Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7175/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçının nümayəndələri X4 və X7, Cavabdehun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1286/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 08.06.2010-cu il təvəllüdlü X13, 10.03.2012-ci il təvəllüdlü X14 və 11.03.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin tutulması ilə yanaşı hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 01.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 08 iyun 2010-cu il təvəllüdlü X13, 10 mart 2012ci il təvəllüdlü X14 və 11 mart 2019-cu il təvəllüdlü X15 adında üç uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra münasibətləri normal olsa da, sonradan tərəflər arasında yaranan fikir ayrılıqları, xasiyyətlərinin uyğun olmaması tez-tez mübahisələrə səbəb olmuş və tərəflər arasında əlaqələrin kəsilməsinə gətirib çıxarmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-81/2020 saylı, 09.01.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2008-ci il tarixdə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 iyun 2010-cu il təvəllüdlü X5, 10 mart 2012-ci il təvəllüdlü X6 və 11 mart 2019-cu il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 21 avqust 2019-cu il tarixdən başlayaraq 08 iyun 2010-cu il təvəllüdlü X5, 10 mart 2012-ci il təvəllüdlü X6 və 11 mart 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı təqribən 260 manat təşkil etməklə uşaqların ehtiyaclarının təmin olunmasına kifayət etmir. İddiaçı himayəsində azyaşlı uşaqları olduğundan işləyə bilmir. Hazırda uşaqların xərclərinin və tələbatlarının artması, eləcə də Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqların yaşayış minimumunun 175 manat məbləğində müəyyən edilməsi səbəbindən yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqların yaşayış minimumunun 175 manat olmasını nəzərə alsaq, Cavabdeh üç uşağa görə hər ay minimum 525 manat aliment ödəməlidir, lakin cavabdeh bu məbləğin yarısını ödəməklə uşaqların saxlanmasında demək olar ki, iştirak etmir. Cavabdehin əmək haqqı barədə təqdim etdiyi arayışdan göründüyü kimi, onun aylıq qazancı dəyişkəndir, ona görə də qazancın yarısı uşaqların minimum tələbatlarını ödəmədiyindən, aylıq qazancın yarısından əlavə hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 10.03.2012-ci il təvəllüdlü X6 ondan alınıb anası İddiaçı verilənə qədər saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəlinin 21.01.2020-ci il tarixdən hesablanması, ondan iki uşağa görə qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 01.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 08 iyun 2010- cu il təvəllüdlü X13, 10 mart 2012ci il təvəllüdlü X14 və 11 mart 2019-cu il təvəllüdlü X15 adında üç uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-81/2020 saylı 09.01.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2008- ci il tarixdə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 iyun 2010-ci il təvəllüdlü X5, 10 mart 2012-ci il təvəllüdlü X6 və 11 mart 2019-cu il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 21 avqust 2019-cu il tarixdən başlayaraq 08 iyun 2010-cu il təvəllüdlü X5, 10 mart 2012-ci il təvəllüdlü X6 və 11 mart 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin həmin qətnamədən sonra 21.01.2020-ci ildən 10.03.2012-ci il təvəllüdlü X14 onun yanındadır. 10.03.2012-ci il təvəllüdlü X6 onun yanında qalmasına baxmayaraq İddiaçı üç uşağa görə aliment ödəyir. Bu səbəbdən hesab edir ki, uşağın onda qaldığı gündən anaya qaytarılma tarixinə kimi hər ay iddiaçıdan 175 manat məbləğində aliment tutulmalı, habelə ondan iki uşağa görə qazancının və digər gəlirlərinin 1/3 hissəsində aliment tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı qeyd etmək istəyir ki, 2014-cü ildən operator vəzifəsində işləyir, vergi və DSMF ödənişləri tutulduqdan sonra 529 manat əmək haqqı alır, lakin hər ay əmək haqqına müxtəlif məbləğlərdə əlavələr olur və aylıq qazancı aylar üzrə fərqli olur, hər ay qazancının yarısını isə iddiaçıya ödəyir. Eyni zamanda birgə nikah dövründə 06.08.2019-cu il tarixdə bankdan 10000 manat məbləğində kredit götürmüşdur, həmin kreditə görə də aylıq ödəniş edir. Belə olan təqdirdə hər uşağa görə əlavə olaraq 100 manat alimentin tutulması tələbi tamamilə əsassızdır, belə ki, bu halda onun öz təminatı üçün ümumiyyətlə heç bir məbləğ qalmır. Həmçinin hesab edir ki, 10.03.2012-ci il təvəllüdlü X6 onun yanında qalması nəzərə alınaraq, iddiaçıya ödənilən məbləğ iki uşağa görə aylıq qazancın 1/3 hissəsi həcmində müəyyən edilməli, habelə bir uşağa görə iddiaçıdan onun xeyrinə hər ay 175 manat aliment tutulmalıdır. Əslində onun qarşılıqlı iddia vermək niyyəti olmamış, iddiaçı tərəfə alimentin artırılması tələbindən əl çəkəcəyi halda, qarşılıqlı iddiadan imtina edəcəyini bildirmiş, lakin tərəflər arasında razılaşma olmamışdır. Qeyd olunanlara əsasən, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1286/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 08 iyun 2010-cu il təvəllüdlü X5, 11 mart 2019-cu il təvəllüdlü X8, 10 mart 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində və əlavə olaraq hər ay hər uşağa görə 40 (qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, hazırkı qətnamə üzrə alimentin hesablanmasının 08 iyun 2010-cu il təvəllüdlü X9, 11 mart 2019-cu il təvəllüdlü X12 münasibətdə 31 mart 2021-ci il tarixdən, 10 mart 2012-ci il təvəllüdlü X10 münasibətdə onun faktiki iddiaçının himayəsinə verildiyi tarixdən hesablanması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, ilk iddia tələbinin tam təmin edilməsini xahi etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia qismən təmin edilərkən cavabdehin maliyyə vəziyyəti, yəni əmək haqqı miqdarı qabardılmış, lakin nəzərə alınmamışdır ki, cavabdeh hətta işləməsə belə uşaqlan saxlamağa və aliment məbləğinin ən azı minumum yaşayış səviyyəsi miqdarında ödəməyə borcludur. Birinci instansiya məhkəməsi alimentin məbləğin 40 manat artım etməklə əslində cəmi 120 manat artım etmiş olmuşdur, bu da 3 uşağa münasibətdə 380 manat cəmi aliment alınması, hər uşağa münasibətdə isə təxminən 126 manat edir. Bu isə Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqların yaşayış minimumu qanunla üçün müəyyən edilmiş 173 manat məbləğindən kifayət qədər aşağıdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bir tərəfin hüquqlarını kobudca pozaraq digər tərəfə üstünlük yaratmışdır. Məhkəmə ilkin iddiaçının iddiasını yaşayış minimumu haqqında qanuna əsasən təmin etməklə onun yaşayış minimumu haqqında qanundan irəli gələn hüquqlarını kobudca pozaraq qanun qarşısında bərabərlik prinsipini pozmuş, bir tərəfin hüququnu kobudca pozan, digər tərəfə üstünlük yaratmışdır. Belə ki, onlar nikah dövründə həmin qazancla 5 nəfər ailə üzvünün hamısı dolandığı və kreditlərini də ödədikləri halda hazırki qətnamə ilə əmək haqqının böyük hissəsinin tutularaq iddiaçıya verilməsi həm birgə nikah dövründə əldə etdikləri kredit öhdəliklərini icra edə bilməməsinə, həm də yaşayış minimumunda nəzərdə tutulan məbləğdən məhrum olmasına səbəb olmuşdur ki, belə olan təqdirdə onu maddi cəhətdən tamamilə əlverişsiz hala salmışdır. İlkin iddiaçı maddi səbəbdən ayrılmamış, birgə nikahda olarkən eyni qazancla ailə həyatlarım davam etdirmişdir və uşağın əvvəlki şəraitinin aşağı salınması barədə hər hansı bir hal mövcud olmamış, əksinə 3 uşağa görə ondan 50 faiz aliment tutulduğu və uşağın birinin onda olmasına baxmayaraq ondan 3 uşağa görə aliment tutulmasının belə uşaqların mənafeinə heç bir mənfi təsiri olmadığı tam sübuta yetirilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndələri iddiaçının apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətini isə qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçı tərəfin isə apellyasiya şikayətini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərinin hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətlər təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər 01.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 08.06.2010-cu il təvəllüdlü X13, 10.03.2012-ci il təvəllüdlü X14 və 11.03.2019-cu il təvəllüdlü X15 anadan olmuşlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 81/2020 saylı, 09.01.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2008-ci il tarixdə Qobustan rayon İcra Hakimiyyəti Başçısının Bədəlli kəndi üzrə nümayəndəliyində 07 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 iyun 2010-cu il təvəllüdlü X5, 10 mart 2012- ci il təvəllüdlü X6 və 11 mart 2019-cu il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 21 avqust 2019-cu il tarixdən başlayaraq 08 iyun 2010-cu il təvəllüdlü X5, 10 mart 2012-ci il təvəllüdlü X6 və 11 mart 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qobustan Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, 10.03.2012-ci il tarixdə anadan olmuş X6 atası Cavabdeh alınıb anası X3 verilməsi, qarşılıqlı iddianın uşağın onun himayəsində qalması barədə iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-899/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsi ilə 10.03.2012-ci ildə anadan olmuş X6 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi barədə Qobustan Rayon Məhkəməsinin 2(026)-156/2020 saylı, 29 Sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ARDNŞ-nin “Qaz İxrac İdarəsinin” X16 Kəmərləri Sahəsində əmək müqaviləsi üzrə qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləyir və aylıq əmək haqqı 537,60 manat təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, yetkinlik yaşına çatmayan uşaqların yaşı, mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin ailə və maddi vəziyyəti, iddiaçının işləməməsi, cavabdehin aylıq qazancının dəyişkən olması və aylar üzrə məbləğləri, təyin edilmiş alimentin 2021-ci il üzrə uşaqlar üçün yaşayış minimumu normasını tam ödəməməsi, habelə 2021-ci il üzrə yaşayış minimumunun ölkə üzrə 196 manat olmaqla cavabdehə 2021-ci ildə aylıq tutulmalardan sonra ödənilən məbləğlərin həmin minimumdan orta hesabla aylıq 120 manat artıq olması (yəni ((331,68-196)+(265,87- 196)+(350,44- 196))/3=120 manat) və həmin məbləğin üç azyaşlı uşağın (hər birinə 40 manat hesablanmaqla) təminatına yönəldilməsinin uşaqların və cavabdehin mənafeyi baxımından ədalətli tarazlıq yaratması, eyni zamanda iş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilən hallar, tərəflərin cavabdehin kredit götürdüyü vaxt və digər məsələlər barədə izahatları nəzərə alınaraq, ilk iddia qismən təmin edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi ilkin iddia ərizəsini qismən təmin edərkən, uşaqların mənafeyini üstün tutmaqla eyni zamanda cavabdehin maddi vəziyyətini nəzərə almış və düzgün nəticəyə gəlmişdir. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə də, qeyd edir ki, cavabdeh iddiaçıdan alimentin tutulmasını tələb etsə də, nəzərə almamışdır ki, 10 mart 2012- ci il təvəllüdlü X14 qanuni əsaslar olmadan onunla birlikdə yaşayır. Belə ki, tərəflərin nikahı pozulduqdan sonra uşaqların ananın yanında saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində olan dəlillərin münasibətdə qeyd edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Onun şikayətində göstərilən hallar, maddi vəziyyətinin pis olması, onun uşaqlarının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının artan tələbatlarını təmin etməlidir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşıyır və apellyatorların subyektiv mülahizələrinə əsaslanır. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hər-hansı əsas müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti edilməsin. Cavabdeh apellyasiya şikayəti edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1286/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7175/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7175/2021
03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver