Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-719/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehlə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin iddiaçı Birliyə vurduqları maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 6.292,90 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,93 manat məbləğində pulun cavabdehlərdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, abonent olan cavabdehlər ilə Birlik arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən əvvəlcə Cavabdeh2, sonra isə Cavabdeh1 məxsus olmuş və Bakı şəhəri, Səbail rayonu, 3-cü Yaşayış massivində yerləşən 340 “A” saylı özbaşına tikili olan ev təbii qazla təchiz edilir və bununla bağlı olaraq həmin ünvanda “G-4 markalı” qaz sayğacı quraşdırılmış, ünvana iddiaçı Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00061 nömrəli abonent kodu verilmişdir. Cavabdehlər, yuxarıda qeyd edilən müqavilənin və “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışlar. Belə ki, Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, həmin özbaşına tikiliyə aid qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, təbii qazdan qeyri-qanuni istifadə hallarını aşkar edərək, bu barədə müxtəlif tarixlərdə cəmi 20 akt tərtib etmişlər. Həmin aktlar əsasında aparılmış hesablanma nəticəsində müəyyən edilmişdir ki, Birliyə dəymiş zərərin məbləği cəmi 6.292,90 manat (xx.xx.2019 tarixli akt əsasında 820,80 manat, xx.xx.2020 tarixli akt əsasında 547,20 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat) təşkil edir. Birlik, həmin zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etsə də, ziyan ödənilməmişdir. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 102,93 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatlar barədə məlumat
3. Birliyinin nümayəndələri X3 və Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini Rayon Məhkəməsində xahiş etmişlər.
4. Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddia ərizəsində qeyd edilən ev özbaşına tikilidir və həmin tikilidə qaz sayğacı quraşdırılmamış, Birlik ilə Cavabdeh2 arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmamışdır. Həmin tikilidə kombi və 4 gözlü qaz plitəsi olsa da, Cavabdeh2 səhər işə gedib, axşam saat 24:00 radələrində işdən gəlmiş, uşaqları isə anasının yanında qalırdılar. İşə gedib gələndə çay içmək üçün cüzi miqdarda qaz işlətməli olmuş, o, qazdan istifadəyə görə qaz işçilərinə hər ay 40 manat qaz pulu ödəmişdir. Qeyd edilən aktlardan onun xəbəri olmamış, bu barədə ona bildirilməmişdir. Ona görə, iddiaçı tərəfindən tərtib edilmiş aktları və ona hesablanmış cərimələri əsassız hesab edilməli, iddia isə rədd edilməlidir.
5. Cavabdeh1 iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, həmin tikilini, onunla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “İlkin alğı-satqı müqaviləsi” əsasında almışdır. O, evi alanda evdə təbii qazla, içməli su ilə və elektrik enerjisi ilə bağlı sayğaclar olmamışdır. Onun müvafiq təşkilatlara etdikləri müraciətlərdən sonra evdə içməli su və elektrik enerjisi ilə bağlı sayğaclar quraşdırılmış, lakin təbii qazla bağlı sayğac Birlik tərəfindən quraşdırılmamış, əksinə, Birliyin əməkdaşları qanunsuz olaraq hər ay akt tərtib edərək, borc hesablamışlar. Yalnız xx.xx.2022-ci il tarixdə evdə qaz sayğacı quraşdırılmış, bununla bağlı onunla Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. O, qazdan qeyri-qanuni istifadə etmədiyindən hesab edir ki, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehlərin hər birindən 273,60 manat, cəmi isə 547,20 manat məbləğində pulun tutularaq iddiaçı Birliyə ödənilməsini, iddia ərizəsinin verilməsi üçün Birliyin ödədiyi dövlət rüsumunun bir qismini Birliyin özünə, dövlət rüsumunun cavabdehlərə aid edilmiş hissəsinin isə ödənilməsi məqsədi ilə 102,93 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iddianın bir qisminin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Birliyin əməkdaşlarının tərtib etdikləri və iddia ərizəsinə əlavə edilmiş aktlara əsasən aparılmış hesabatlardan görünür ki, Birlik, yuxarıda qeyd edilən özbaşına tikilidə olan qaz işlədicilərinin gücünü qeyd edərək xx.xx.2019-cu il tarixli akt əsasında 90 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 60 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük dövrü qazın itirildiyi (sərfiyyatın qeydə alınmadığı) dövr kimi nəzərə almış və müvafiq məbləğlərdə hesablanmış zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etmişdir. Göründüyü kimi, tikilidə 2019-cu ilin dekabr ayından qaz sayğacının olmadığı müəyyənləşdirildiyi halda, Birlik tərəfindən xx.xx.2020-ci il tarixinədək oraya sayğac quraşdırılmamış, təbii qazdan sayğacdan kənar (sayğacsız) istifadə olunmasına bilavasitə şərait yaratmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 qazdan sayğacsız istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarında” istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, məhkəmənin qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Belə ki, həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Oxşar münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydalarının” 8.16cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edilməlidir ki, Cavabdeh2 yalnız 2019-cu ilin dekabr ayından sonrakı 1 aylıq və xx.xx.2020-ci il tarixdən isə tikilinin yeni sahibi hesab edilən Cavabdeh1 2020-ci ilin avqust ayından sonrakı 1 aylıq dövr üçün qaz işlədicilərinin gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər, qalan dövrlərdə cavabdehlərin qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti iddiaçının öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olmalıdır. Beləliklə müəyyən edilir ki, iddiaçı Birliyin xeyrinə Cavabdeh2 xx.xx.2019-cu il tarixli akt üzrə 273,60 manat və Cavabdeh1 xx.xx.2020-ci il tarixli akt üzrə 273,60 manat məbləğində pul tutulmalıdır. Qalan hissədə iddia tələbi sübuta yetməməsi və əsassız olması əsası ilə təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iddianın bir qismini əsassız olaraq təmin etməmişdir. Həmin hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. e) birinci apellyasiya icraatı barədə məlumat
10. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)- 2848/2023) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh2 320 manat, Cavabdeh1 isə 480 manat məbləğində pulun tutularaq iddiaçı Birliyə ödənilməsini, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün Birliyin ödədiyi dövlət rüsumlarının bir qismini Birliyin özünə, dövlət rüsumlarının cavabdehlərə aid edilmiş hissəsinin isə ödənilməsi məqsədi ilə cəmi (13 + 7=) 20 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. f) kassasiya icraatı barədə məlumat
11. İddiaçı Birliyin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla (iş № 2(102)-3812/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinə əsasən işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını qərara almışdır.
g) hazırki apellyasiya icraatını ilə bağlı iş üzrə keçirilmiş apellyasiya baxışı iclaslarında iş üzrə tərəflərin iştirakı və iclaslarda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. İddiaçı Birliyin nümayəndəsi Nümayəndə2 apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, Birlik, cavabdehlərin ona vurduğu zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etdikdən sonra, Cavabdeh1 Birliyə ərizə ilə müraciət edərək, Birliyə dəymiş zərərin ödənilməsi məqsədi ilə qısa müddət ərzində Birliyə 1.000 manat ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyi icra etməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu halına da əhəmiyyət verməmişdir.
13. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə keçirilmiş apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, o, iddiaçı Birliyin nümayəndəsinin bildirdiyi ərizəni imzalasa da, ərizə ilə razı deyil. Ərizəni ona görə imza etmişdir ki, evə qazın verilişi bərpa edilsin. Birliyin ona borc hesablanmasını əsassız hesab edir.
14. Cavabdeh1 sonuncu apellyasiya baxışı iclasına gəlməmişdir. O, Məhkəmənin ünvanına teleqram göndərərək, ölkə hüdudlarından kənara getməsi ilə əlaqədar iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
15. Məhkəmə Cavabdeh1 xahişini nəzərə almamış. işə onun iştirakı olmadan baxmışdır. Belə ki, Cavabdeh1 ölkə hüdudlarından kənara gedəcəyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir.
16. Cavabdeh2 apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
17. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. h) apellyasiya baxışının həddi barədə məlumat
18. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdehlər iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı Birlik isə apellyasiya şikayətində iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
19. Bunları nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Məhkəmə mübahisə predmetinin bölünməz olmasını nəzərə alaraq qətnamənin əsaslılığını tam yoxlamışdır. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir.
22. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, abonent olan cavabdehlər ilə Birlik arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən əvvəlcə Cavabdeh2, sonra isə Cavabdeh1 məxsus olmuş və Bakı şəhəri, Səbail rayonu, 3-cü Yaşayış massivində yerləşən 340 “A” saylı özbaşına tikili olan evə təbii qazın verilişi ilə bağlı qaz xətti çəkilsə də, həmin ünvanda qaz sayğacı yalnız xx.xx.2022-ci il tarixdə quraşdırılmış, bununla bağlı olaraq Cavabdeh1 ilə Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır.
23. Cavabdeh1 tərəfindən təqdim edilmiş və iş üzrə tərəflər arasında həqiqiliyi mübahisə doğurmayan xx.xx.2020-ci il tarixli “İlkin alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqavilədə “satıcı” kimi adı qeyd edilən Cavabdeh2 qeyd edilən özbaşına tikilini müqavilədə “alıcı” kimi adı qeyd Cavabdeh1 sataraq, tikilini sonuncunun sərəncam və sahibliyinə təhvil vermişdir.
24. Birliyin iddia ərizəsinə əlavə etdiyi “Qazdan istifadə qaydalarının pozulması haqqında” 20 ədəd aktlardan görünür ki, Birliyin əməkdaşları Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, həmin özbaşına tikiliyə aid qaz sayğacına 2020-ci ilin fevral ayından etibarən xx.xx.2021-ci il tarixədək, mütəmadi olaraq, təxminən ayda bir dəfə baxış keçirərək qaz xəttinə özbaşına qoşulmaqla, təbii qazdan qeyri-qanuni istifadə hallarını aşkar etmiş və bu halları aktlaşdırmışlar. Həmin aktlar əsasında aparılmış hesablanma nəticəsində müəyyən edilmişdir ki, Birliyə dəymiş zərərin məbləği cəmi 6.292,90 manat (xx.xx.2019 tarixli akt əsasında 820,80 manat, xx.xx.2020 tarixli akt əsasında 547,20 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2020 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat, xx.xx.2021 tarixli akt əsasında 273,60 manat) təşkil edir.
25. Göstərilənlərə əsasən işin halı kimi müəyyən edilir ki, özbaşına tikili Cavabdeh2 sahibliyində olan dövrdə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib edilmiş aktlar əsasında hesablanmış zərərin məbləği cəmi 2.871,80 manat, sonrakı dövrdə tərtib edilmiş aktlar əsasında hesablanmış zərərin məbləği isə 3.420,10 manat təşkil edir.
26. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
27. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, iş üzrə cavabdehlərin hər biri iddiaçı Birliyə vurduqları maddi zərərin əvəzini ödəməlidirlər.
28. İddiaçı Birliyə dəymiş zərərin məbləğinin müəyyən edilməsinə gəldikdə isə Məhkəmə yuxarıda qeyd edilən özbaşına tikilinin xx.xx.2020-ci il tarixə kimi Cavabdeh2, həmin tarixdən sonra isə Cavabdeh1 sərəncam və sahibliyində olmasını, qeyd edilən aktlar üzrə ziyanın hesablanmasını 24 saatla aparılmasını nəzərə alan Məhkəmə hesab edir ki, hesablamanın bu qaydada aparılması ağlabatan deyil.
29. Məhkəmə ziyanın məbləğinin 3 qat aşağı saatla, yəni 8 saatla aparılmasını ağlabatan hesab edir.
30. Belə olan halda Məhkəmə hazırki qətnamənin 25-ci bəndində göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı hesab edilməli, iddiaçı Birliyə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh2 (2.871,80 manat : 3 =) 957,60 manat, Cavabdeh1 isə (3.420,10 manat : 3=) 1.140,04 manat tutulmalıdır.
31. Apellyasiya baxışının nəticələri ilə həmçinin müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi işin yuxarıda göstərilən hallarını müəyyən edə bilməmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.
32. Məhkəmə həmçinin bildirir ki, iş üzrə tərəflər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki iddia tələbi cavabdehlərdən iddiaçı birliyin xeyrinə 6.292,90 manat məbləğində pulun tutulmasına yönəlmiş, Məhkəmənin iş üzrə mövqeyi isə ondan ibarətdir ki, cavabdehlərdən iddiaçı Birliyin xeyrinə (957,60 + 1.140,04=) 2.097,65 manat məbləğində pul tutulmalıdır. Tutulmalı olan məbləğ 5.000 manatdan azdır. Həmçinin təmin edilməyən hissədə də məbləğ (6.292,90 - 2.097,65=) 4.195,25 manat təşkil edir ki, bu məbləğ də 5.000 manatdan azdır. MPM-in 402-ci maddəsinin mənasına görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
33. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində İddiaçınə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh2 957 (doqquz yüz əlli yeddi) manat 60 (altmış) qəpik, Cavabdeh1 isə 1.140 (bir min yüz qırx) manat 04 (dörd) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş cəmi 155,33 manat məbləğində dövlət rüsumun 1/3 hissəsi cavabdehlərə aid edilsin və bu məqsəd ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmi 51 (əlli bir) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcinin (100 manatın) ödənilməsi məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birindən 33 (otuz üç) manat, İddiaçındən isə 34 (otuz dörd) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.