Məhkəmə qərarları › İş №2(103)-7192/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7192/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7192/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil,nümayəndəsi Əsgərov Amid Məmmədağa oğlunun, Cavabdehin vəkili X2 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3905/2021 saylı 05.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödəniməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəfəq adlı tanışı 2017-ci ilin yay aylarında Cavabdeh torpaq sahəsi aldığını ona bildirmişdir. O, da özü üçün Cavabdeh torpaq sahəsini almaq qərarına gəlmişdir. R.Cəfərorvla görüşdükdən sonra o, iddiaçıya Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsində yerləşən torpaq sahəsini və yarım tikilini təklif etmişdir və o, həmin tikilini bəyənib onu kredit yolu ilə almaq qərarına gəlmişdir. R.Ələkbərovla onun arasında olan razılığa görə qeyd olunan tikilini orta təmir ilə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən Ramazan Ələkbərovun təklifi ilə həmin yeri almaq üçün ona ilkin olaraq beh kimi 3500 (üç min beş yüz) manat pul ödəmiş və hissə-hissə ödəmək şərti ilə 25000 (iyirmi beş min) manata alınmasına aralarında razılıq əldə olunmuşdur. Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsində yerləşən torpaq sahəsini və yarım tikilini almaq üçün 17000 (on yeddi min) manat pul ödəmişdir. Tərəfindən cavabdehə verilən pul məbləğlərinin ödənilməsinə dair bir neçə qəbzlər də vardır. Dəfələrlə pulunu istəsə də cavabdeh onun pulunu qaytarmamışdır. Bununla bağlı 13 may 2020-ci il tarixdə cavabdehdən borc pulunun qaytarılması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə tərəfindən şikayət ərizəsi ilə müraciət olunmuşdur. Həmin şikayət ərizəsi üzrə cinayət işinin başlanması rədd olunmuş və həmin qərarda da cavabdeh borcunun olmasını etiraf edərək izahatında bildirmişdir ki, torpaq sahəsini iddiaçıya 25000 manata satmağa razılaşmış və torpaq sahəsi üçün ilkin olaraq 3500 manat beh almış və iddiaçı cavabdehə 13500 manat ödəniş etmişdir. Bunula da bir daha təsdiq olunmuşdur ki, cavabdehin iddiaçıya borcu var. Lakin dəfələrlə pulunu tələb etsə də cavabdeh onun pulunu qaytarmamışdır. Buna görə də cavabdehdən pulun məhkəmə qaydasından alınması zəruridir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3905/2021 saylı 05.11.2020-ci il tarixli qətnaməsindən cavabdehin səlahiyyətli nümayəndəsi X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunması, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3905/2021 saylı 05.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 iyul 2017-ci il tarixli fərdi yaşayış(həyət) evinin beh müqaviləsindən görünür ki, müqavilə bağlandığı gündən İddiaçı ilkin olaraq 3500 manat ödəniş etmişdir. İşdə olan 20 may 2020-ci il tarixli Sabunçu RPİ-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, fərdi evi iddiaçıya 25000 manata satmağa razılaşmış və ilkin olaraq 3500 manat beh almış və iddiaçı cavabdehə 13500 manat ödəniş etmişdir. İşin hallarından görünür ki, iş materiallarına əlavə edilmiş pulun ödənilməsi barədə qəbzləri, cinayət işinin başlanmasının rədd olunması barədə qərarı, həmin qərarda Cavabdeh tərəfindən verilmiş izahatı və tərəflər arasında “beh müqaviləsi” kimi bağlanan yazılı razılaşmanı iddiaçı tərəfindən cavabdehə əvvəlcə 3500, daha sonra 13500 manat pulun cavadehə verilməsini təsdiq edən sübut növü kimi qiymərəndirərək, cavabdehin iddiaçıya 17000 manat ümumilikdə borcu olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı ev tikmək adı ilə aldığı cəmi 17000 (on yeddi min) manat məbləğində pulu bu günədək iddiaçıya qaytarmamışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə iclasında Cavabdeh hər nə qədər cavabdehdən cəmi 17000 manat deyil, 14500 manat məbləğində pul aldığını bildirsə də iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh İddiaçı cəmi 17000 manat məbləğində pul aldığını etiraf etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-3905/2021 saylı 05.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar