Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-72/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-1638/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən (hakim Şeyda Məhərrəmova) Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-1638/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxx” KB ASC-nin iddiası qismən təmin edilmiş, ödəniş gününə olan məzənnə üzrə 296.368,54 ABŞ dolları əsas borc, 28.815.51 ABŞ dolları faiz borcu, 10.000 ABŞ dolları dəbbə pulu, cəmi 335.184.05 ABŞ dolları məbləğində pulvəsaitinin Azərbaycan manatı ilə cavabdeh “Cavabdeh1 tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumun, 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun, cəmi 90 manat rüsumun 50%-i, yəni 45 manatının iddiaçıya aid edilməsi, qalan 50 %-nin yəni 45 manatının isə cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 50%-i, yəni 100 manatın iddiaçı “xxxxxxx” KB ASC tərəfindən, digər 50%-i isə, yəni 100 manatın cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə və X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsinə və onun üzərində olan 835 saylı bağ evinə tutmanın yönəldilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ilkin satış qiymətinin 240 000 manat məbəğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsinin və onun üzərində olan 835 saylı bağ evinin ilkin satış qiyməti 170.000 manat məbləğində müəyyən edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi və X6ma məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0,1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 “xxxxxxx” KB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə münasibətdə Cavabdeh1, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evinə münasibətdə isə X2 verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər X4 və Cavabdeh1 çarılması, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 tərəfindən boşaldılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-1638/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, kredit borcunun dəqiq müəyyən edilib tutulması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən çəkişmə prinsipi pozulmuş, cavabdehin iştirakı təmin edilməmişdir. İddiaçı tərəfindən kredit borcunun süni şəkildə artırılmasına məhkəmə düzgün qiymət verməmişdir. İpoteka qoyulmuş əmlakların qiymətləndirilməsi üçün iş DƏDRX-nə göndərilməmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ciil tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı vəyeri barədə lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-1638/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən-ipoteka qoyulmuş əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evinin ilkin satış qiyməti 180.000 manat müəyyən edilməli,qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə Cavabdeh1 tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayır. İş materiallarında olan “xxxxxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 09Y/13 saylı əsas kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə,xx.xx.2018-ci il tarixədək 135.000 manat məbləğində əlavə kredit müqavilələri bağlanmaqla kredit vermişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 09Y/13 saylı əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sazişdən görünür ki, xx xxxxxx 2013-cü il tarixli 09Y/13 saylı əsas kredit müqaviləsinin müddəti 1 000 000 manat məbləğində müəyyən edilmiş və müqavilənin müddəti artırılaraq xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 09Y/13 saylı əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin 5.1 –ci bəndi ilə müəyyən olunmuş kredit X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 835 saylı bağ evinin və 0,1076 ha torpaq sahəsinin ipotekası ilə təmin olunmuş, kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx xxxx 2015-ci il tarixli 09Y/13-5 saylı əlavə kredit müqaviləsindən görünür ki,borcverən borcalana 42 ay müddətində, illik 17 % olmaqla, xx.xx.2018-ci il tarixədək, 308.000 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan xx xxxx 2015-ci il tarixli 09Y/13-5 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli Sazişə əsasən Kredit müqaviləsinin aylıq məbləği 5 ay müddətində xx xxxx 2016-cı il tarixinə 5000 ABŞ dolları müəyyən edilmişdir.Aylıq ödənişlər üzrə əsas borcun ödənişləri sonuncu aya əlavə olunmuşdur. İş materiallarında olan “xxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 09yi/13 saylı ipoteka müqaviləsindən görünür ki,tərəflər arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 məxsus Abşeron rayonu,Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 09yi/13-2 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsini ipoteka saxlayana yenidən ipotekaya qoyur. İşdə olan xx xxxxxx 2014-cü il tarixli 09yi/13-2 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə X2 məxsus Bakı şəhəri,Binəqədi rayonu,novxanı kəndində olan 0.1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evi ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri vəipotekaya tutma yönəldilməsi barədə bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşə birinci instansiya qaydasında baxılarkən ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi həyata keçirilmiş,”xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2017ci il tarixli rəylərdən görünür ki, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin real bazar dəyəri 240.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evinin real bazar dəyəri 180.000 manat müəyyən edilmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, ekspertizanın xx.xx.2018-ciil tarixli rəyi ilə xx.xx.2017-ci il tarixə Cavabdeh1 iddiaçıya kredit öhdəliyi üzrə əsas borcunun 296358,54 ABŞ dolları, faiz borcunun isə 28815,51 ABŞ dolları olmaqla cəmi 325184,05 ABŞ dolları olduğu müəyyən edilmişdir. İşə baxmış məhkəmə ekspert rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 445, 448, 739-cu maddələrinə istinad edərək cavabdehdən 296358,54 ABŞ dolları əsas borcun, 28815,51 ABŞ dolları faiz borcunun tutulması,kredit borcunun ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi barədə nəticəyə gəlmiş, cavabdehdən tələb edilən 31273,68 ABŞ dolları cərimə borcunu MM-nin 467-ci maddəsini tətbiq edərək azaltmaqla 10.000 ABŞ dolları məbləğində müəyyən etmişdir. Apellyasiya şikayətində cavabdeh məhkəmə tərəfindən tutulmuş kredit borcunun məbləğinin düzgün müəyyən edilmədiyini, real borcdan artıq olduğunu qeyd etsə də apellyasiya şikayətinin bu dəlili məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Cavabdehin vəsatəti əsasında ipoteka ilə yüklü edilmiş əmlakların real bazar dəyərinin müəyyənləşdirilməsi üçün işə apellyasiya qaydasında baxılarkən yenidən qiymətləndirmə təyin edilmiş, “X9” MMC-nin qiymətləndirmə hesabatları ilə ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin real bazar dəyəri 480.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evinin real bazar dəyəri 180.000 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə tərəflərin “X9” MMC-nin qiymətləndirmə hesabatları ilə müəyyən olunmuş qiymətlərə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamə qismən-ipoteka qoyulmuş əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evinin ilkin satış qiyməti 180.000 manat müəyyən edilməlidir. Qətnamənin qalan hissələrdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti qalan hissələrdə təmin edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-1638/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsi qismən-ipoteka qoyulmuş əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evinin ilkin satış qiyməti 180.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-1638/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən-ipoteka qoyulmuş əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. İpoteka ilə yüklü edilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsi və onun üzərində olan 835 saylı bağ evinin ilkin satış qiyməti 180.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 600 manat qiymətləndirmə xərci tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-72/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-72/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver