Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7155/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 16794 manat maddi ziyan, ümumilikdə 760 manat DYP tərəfindən qeydə alınmış cərimələr, 120 manat evakuator və digər xərclər, etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 140.74 manat dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-9010/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9010/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsində mahiyyəti üzrə baxılması, əks təqdirdə şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-9010/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı yenidən məhkəməyə xx.xx.2025-ci il tarixli şikayət ilə mürcaiət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9010/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsində mahiyyəti üzrə baxılması, əks təqdirdə şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair xx.xx.2024-cü il tarixli icarə müqaviləsi vardır. Müqavilə tərəfləri İddiaçı və Cavabdehdur. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, tərəflər razılığa gəlirlər ki, aralarında gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılacaqdır. Mülki Prosesssual Məcəllənin 40-cı maddəsi ərazi üzrə müqavilə aidiyyətindən söhbət açmaqla bu tipli işlər üzrə xüsusi aidiyyəti müəyyən edir. Həmin maddədə ərazi aidiyyətinin müqavilədə birbaşa nəzərdə tutulmuş hallarda dəyişdirilməsi mübahisə edən hər iki tərəfin sərbəst iradə ifadəsi nəticəsində mümkündür ki, bu da ərazi aidiyyəti qaydalarının pozulması hesab oluna bilməz və Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin də tələblərinə uyğundur. Müqavilə aidiyyəti tərəflər üçün əlavə əlverişli vəziyyət yaradır və onların arasındakımübahisənin məhkəmə qaydasında daha rahat və etibarlı həllinə imkan verir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 6.3-cü bəndi tərəflər arasında ərazi aidiyyətinə dair razılaşmanın olmasını müəyyən edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 9010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iddianın icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 nömrəli qərardadında məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Xızı rayonu, Xızı ünvanında qeydiyyatdadır. İddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qanuni və əsaslı sayıla bilməz. Məhkəmənin mövqeyi ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd edir. Belə ki, hazırki iş üzrə iddiaçı cavabdehlə birbaşa olaraq avtomobilə dair müqavilə bağlayan şəxs olmasa da, avtomobilin mülkiyyətçisi olmaqla, mülkiyyətində olan avtomobillə bağlı icarə müqaviləsi əsasında avtomobili idarə etmiş cavabdeh tərəfindən avtomobilinə vurulmuş zərəri tələb edir. Belə olan halda kollegiya hesab edir ki, müqavilə tərəfi kimi iddiaçı olmasa da, iddiaçının mülkiyyətində olan avtomobilin icarədə olduğu dövrdə tərəflər arasında yaranan məhkəmə mübahisələrinə icarəyə verənin qeydiyyatı üzrə baxılması barədə razılıq əldə edildiyindən, hazırki işə prosessual qənaət prinsipi baxımından iddiaçının (mülkiyyətçi kimi) qeydiyyat ünvanı üzrə baxılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7155/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7155/2025
12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver