq bilmədiyini qeyd etmişdir (İş v. 33.). Həmçinin cavabdehin yaşayış yerinin müəyyən edilməsi məqsədilə iddiaçının nümayəndəsi ilə telefon əlaqəsi (***-*******) yaradılmış, iddiaçının nümayəndəsinə cavabdehin ünvanının təsbit edilməsi üçün müəyyən sənədin təqdim edilməsi təklif edilmiş, nümayəndəsi isə öz növbəsində təqdim edilməsi mümkün olan sənədlərin tərəflərindən iddia ərizəsinə əlavə edilməklə elektron qaydada təqdim edildiyini bildirmişdir (İş v. 34.). Hər iki tərəflə telefon əlaqəsi saxlamaqla bütün mümkün tədbirləri gördüyü qənaətinə gəlmiş Rayon Məhkəməsi hazırki ərizəyə ərazi aidiyyəti qaydalarına uyğun şəkildə Nəsimi Rayon Məhkəməsində baxılmasının mümkünlüyünün müəyyən edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin sonuncu qeydiyyat ünvanı üzrə iki dəfə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra iddiaçı, hazırki iddia ərizəsini cavabdehin ona məlum olan sonuncu yaşayış ünvanı üzrə Nəsimi Rayon Məhkəməsinə vermişdir. İddia ərizəsinə iddiaçının sorğu verib ala biləcəyi cavabdehin ünvanı barədə MAPS arayışı əlavə edilmiş, Məhkəmə tərəfindən də elektron məhkəmə portalında həmin məlumat öz təsdiqini tapmışdır. İddiaçı cavabdehin ona məlum olan qeydiyyatsız yaşadığı sonuncu yaşayış ünvanını sübut etmək vəzifəsi daşımır və cavabdehin qeydiyyatsız yaşadığı ünvanda həqiqətən yaşadığını sübut etməyi iddiaçıdan tələb etmək də düzgün deyil. İddiaçı şikayətində haqlı olaraq qeyd edir ki, onun rəsmi olmayan bir məlumat kimi bu faktı sübut etmək imkanı xaricindədir. Həmçinin cavabdeh özü də Rayon Məhkəməsinə bu barədə dəqiq məlumat verməmişdir. Belə olan halda, müəyyən edilir ki, iddiaçı öz üzərinə düşən bütün lazımi imkanlardan istifadə etmiş, cavabdeh isə öz ünvanını dəqiqləşdirib məhkəməyə məlumat verə biləcəyi halda, hərəkətsizlik etmişdir. Cavabdeh AZEMİS “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməklə elektron kabinetə malikdir. Həm elektron kabineti vasitəsilə, həm də telefon vasitəsilə iddia ərizəsinin onun sonuncu yaşayış yeri kimi Nəsimi Rayon Məhkəməsinə verildiyi barədə məlumatlandırılmış və bu hal onun tərəfindən təkzib edilməmiş, cavabdeh tərəfindən şikayətə etiraz daxil olmamışdır. MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, iddiaçı tərəfindən ərazi aidiyyəti qaydalarına əməl edilməklə iddia ərizəsi cavabdehin ona məlum olan sonuncu yaşayış yeri üzrə düzgün olaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Beləliklə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmaqla MPM-nin 36.1-ci maddəsinin tələbini pozduğu üçün həmin qərardad ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalı olduğundan iddiaçının şikayəti qismən təmin edilmiş hesab edilir. Odur ki, qeyd edilənləri nəzərə alan və 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddia ərizəsinin mümkünlüyü və icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7137/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7137/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver