Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7213/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdeh X2 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-190/2018 saylı işi üzrəxx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-190/2018 saylı işi üzrəxx.xx.2018ci il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC-nin cavabdeh X2 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdeh X4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixli qətnamənin surəti cavabdeh X2 iddia ərizəsində göstərildiyi ünvana (Bakı şəhəri, Albalılıq 1 dayanacaq, 1623 “A” N-li bağ evi) rəsmi qaydada göndərilmiş və şəxsin “köçüb” qeydi ilə xx.xx.2018-ci il tarixdə zərf geri qaytarılmışdır (səh.122); xx.xx.2020-ci il tarixdə cavabdeh X4 məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini almışdır (səh.123), prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə (iki ildən çox müddətdə) məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, qətnamə xx.xx.2018-ci il tarixdə icraya yönəlmişdir (iş səh.121). Qətnamə qanuni qüvvəsini aldıqdan sonra apellyasiya şikayətinin təqdim edilməsi müddətin ötürülməsini təsdiq etmiş olur və müddətin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün hər bir halda prosessual müddətin bərpası ilə bağlı müraciət olmalıdır. Bununla bərabər prosessual müddətlər həddində tərəflərin iştirakının (çəkişmənin) təmin edilməsi üçün şikayəti verən şəxsin iş yeri, yaşayış yeri, yaxud olduğu yerin göstərilməsi üzrə apellyasiya şikayətinin məzmununa dair tələblərə (formal deyil) real olaraq riayət edilməlidir. Şərh olunanlara, Azərbaycan Respublikasının Konstitusiyasının 24, 80-ci maddələri, “X5 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun Xİ fəsli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 128-135, 137, 263, 264, 357, 360-366, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-190/2018 saylı işi üzrəxx.xx.2018ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7213/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7213/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver