Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7218/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-427/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 10.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilində təbii qazdan istifadə edilməsi nəticəsində vurulmuş 1.925,80 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.955,80 manat pulun Cavabdeh məcburi qaydada tutularaq “Azəriqaz” İByə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 22.04.2020-ci il tarixdə 02/407 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəсə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar (14 ədəd) tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında “Azəriqaz” İB-yə cəmi 1918,1 manat maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Həmçinin, cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə 1.925,8 manat (7,7 manat sayğğac vasitəsi ilə istifadə edilən qazın dəyəri) təşkil edir. “Azəriqaz” İB-nın nümayəndələri tərəfindən cavabdehə 1925,8 manat pulun könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmişdir.
3. Eyni zamanda, Cavabdeh iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktların etibarsız hesab edilməsi, hesablanmış borcun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 30.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilində təbii qazdan istifadə edilməsi ilə bağlı qanunsuz tərtib edilmiş aktların etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdır.
4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(004)-427/2021 nömrəli qərardadı ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və Cavabdeh iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktların etibarsız hesab edilməsi, hesablanmış borcun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
5. Cavabdeh 19.03.2021-ci il tarixdə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli 2(004)-427/2021 nömrəli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(004)-427/2021 nömrəli qərardadı ləğv edilmiş, işin məhkəmə baxışı 03.05.2021-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir.
7. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-427/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilində (abonent kodu **********00001) təbii qazdan istifadə edilməsi nəticəsində 2020-ci ilin aprel, may, iyul ayları üzrə sayğacın göstəricisinə (sayğac 22.04.2020-ci ildə quraşdırılıb) əsasən yaranmış 7,70 (yeddi manat yetmiş qəpik) manat pulun Cavabdeh tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Azəriqaz” İB-nə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktların ləğv edilməsi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktlar əsasında ünvan 2 ünvan üzrə qanunsuz hesablanmış cəmi 1918,10 (bir min doqquz yüz on səkkiz manat on qəpik) manat borcun istehlakçı Cavabdeh (abonent kodu **********00001) hesabından silinməsi qət edilmişdir (sədrlik edən: Vahid Hacıyev).
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-427/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, Cavabdeh mənzilində baxış keçirilərkən “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən sayğacdan kənar əlavə qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019, 30.04.2019, 30.05.2019, 28.06.2019, 31.07.2019, 30.08.2019, 30.09.2019, 30.10.2019, 29.11.2019, 30.12.2019, 30.01.2020, 28.02.2020, 30.03.2020 və 22.04.2020-ci il tarixli aktlar tərtib edilmişdir. Dəfələrlə qaz xətti ləğv olunmasına, barəsində aktlar tərtib edilməsinə baxmayaraq istehlakçı xətti özbaşına bərpa etmiş və yaranmış qaz itkisinə görə 1925,80 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə qətnaməsində qeyd edərək, “əgər həqiqətən də sayğacdan kənar xətt aşkar edilmişdirsə Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları həmin xəttin kəsilməsini və təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısının alınması üçün tədbirlər görməli və bu barədə cavabdehin iştirakı ilə sənədləşmə işlərini aparmalı idilər. Hazır ki iş üzrə bu halları təsdiq edən səndlər mövcud deyildir” bildirmişdir. Məhkəmə qətnaməsində yuxarıda qeyd edilənləri bildirərkən heç bir sübuta söykənməyərək, Cavabdeh Yunik oğlundan Bakı şəhəri, NrNərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilində təbii qazdan istifadə edilməsi nəticəsində 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06-2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixlərdə tərtib edilmiş 14 ədəd üzrə akt üzrə hesablanmış cəmi 1918,10 manat pulun Cavabdeh Yunik oğlundan məcburi qaydada tutularaq, Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi rədd edilməsi, ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Azəriqaz” İstehsalat Birliyinə aid edilməsi, qarşılıqlı iddia təmin edilərək isə 29.03.2019-cu, 30.04.2019-cu 30.05.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci il tarixlərdə tərtib edilmiş aktların ləğv edilməsini əsaslandırmamışdır. Belə ki, iddiaçı Azəriqaz” İstehsalat Birliyi mövcud kənar xətt qoşulmanı aşkar etdiyindən qətnamədə qeyd edilən aktları tərtib etmiş ona müvafiq olaraq dəymiş ziyanı cavabdehdən tələb etmiş cavabdeh vurduğu ziyana biganə yanaşdığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə isə öz növbəsində cavabdehin vurduğu ziyanı haqlı saymışdır. Birinci instansiya məhkəməsi qeyd olunan aktları, ekspert rəyini sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir, belə ki, materialları mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Belə olan halda, işin müəyyən edilmiş hallarından və iş materiallarında olan sənədlərdən də göründüyü kimi Azəriqaz İB tərəfindən tələb olunan məbləğ qanuni və əsaslıdır. İstehlakçı qazın alqışı satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və belə olan halda öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. Tərəflərin izahatları:
10. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Z.Alıeva apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.
11. Kollegiya iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnamsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
13. Belə ki, abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilinə (abonent kodu **********00001) 22.04.2020-ci il tarixdə 12529956 nömrəli “Elster G-4T diafraqma” tipli qaz sayğacı quraşdırılmışdır. Mənzildə 4 gözlü qaz plitəsi (PQ-4)(1/1) cihazı istifadə edilir.
14. Cavabdeh barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktlarda göstərilir ki, Cavabdeh yaşadığı ünvan 2 (abonent kodu **********00001) ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Aktlarda abunəçinin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Aktları BQRSD-nin Yasamal rayonu üzrə nümayəndələri Möhsüm Məmmədov, Fazil Adıgğzəlov və Ruslan Ağakişiyevin tərtib etdiyi və imzaladığı qeyd edilmişdir.
15. Abunəçiyə 29.03.2019-cu il tarixli ******* nömrəli akta əsasən 685,8 manat; 30.04.2019-cu il tarixli ******* nömrəli akta əsasən 66,6 manat; 30.05.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 28.06.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 31.07.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 30.08.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 30.09.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 30.10.2019-cu il tarixli 57,6 manat; 30.12.2019-cu il tarixli ******* nömrəli akta əsasən 194,4 manat; 30.01.2020-ci il tarixli ******* nömrəli akta əsasən 194,4 manat; 28.02.2020-ci il tarixli ******* nömrəli akta əsasən 194,4 manat; 30.03.2020-ci il tarixli ******* nömrəli akta əsasən 194,4 manat; 22.04.2020-ci il tarixli ******* nömrəli akta əsasən 136,1 manat olmaqla, cəmi 1.918,10 manat borc hesablanmışdır. Aktların tərtib edilməsində Cavabdeh iştirakı təmin edilməmiş, foto və video çəkiliş aparılmamışdır. Cavabdeh aktları imzalamaqdan imtina etdiyi aktlarda qeyd edilsə də, bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. Hüquqi dəyərləndirmə:
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
17. Həmin Qaydaların 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
18. Həmin Qaydaların 6.7-ci bəndinə görə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2- ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
19. İddiaçı “Azəriqaz” İB iddia ərizəsində və apellyasiya şikayətində cavabdeh tərəfindən sayğacdan kənar qoşulmanın olması halına istinad edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əgər həqiqətən də sayğacdan kənar xətt aşkar edilmişdirsə, “Azəriqaz” İB-nin əməkdaşları həmin xəttin kəsilməsini və mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısının alınması üçün tədbirlər görməli və bu barədə cavabdehin iştirakı ilə müvafiq sənədləşdirmə işləri aparmalı idilər. Hazırkı iş üzrə bu halları təsdiq edən sənədlər mövcud deyildir. Belə ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını təsdiq edən və sonradan qazın verilməsinin bərpa olunmasını təsdiq edən, istehlakçının iştirakı ilə tərtib edilmiş aktlar və bu aktların bir nüsxəsinin istehlakçıya təqdim edilməsini təsdiq edən sübutlar yoxdur.
20. İddia ərizəsində cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının iddiaçı tərəfindən aşkar edildiyini, bu barədə aktlar tərtib edildiyi qeyd edilsə də, birinci dəfədən, yəni 29.03.2019-cu ildən iddiaçının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırılmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mənzilində sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edilməsi halı ümumiyyətlə mövcud olmamışdır. Belə olan halda, istehlakçı (cavabdeh) tərəfindən qaz xəttinə qanunsuz qoşulma halının olmasına dair sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
21. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, sayğaca müdaxilənin cavabdeh (istehlakçı) tərəfindən törədilməsi iddiaçı orqan tərəfindən sübut edilmədiyindən cavabdehə 1925.80 manat məbləğində borc yazılması əsassız olmuşdur. Belə olan halda, iddiaçı tərəfindən hesablanmış 1918.10 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur.
22. İddia tələbinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş aktların etibarsız hesab edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin aktlarda kənar qoşulmanın olması qeyd edilsə də, iddiaçı halın mövcudluğu ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, kənar qoşulmanın mövcudluğu halı iddiaçı tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də iddiaçı daşıyır.
23. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
26. Kollegiya hesab edir ki, Cavabdeh barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktların qanunsuz olması səbəbindən ləğv edilməsi və həmin aktlar əsasında hesalanmış borc məbləğlərinin istehlakçı Cavabdeh (abonent kodu **********00001) hesabından silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
27. İş materiallarında olan bildiriş-xəbərdarlığa əsasən (i.v. 92) Cavabdeh (abonent kodu **********00001) sayğac vasitəsilə istifadə edilən təbii qaza görə 06.02.2021-ci il tarixə 20,70 manat borcu yaranmışdır. 22.04.2020-ci il tarixdə quraşdırılmış sayğacın göstəricisinə əsasən isə 2020-ci ilin aprel, may, iyul ayları üzrə sayğac üzrə cəmi 7,70 manat məbləğində təbii qazdan istifadə edilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının 29.03.2019-cu ildən 22.04.2020-ci il tarixədək tərtib etdiyi 14 ədəd aktlara əsasən cavabdehin yaşadığı mənzildə 11 ay müddətində 1.918,10 manat həcmində təbii qazdan istifadə edilməsi ağılabatan deyildir. Belə ki, sayğacın göstəricisinə əsasən həmin mənzildə üç ay müddətində cəmi 7,70 manat, 10 ay müddətində - 22.04.2020-06.02.2021-ci ilə kimi isə cəmi 20,70 manat həcmində təbii qaz sərfiyyatı olmuşdur. Odur ki, iddiaçı tərəfindən tələb edilən sayğacın göstəricisinə əsasən yaranmış 7,70 manat pulun Cavabdeh tutularaq iddiaçı “Azəriqaz” İB-yə ödənilməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-427/2021 saylı, 03.05.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev