Məhkəmə qərarları › İş №2(103)-7160/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7160/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7160/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(008)-5561/2022 saylı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(008)- 5561/2022 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 122 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmış, iddiaçıya izah edilmişdir ki, hazırkı iddia tələbi ilə bağlı o, ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edə bilər. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ASC tərəfindən verilmiş iddia ərizəsində cavabdehin ünvanı ünvan 1 göstərilmiş, lakin “Elektron məhkəmə” informasiya sistemində cavabdehin ünvan 2 ünvanında qeydiyyatda olduğu müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş MAPS arayışında da cavabdehin ünvanı ünvan 1 qeyd olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində Cavabdeh ünvanı ünvan 1 göstərilsə də, “Elektron məhkəmə” informasiya sisteminə əsasən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Cavabdehə AA******* nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, AZEMİS Elektron məhkəmə informasiya sistemindən cavabdehin Sumqayıt şəhərində qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qanunun tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra maraqlı şəxsə ümumi qaydada ikinci dəfə iddia ilə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(008)- 5561/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar