Məhkəmə qərarları › İş №2(103)-7167/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7167/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7167/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh Məmməd oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beynəlxalq Bankı” ASC ilə Cavabdeh Məmməd oğluna arasında bağlanmış 01.06.2012-ci il tarixli 0477 saylı müqaviləyə əsasən 17.08.2020-ci il tarixə Banka borclu olduğu 2235,50 ABŞ dolları məbləğində əsas borc, 395,63 ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün 602,88 ABŞ dolları məbləğində faiz borcu və 447,10 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3681,11 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh Məmməd oğlundan tutularaq Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məmməd oğluna ilə 01.06.2012ci il tarixli 0477 saylı kredit müqaviləsinə əsasən o, "xxxx" ASC-dən illik 18 faizlə 60 ay müddətinə 10193,00 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka 2235,50 ABŞ dolları məbləğində əsas borc, 395,63 ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün 602,88 ABŞ dolları məbləğində faiz borcu və 447,10 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3681,11 ABŞ dolları məbləğində borcu qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Məmməd oğlundan 01.06.2012-ci il tarixli 0477 saylı kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla 2094,02 (iki min doxsan dörd dollar,02 sent ) ABŞ dolları məbləğində əsas borc, 143,67 (yüz qırx üç dollar, altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün 659,39 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2947,08 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145,00 manat pulun Cavabdeh Məmməd oğlundan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Məmməd oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz , əsassız və qərəzli hesab edərək, həmin qətnamənin ləğv edilməsini apellyasiya məhkəməsindən xahiş edir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı "xxxx"ASC ilə (bundan sonra "xxxx" ASC) Cavabdeh Məmməd oğlu arasında 01.06 2012-ci il tarixli 0477 saylı kredit müqaviləsi bağlanmışdır. 01 iyun 2012-ci il tarixli 477 nömrəli ipoteka müqaviləsinə əsasən, kreditin təminatı kimi Cavabdeh məxsus “Geely” markalı minik abtomobili 12 741 ABŞ dolları məbləğində qiymətləndirilərək "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Kredit Müqaviləsinin şərtlərinə görə "xxxx" ASC Cavabdeh ilik 18 % hesablamaqla, 60 ay müddətinə 10193 ABŞ dcllar məbləğində kredit vermişdir. Müqavilənin tərkib hissəsi olan 01 iyun 2012-ci il tarixli 1 saylı əlavədə müəyyən edilmiş cədvəl üzrə Cavabdeh vaxtaşırı ödəmələr etməklə "xxxx"ASC-yə hər ay 266.70 ABŞ dolları məbləğində pul ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı "xxxx"ASC-nin məhkəməyə təqdim etdiyi hesabata görə, Cavabdeh 06.10.2015-ci il tarixə qədər müddətdə aylıq vaxaşırı ödəmələr etməklə, ümumi məbləğdə Banka 9 111 ABŞ dollar məbləğində pul ödəmişdir. Göstərilən 06.10.2015-ci il tarixdən etibarən Cavabdeh “Banka” hər hansı ödəmələr etməmişdir. Buna səbəb həmin ərəfədə Azərbaycan manatının ABŞ dollarına münasibərdə devalvasiya olaraq, kəskin dəyərdə düşməsi olmuşdur. Lakin, işə məhkəmədə baxılan zaman "xxxx"ASC-nin məhkəməyə təqdim etdiyi maliyyə hesabatından məlum olmuşdur Cavabdeh xəbəri olmadan, onun adından 2019-cu ildə Bankın hesabına iki dəfə ödəmələr edilmişdir: 19.04 2019-cu il tarixdə - 1731,77 ABŞ dollar məbləğində , 07.05.2019-cu il tarixdə - 1032,35 ABŞ dollar məbləğində, cəmi 2764,12 ABŞ dollar məbləğində. Güman ki, "xxxx"ASC Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra onun borcu restrukturizasiya etmişdir. Bu barədə Banka dəflərlər müraciət etmişdir. Lakin Bankın məhkəmə iştirak edən nümayəndəsi bildirmişdir, onu borc nəbləğini Prezidentin Fərmanının təsiri altına düşmüş olsa belə, restrukturizasiya edilməmişdir. Göstərilən ödəmələrin kimin tərəfindən və hansı maliyyə sənədləri əsasında edilməsini müəyyən etmək istərkən, Bankın nümayəndəsi bu barədə məhkəməyə hər hansı sənəd təqdim etmək imtina etmişdir. Güman ki, bu ödəmələr ümuymiyyətlə həyata keçirilməmiş, Bank bunları formal olaraq maliyyə hesabatlarında göstərərək məhkməyə təqdim etmişdir ki, ötürülmüş iddia müddətini bərpa etsin. Guya ki 2019-cü ildə ödəmələr etməklə o borcu etiraf etmiş və həmin tarixdən iddia müddətinin axımı kəsilmişdir. İddiaçı "xxxx"ASC yol veridiyi qanun pozuntuları yalnız bundan ibərət olmamışdır. O, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn, üzərinə düşən öhdəlikləri icra etməmiş, onun borcunun məbləği 10 000 ABŞ dollarında qat-qat aşağı olduğu hala, bu məbləği restrukturizasiya etməmişdir. ABŞ dolları ilə hesablanan borcunu manata çevirməmişdir. Bunun səbəbəni Bankın nümayəndəsi belə izah etmişdir ki güya ki o borcun restrukturuzasiyası barədə Banka müracət etməmişdir. Bu tamamilə yalandır. Dəfələrlə müraciət etmiş, lakin Bank ona yalan vədlər verərək aldatmışdır. Bundan əlavə, qeyd edilən Fərmanda 10 000 manata qədər olan borcların müəyyən edilməsi və restrukturizasiya edilməsi öhdəliyi bilavasitə Bankların üzərinə göyülmüşdür, bu barədə vətəndaşlar tərəfindən razılıq ərizəsinin verilməsi Fərmanda nəzərdə tutulmamışdır. Lakin, birinci instasiya məhkəməsi tərəfindən kobuq qanun pozuntularına yol verilmişdir, işin faktiki halları düzgün müəyyən edilməmiş, maddi və hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə işin faktiki hallarını tam və dürüst müəyyən edib iddia müdətini tətbiq edilməli olduğu halda bunu etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn öhdəliklərinin "xxxx" ASC tərəfindən hansı səbəbdən icra edilməməsi araşdırmamışdır. Bunu səbəblərini sübut etmək vəzifəsi Bankı üzərinə düşdüyü halda, məhkəmə sübutları ondan tələb etmişdir. 06.10 2015-ci ildən etibarən tərəfindən Banka bir manat pul ödənilmədiyi halda, Bank borcun ödənilməsi üçün bu günə kimi heç bir tətbir görməmişdir. Bu fakta münasibətdə məhkəmə həmin dövr üçün tamamilə əsassiz olaraq illik 5 faiz hesablamaqla üzərinə 659,39 ABŞ dolları məblkəğində faiz və 50 ABŞ dolları cərimə hesablamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh mübahisələndirmişdir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh Məmməd oğlu arasında bağlanılmış 01.06.2012-ci il tarixli 0477 saylı kredit müqaviləsindən görünür ki, "Bank” tərəfindən “borcalan”a 60 ay müddətinə, illik 18 faiz olmaqla, 10193 ABŞ dolları məbləğində pul ayrılmışdır. Cavabdeh Məmməd oğlu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; İş materiallarında olan "xxxx" ASC-nin 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Məmməd oğlunun 01.06.2012-ci il tarixli 0477 saylı kredit müqaviləsi üzrə 2235,50 ABŞ dolları məbləğində əsas borc, 395,63 ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün 659,39 ABŞ dolları məbləğində faiz borcu və 447,10 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3737,62 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 04.05.2020-cu il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; İş materiallarında olan Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 05.11.2020-ci il tarixli 09\4207 nömrəli rəyindən görünür ki, Cavabdeh Məmməd oğlunun 01.06.2012-ci il tarixli 0477 saylı kredit müqaviləsi üzrə 2094,02 ABŞ dolları məbləğində əsas borc, 143,67 ABŞ dolları məbləğində faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh Məmməd oğlu arasında 01.06.2012-ci il tarixli 0477 saylı kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 60 ay müddətinə, illik 18 faiz olmaqla, 10193,00 ABŞ dolları məbləğində pul ayrılmışdır. Həmin razılaşmaya əsasən borcalan kredit məbləğini, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydalarla 60 ay müddətinə istifadə etməli və kreditdən istifadəyə görə Banka illik 18% faiz vəsait ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh Məmməd oğlu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, borclu Cavabdeh Məmməd oğlu iddiaçı "xxxx" ASC ilə bağladığı 01.06.2012-ci il tarixli 0477 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh Məmməd oğlu öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə haqlı olaraq qeyd etməyi etmişdir ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqaviləsi üzrə 2235,50 ABŞ dolları məbləğində əsas borc, 395,63 ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün 659,39 ABŞ dolları məbləğində faiz borcu və 447,10 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3737,62 ABŞ dolları məbləğində borc tələb edilsə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, sözügedən kredit üzrə Cavabdeh Məmməd oğlu iddiaçı banka həmin müqavilə üzrə 2094,02 ABŞ dolları məbləğində əsas borcunun, 143,67 ABŞ dolları məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə haqlı olaraq ekspert rəyini mötəbər sübut növündə qəbul edərək borclulardan rəylə müəyyən edilmiş məbləğlərdə əsas və faiz borcunun tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, haqlı olaraq hesab etmişdir ki, 01.06.2012-ci il tarixli 0477 saylı kredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 01.06.2012-ci il tarixli 0477 saylı kredit müqaviləsi üzrə 2094,02 ABŞ dolları məbləğində əsas borc, 143,67 ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün 659,39 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2947,08 ABŞ dolları pul məbləği (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd edir ki, onun xəbəri olmadan, onun adından 2019-cu ildə Bankın hesabəna iki dəfə ödəmələr edilmişdir ki, ötürülmüş iddia müddəti bərpa edilsin. Kollegiya hesab edir ki, qeyd olunan dəlil inandırıcı sayıla bilməz. Belə ki, iddiaçı tərəfindən ödənildiyi iddia edilən (19.04 2019-cu il tarixdə - 1731,77 ABŞ dollar məbləğində, 07.05.2019-cu il tarixdə - 1032,35 ABŞ dollar məbləğində, cəmi 2764,12 ABŞ dollar məbləğində) ödənişlər iddia tələbinə yaxın məbləğ təşkil edir. Bu halda həmin məbləğin cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən ödənilməsi kimi düşünülməsi məntiqə sığmayan yanaşma olardı. Kollegiya hesab edir ki, borc üzrə məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığından iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Hazırki halda isə cavabdehin kredit üzrə sonuncu ödəniş müddəti 07.05.2019-cu il tarixdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Ona görə də kollegiya apelyasiya şikayətin qeyd olunan dəlilini əsassız hesab edir. Apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn öhdəliklərinin "xxxx"ASC tərəfindən hansı səbəbdən icra edilməməsi araşdırmamışdır. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, hazırki kredit məbləği “Azərbaycan Respuiblikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tətbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşmür. Belə ki, qeyd edilən Fərman fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarına şamil edilir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh Məmməd oğlu arasında bağlanılmış 01.06.2012-ci il tarixli 0477 saylı kredit müqaviləsindən görünür ki, "Bank” tərəfindən “borcalan”a 60 ay müddətinə, illik 18 faiz olmaqla, 10193 ABŞ dolları məbləğində pul ayrılmışdır. Göründüyü kimi Cavabdeh Məmməd oğluna verilmiş kredit məbləği 10 000 (on min) ABŞ dollarından çoxdur. Ona görə də kollegiyaa hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və təmin edilə bilməz. Apelyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, məhkəmə həmin tamamilə əsassız olaraq illik 5 faiz hesablamaqla üzərinə 659,39 ABŞ dolları məblkəğində faiz və 50 ABŞ doları cərimə hesablamışdır. Kollegiya qeyd edir ki, borclu Cavabdeh Məmməd oğlu iddiaçı "xxxx" ASC ilə bağladığı 01.06.2012-ci il tarixli 0477 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin və müqavilənin tələblərini pozmuşdur və Cavabdeh Məmməd oğlu öhdəliyini icra etməyən borclu kimi qanunla müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin cavabdeh borcunun ödənilməsini digər şəkildə gecikdirdiyinə görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdikəri onu müqavilə ilə üzərinə götürmüş öhdəlilkləri yerinə yetriməsindən azad etmir. Ona görə də kollegiyaa hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Məmməd oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar