Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7142/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr barədə” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3881/2019 saylı işi üzrə 07.06.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı DəmirBank” ASC kiçik iddia ərizə ilə məhkəməyə müraciət edərək, bankın xeyrinə 99,42 manat əsas borc, 116,17 manat cərimə borcu və müqavilə bitdiyi tarixdən 02.05.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10,79 manatborc olmaqla, cəmi 226,38 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında məhkəmədən qətnamənin qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh rasında bağlanılmış 03.05.2013-cü il tarixli 56537898 saylı kredit müqaviləsi üzrə 02.05.2019-cu il tarixinə yaranmış tələb 226.38 manatdır (səh.3), DəmirBank” ASC ilə Cavabdeh arasında bağlanılmış 03.05.2013-cü il tarixli 56537898 saylı kredit müqaviləsinə əsasən Cavabdeh AYKart kredit kartı verilmişdir (səh.6), 07.05.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh 215.14 manat məbləğində borcunun olması və borcun 3 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir (səh.18). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3881/2019 saylı işi üzrə 07.06.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 741-ci maddələrinə istinad edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3881/2019 saylı, 07.06.2019-ci il tarixli qətnaməsi ləğv olunmasını və şikayəti təmin edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə bildirmişdir ki, iştirakı və xəbəri olmadan məhkəmə iclasları təyin edilmiş və məhkəmə iclasları keçirilərək barəsində yekun məhkəmə aktı qəbul edilmişdir.Halbuki Azərbaycan Respublikasının qanunvericiliyinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Qeyd olunan iddia üzrə əsas borc məbləği 99,42 manat olsada məhkəmə tərəfindən cərimə məbləğinin tənasübsüz surətdə şişirdilərək 116,17 manat məbləğində hesablanması barəsində qanunsuz qərar qəbul edilməsinə əsas vermiş, əssasız olaraq hesablanmış 116,17 manat cərimə məbləği silinməklə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edənCavabdeh apellyasiya şikayətini müdafiə edərək, bankdan alış veriş kartı aldığını, karta borcunu vaxtlı vaxtında ödədiyini, 2017-ci ildə bank ləğv edilildiyindən ödəniş etmək imkanından məhrum olunduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 427.3, 439-449, 467, 522, 551-554, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar, habelə hər hansı ekspertizaının təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadə və buna cəhd kimi qiymətləndirilməlidir. Cərimənin yüksək olması uzun müddət ərzində cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı olmuş və onun borcun ödəmək cəhdləri barədə dəlilləri sübuta yetirilmədiyindən özünün mülki məsuliyyət həddi çərçivəsində vəzifələrin daşıyıcısı olmuşdur. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və diqqətə çatdırılmalıdır ki, iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3881/2019 saylı işi üzrə 07.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7142/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7142/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver