Məhkəmə qərarları › İş №2(103)-715/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-715/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-715/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:kredit öhdəliyinin pozulması, borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2022ci il tarixli, 2(005)-357/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Expressbank" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 noyabr 2019 il tarixli, 900804-806247/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 30000 (otuz min (.00)) manat məbləğində kredit verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23086.64 manat məbləğində əsas borc və 9484.75 manat faiz borcu olmaqla, ümumilikdə 32571.39 (otuz iki min beş yüz yetmiş bir (.39)) manat borcun və 188.52 (bir yüz səksən səkkiz (.52)) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 29 sentyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 23086.64 manat məbləğində əsas borc və 9484.75 manat faiz borcu olmaqla, ümumilikdə 32571.39 (otuz iki min beş yüz yetmiş bir (.39)) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh 19 noyabr 2019-cu il tarixli 900***-*******/1 nömrəli kredit müqaviləsi üzrə 23086.64 manat əsas borc, 7449.29 manat faiz borcu və kredit müqaviləsinin 7.3-cü bəndinə (gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0.5 faizi həcmində) əsasən hesablanmış 29754.37 manat cərimə borcu olmaqla, cəmi 60290.3 (altmış min iki yüz doxsan (.otuz)) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 188.52 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 oktyabr 2022-ci il tarixli, 2(005)-357/2022 saylı qətnaməsi ilə (hakim Novruzova Aytən) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 900804-806247/1 saylı kredit müqaviləsinə əsasən 23086.64 (iyirmi üç min səksən altı manat altmış dörd qəpik) manat əsas borc, 7449.29 (yeddi min dörd yüz qırx doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 33035,93 (otuz üç min otuz beş manat doxsan üç qəpik) manat və ödənilmiş 188.52 (bir yüz səksən səkkiz manat əlli iki qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi və keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir..

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin faiz və cərimə pulunun tutulması hissəsində ləğv edilməsi və bu hissələrdə tələbin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alarkən kredit götürüldükdən sonra yaranmış şəraiti və cavabdehin şəxsiyyətini nəzərə almamışdır. Kredit götürüldükdən sonra yaranmış şərait hamıya bəlli olduğu kimi, həm pandemiya dövrü, həm də 44 günlük müharibə dövrü olmuşdur. Məhkəmə bu halları nəzərə almadan tənabsüz sürətdə hesablanmış dəbbə pulunu az miqdarda azaltmışdır. Daha sonra məhkəmə cavabdehin şəxsiyyətini nəzərə almamışdır. Belə ki, cavabdeh məhz 44 günlük müharibədə xidməti vəzifəsini yerinə yetirmişdir. Belə ki, cavabdeh xidməti vəzifəsini icra edərkən dəfələrlə ölümlə üz-üzə qalmış və xoşbəxtlikdən sağ qalmışdır. Məhz bu iki hal sübut edir ki, kredit öhdəlıiyinin icra edilməməsinə səbəb əsassız deyildir. Qeyd edilən şəraitlər aradan qalxsa da, cavabdeh kredit öhdəliyinin icra edilməsi üçün banka müraciətlər etsə də, bank cavabdehin müharibədə düşmənlə üz-üzə dayanmasını nəzərə almamış, əlverişli şərait yaratmamışdır ki, cavabdeh öhdəliyini icra etsin. Belə olan halda dəbbə pulunun 2500 (iki min beş yüz) manat olaraq müəyyən edilməsi ədalətsizdir. Belə ki, əslində dəbbə pulu çox cüzi ola bilərdi, lakin məhkəmə borca münasibətdə kifayət qədər yüksək məbləğ müəyyən etməklə, qeyd edilən normanın tələblərini pozmuşdur. Birinci instannsiya məhkəməsi ekspert rəyini deyil, iddiaçının təqdim etdiyi maliyyə arayışını əsas götürürək qətnamə qəbul etmişdir. İşin faktiki hallarında da qeyd edildiyi kimi, iddiaçı ilkin maliyyə arayışında cavabdehin xx.xx.2021-ci il tarixinə faiz borcu 9484.75 manat müəyyən edilsə də, sonradan ekspert rəyi ilə faiz borcu 3956.38 manat müəyyən edilmişdir. Lakin məhkəmə ekspert rəyindən göründüyü kimi iddiaçının təqdim etdiyi maliyyə arayışının yalnış olduğunu bilə-bilə sonda qərar verərkən, yenidən ekspertiza təyin etmədən iddiaçının sonuncu maliyyə arayışını əsas götürərək qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı ilkin iddia ərizəsinə əlavə təqdim edən zaman qanunvericiliklə ödənilməli olan dövlət rüsumunu az ödəyərək prosessual qaydaları pozmuşdur. Buna görə də bu əsasla qətnamə ləğv edilrək iddia baxılmamış saxlanılmalıdır.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün saydı.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamə faiz və cərimə pulunun tutulması hissəsində ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcu hissəsində dəyişdirilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil qismən əsaslıdır.

26. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli, 900804-806247/1 kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 36 ay müddətinə illik 16.5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir.

27. İşin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 900804-806247/1 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 1062.13 manat, sonuncu ay xx.xx.2022-ci il 1062.17 manat ödəməli idi.

28. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, 900804-806247/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 23086.64 manat məbləğində əsas, 9484.75 məbləğində faiz borcu, ümumilikdə 32571.39 AZN məbləğində borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsi üzrə gecikmə 345 gün təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, 900804-806247/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 23086.64 manat məbləğində əsas, 7449.29 məbləğində faiz borcu, 29754.37 manat dəbbə borcu, ümumilikdə 60290.3 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsi üzrə gecikmə 704 gün təşkil edir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4420 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 900804-806247/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə Cavabdeh İddiaçı ASCyə olan borcu 23204.58 manat əsas borc, 3956.38 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir.

30. İşin materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən 20 dekabr 2022-ci il tarixli qərardadı ilə təyin məhkəmə mühasibatlıq ekspertizasına əsasən verilmiş 19 yanvar 2023-cü il tarixli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 900804-806247/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 23204,58 manat, faiz borcu üzrə 7721,32 manat təşkil edir.

31. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə tələb edilən faiz borcuna münasibətdə qeyd edir ki, apellyasiya şikayətin verən şəxs dəlilində fazi borcunun ümumiyyətlə ləğv edilməsini düzgün hesablanmamasını bildirsə də, bu hal öz təsdiqini tapmamışdır. Əksinə araşdırma zamanı apellyatorun xahişi ilə təyin edilmiş ekspert rəyi ilə faiz borcunun məbləği iddia tələbində tələb edilən məbləğdən də artıq olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin faiz borcunun tutuması hisssəsində ləğv edilməsi barədə apellyasiya şikayətinin dəlili əsassız olmaqla təmin edilə və həmin hissəsdə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

32. Apellyasiya şikayətinin qətnamənin dəbbə pulunun tutulması hissəsində ləğv edilməklə həmin hissədə rədd edilməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə apellyatorun dəlilini qismən əsaslı hesab etmək olar.

33. Bununla bağlı qeyd edilməlidir ki, hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.

34. Məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, əsas borca münasibətdə Cavabdeh 2500 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsi cərimə borcunun dudulması hissəsində dəyişdirilərək Cavabdehdan iddiaçının xeyrinə tutulan cərimənin məbləği 500 manat məbləğində müəyyən edilməlidir.

35. Kollegiya Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavəyə görə rüsumun az ödənilməsi dəlilinə münasibətdə hesab edir ki, qeyd edilən dəlil qətnamənin ləğv edilməsinə əsas deyildir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə iddia ərizəsinə görə qanunvericiliklə müəyyən edilmiş rüsum az ödənildiyi halda, rüsumun ödənilməyən hissəsini iş üzrə tərəflərdən məhkəmə aktı ilə tutula bilər. İş materiallarından müəyyən edildiyi kimi iddiaçı birinci instansiya məhkəməsində iddia ərizəsinə görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunu 88.87 manat az ödədiyindən kollegiya hesab edir ki, həmin məbləğ iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir.

36. Həmçinin işin materiallarından görünür ki, apellyator özü də, apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunu qanunla müəyyən edilmiş (Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi qədər ödənilməlidir) ödənilməli olan məbləğin 50 faizi miqdarinda deyil, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində ödəniş etməklə dövlət rüsumunu 43,43 manat az ödəmişdir. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh 43,43 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir.

37. Eyni zamanda kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Hesab: AZ34CTRE********************) ödənilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(005)- 357/2022 saylı qətnaməsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə cərimə borcunun tutulması hissəsində dəyişdirilərək cərimə borcu 500 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" ASC-dən iddia ərizəsinin verilməsinə görə (ödənilməli məbləğdən az ödənilən) 88.87 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh apellyasiya şikayətinin verilməsinə görə (ödənilməli məbləğdən az ödənilən) 43.43 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar