Məhkəmə qərarları › İş №2(103)-7214/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7214/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7214/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ı mənzil ilə bağlı ödənilmiş pay haqqının üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan 1 ünvan ünvan 2ı mənzil) təmirinə çəkilmiş 51802,63 manat cavabdeh Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızından tutularaq ona ödənilməsi və cavabdehler Cavabdeh və X1 40000 manatın müştərək qaydada ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, 1937 məh., Ə.Əliyev küçəsi, bina 8-də yerləşən 256 saylı mənzil üzərinə həbs qoyulması, həmin mənzillə bağlı hər hansı rəsmiləşdirmə və sənədləşmə işinin aparılmasının cavabdehə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 1937məh., Ə.Əliyev küçəsi, bina 8-də yerləşən 256 saylı mənzil üzərinə həbs qoyulması, Bakı şəhəri, Nərimanov rayonu, 1937 məh., Ə.Əliyev küçəsi, bina 8-də yerləşən 256 saylı mənzil üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4409/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4409/2021 saylı qərardadında mətnində “Bakı şəhəri, Nərimanov rayonu, 1937 məh., Ə.Əliyev küçəsi, bina 8-də yerləşən 256 saylı mənzil” sözləri “ünvan 2ı mənzilin (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil)” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 219/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 219/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4409/2021 nömrəli, xx.xx.2021-ci il tarixli (düzəliş) qərardadı ilə ünvan 2ı mənzilin (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil) üzərinə qoyulmuş həbsin götürülməsi, ünvan 2ı mənzilin (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil) üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi barədə qadağanın ləğv edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-219/2022 nömrəli qərardadından şikayətini məhkəməyə təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-219/2022 nömrəli qərardadının ləğv edilməsi və Bakı şəhəri, Nərimanov rayonu,1937 məh., Ə.Əliyev küçəsi, bina 8-də yerləşən 292 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri Əliyar Əliyev küçəsi,12, M7 ünvanında yerləşən 4saylı mənzil) üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4409/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2022 nömrəli, xx.xx.2022-ci il tarixli (düzəliş) qərardadın ləğv edilməsi barədə cavabdehin ərizəsinin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, mülki iş üzrə yekun məhkəmə qətnaməsi qəbul olunduğu, tərəflər arasındakı məhkəmə mübahisəsi yekunlaşdığı üçün, hazırda əmlakın üzərinə qoyulmuş həbsin saxlanılmasına zərurət qalmadığı üçün müvəqqəti təminat tədbirinin qüvvədə qalmasına lüzum qalmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarına əsasən qeyd olunan iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 219/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilmiş və həmin gündə də qətnamə qanuni qüvvəsini almadan həbs götürülmüşdür. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün məhkəmə qətnaməsinin qanuni qüvvəyə minib-minməməsi (məs: qətnamədən şikayət verilmədikdə və qanunla nəzərdə tutulmuş şikayət vermə müddətinin başa çatması, qətnamədən şikayət verildikdə yuxarı məhkəmənin qərarı ilə qanuni qüvvəsini alması, qətnamədən şikayət verildikdə, lakin şikayətin qeyri-mümkün hesab edilərək geri qaytarılması və s kimi hallar) araşdırılmalı və ona uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddianın təmin edilməsi üçün görülmüş tədbirlər qətnamənin icrasının məqsədi ilə tətbiq edildiyi üçün məhkəmə aktının icrasına qədər qüvvəsini saxlayır. Kollegiya işin hallarına və qeyd edilən hüquq normasının tələbinə əsasən qeyd edir ki, iş materiallarında nəinki icra tədbirlərinin başa çatmasını göstərən icraata xitam verilməsi haqqında qərar aşkar edilməmiş, hətta məhkəmə qətnaməsi icraya yönəldilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edildiyi eyni gündə onun qüvvəyə minəsini və icraya yönəldilməsini gözləmədən əmlakın üzərindən həbsi götürmüşdür. Belə olan halda, məhkəmə aktı icra olunmadan birinci instansiya məhkəməsinin həbsin götürülməsinə dair qərardadı Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinin tələblərinə zidd olmuşdur. Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi tədbiri məhkəmənin təşəbbüsü və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş qətnamənin qanuni qüvvəsini alması ilə bağlı halların aydınlaşdırılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qətnamənin qanuni qüvvəyə minməsini yoxlayıb qeyd edilən prosessual normaların tələblərinə uyğun olaraq həbsin götürülüb götürülməməsinə dair qərar qəbul etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar