Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-722/2019 05.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X1 katibliyiilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit və girov müqaviləsi ləğv edilmiş, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 39 167,78 ABŞ dolları əsas, 56 418,37 ABŞ dolları hesablanmış faiz, 39 000 ABŞ dolları dəbbə pulu və 30 manat dövlət rüsumunun əvəzi tutulması, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satılmaslı qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçıBOKT ASC Cavabdeh qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/101829 №-li kredit və girov müqaviləsinin ləğv edilməsini, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 39167.78 ABŞ dolları əsas, 56418.37 ABŞ dolları hesablanmış faiz, 67337.94 ABŞ dolları dəbbə pulu, cəmi 162924.09 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, girov qoyulmuş qızıl-zinət əşyaları - 3 komplekt: 1 klon+1 üzük+1 sep+1 qolbaq (əyyarı 585, çəkisi 56,4 qram), 3 qolbaq+5 sep+ 1 klon (əyyarı 583, çəkisi 71,7 qram), üzüklər (daş yox) (əyyarı 583, çəkisi 56,2 qram), komplekt: sırğa, üzük (əyyarı 583, çəkisi 33,2 qram), 7 üzük+1 klon+3 sırğa (əyyarı 583, çəkisi 43,2 qram), lom (pakettə) (əyyarı 583, çəkisi 15,6 qram), 9 sep+4 qolbaq (əyyarı 750, çəkisi 188,6 qram), klonlar (əyyarı 750, çəkisi 33,6 qram), sırğa, üzük (əyyarı 916, çəkisi 17,6 qram), onluq (əyyarı 875, çəkisi 8,5 qram), komplekt , sırğa, üzük (əyyarı 750, çəkisi 20,4 qram), üzüklər (əyyarı 750, çəkisi 29,3 qram), sırğalar (biri qırıq) (əyyarı 750, çəkisi 16,7 qram), saat (əyyarı 750, çəkisi 30,4 qram), sep, qolbaq (əyyarı 750, çəkisi 72,5 qram), sep, qolbaq, kral (əyyarı 750, çəkisi 50,0 qram), sep (əyyarı 750, çəkisi 13,9 qram), sep, qolbaq (əyyarı 750, çəkisi 26,9 qram), sep, qolbaq (əyyarı 750, çəkisi 21,2 qram), komplekt (əyyarı 750, çəkisi 11,7 qram), üzük (əyyarı 583, çəkisi 8,1 qram), seplər, qolbaq (əyyarı 583, çəkisi 126,6 qram), sep kral (əyyarı 750, çəkisi 27,9 qram), komplekt, sırğa, üzük (əyyarı 750, çəkisi 16,7 qram), sep kardinal (əyyarı 583, çəkisi 75,0 qram), sep, qolbaq yolka (əyyarı 583, çəkisi 35,2 qram) açıq hərracdan satılaraq tələb edilən borcun bir qisminə ödənilməsi, girov qoyulmuş daşınar əmlak tapılmadıqda və ya borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehin digər əmlakına yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialından xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/101829 №-li kredit və girov müqaviləsinə əsasən illik 28 faizlə 60 ay müddətinə məişət avadanlığının alınması məqsədi ilə 39764 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki qızıl-zinət əşyaları - 3 komplekt: lklon+lüzük+lsep+1 qolbaq (əyyarı 585, çəkisi 56,4 qram), 3 qolbaq+5 sep+1 klon (əyyarı 583, çəkisi 71,7 qram), üzüklər (daş yox) (əyyarı 583, çəkisi 56,2 qram), komplekt: sırğa, üzük (əyyarı 583, çəkisi 33,2 qram), 7 üzük+lklon+3sırğa (əyyarı 583, çəkisi 43,2 qram), lom (pakettə) (əyyarı 583, çəkisi 15,6 qram), 9 sep+4 qolbaq (əyyarı 750, çəkisi 188,6 qram), klonlar (əyyarı 750, çəkisi 33,6 qram), sırğa, üzük (əyyarı 916, çəkisi 17,6 qram), onluq (əyyarı 875, çəkisi 8,5 qram), komplekt , sırğa, üzük (əyyarı 750, çəkisi 20,4 qram), üzüklər (əyyarı 750, çəkisi 29,3 qram), sırğalar (biri qırıq) (əyyarı 750, çəkisi 16,7 qram), saat (əyyarı 750, çəkisi 30,4 qram), sep, qolbaq (əyyarı 750, çəkisi 72,5 qram), sep, qolbaq, kral (əyyarı 750, çəkisi 50,0 qram), sep (əyyarı 750, çəkisi 13,9 qram), sep, qolbaq (əyyarı 750, çəkisi 26,9 qram), sep, qolbaq (əyyarı 750, çəkisi 21,2 qram), komplekt (əyyarı 750, çəkisi 11,7 qram), üzük (əyyarı 583, çəkisi 8,1 qram), seplər, qolbaq (əyyarı 583, çəkisi 126,6 qram), sep kral (əyyarı 750, çəkisi 27,9 qram), komplekt, sırğa, üzük (əyyarı 750, çəkisi 16,7 qram), sep kardinal (əyyarı 583, çəkisi 75,0 qram), sep, qolbaq yolka (əyyarı 583, çəkisi 35,2 qram) xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/101829 №-li kredit və girov müqaviləsi ilə yüklü edilmişdir. 2018-ci il fevralın 18-dək Cavabdeh banka xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/101829 Kəli kredit və girov müqaviləsi üzrə 39167.78 ABŞ dolları əsas, 56418.37 ABŞ dolları hesablanmış faiz, 67337.94 ABŞ dolları dəbbə pulu, cəmi 162924.09 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış və işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, kollegiyanın əvvəlki iclasında iştirak edib şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsininizahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcu 28367.88 ABŞ dolları, cərimə borcu isə 3000 ABŞ dollarımüəyyən edilməklə, kredit borcu üzrə cəmi 70535,66 ABŞ dolları məbləğində pul ödəniş günü manata məzənnə ilə manatla Cavabdeh İddiaçıBOKT ASC-nin xeyrinə tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və girov müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan İddiaçıBOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli PB/0xx/xx/101829 №-li kredit və girov müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialından illik 28 faizlə 60 ay müddətinə məişət avadanlığının alınması məqsədi ilə 39764 ABŞ dolları borc almışdır.Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki qızıl-zinət əşyaları - 3 komplekt: lklon+lüzük+lsep+1 qolbaq (əyyarı 585, çəkisi 56,4 qram), 3 qolbaq+5 sep+1 klon (əyyarı 583, çəkisi 71,7 qram), üzüklər (daş yox) (əyyarı 583, çəkisi 56,2 qram), komplekt: sırğa, üzük (əyyarı 583, çəkisi 33,2 qram), 7 üzük+lklon+3sırğa (əyyarı 583, çəkisi 43,2 qram), lom (pakettə) (əyyarı 583, çəkisi 15,6 qram), 9 sep+4 qolbaq (əyyarı 750, çəkisi 188,6 qram), klonlar (əyyarı 750, çəkisi 33,6 qram), sırğa, üzük (əyyarı 916, çəkisi 17,6 qram), onluq (əyyarı 875, çəkisi 8,5 qram), komplekt , sırğa, üzük (əyyarı 750, çəkisi 20,4 qram), üzüklər (əyyarı 750, çəkisi 29,3 qram), sırğalar (biri qırıq) (əyyarı 750, çəkisi 16,7 qram), saat (əyyarı 750, çəkisi 30,4 qram), sep, qolbaq (əyyarı 750, çəkisi 72,5 qram), sep, qolbaq, kral (əyyarı 750, çəkisi 50,0 qram), sep (əyyarı 750, çəkisi 13,9 qram), sep, qolbaq (əyyarı 750, çəkisi 26,9 qram), sep, qolbaq (əyyarı 750, çəkisi 21,2 qram), komplekt (əyyarı 750, çəkisi 11,7 qram), üzük (əyyarı 583, çəkisi 8,1 qram), seplər, qolbaq (əyyarı 583, çəkisi 126,6 qram), sep kral (əyyarı 750, çəkisi 27,9 qram), komplekt, sırğa, üzük (əyyarı 750, çəkisi 16,7 qram), sep kardinal (əyyarı 583, çəkisi 75,0 qram), sep, qolbaq yolka (əyyarı 583, çəkisi 35,2 qram) xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/101829 №-li kredit və girov müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/101829 №-li kredit və girov müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə olan borcunu hər ay 1238.08 ABŞ dolları olmaqla 60 aya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/101829 №-li kredit və girov müqaviləsi üzrə 39167.78 ABŞ dolları əsas, 60744.51 ABŞ dolları hesablanmış faiz, 72821.43 ABŞ dolları dəbbə pulu, cəmi 172733.72 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, 39764 ABŞ dolları kredit məbləğini Cavabdeh nağd şəkildə almışdır. İddiaçı BOKT ASC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə borc barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Belə müqavilələrdən birini Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Bu öhdəliklərin icrasının təminatının əsas üsullarından biri kimi MM-in 280-ci maddəsində nəzərdə tutulmuş girov müqaviləsi çıxış edir. Azərbaycan RespublikasıMM-nin 295-ci maddəsində göstərilmiş əsaslar olduqda, kreditor tələbini girova yönəldə bilər. Girovun xüsusi növlərindən biri kimi isə mülki qanunvericilik ipotekanı nəzərdə tutur. Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra Həmin Məcəllənin 462.1-ci və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. İşə apellyasiya qaydasında baxılarkən, məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: . İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/101829 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxx 2018-ci il tarixə qədər, yəni qətnamə elan olunan tarixə əsas, faiz borcu və dəbbə pulu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9525 saylı xx xxxxxx 2019-cu il tarixli məhkəmə ekspertizasının rəyinə əsasən Cavabdeh xx xxx 2018-ci il tarixə qədər, yəni qətnamə elan edilən tarixə əsas kredit borcu üzrə faiz borcu üzrə isə 28367.88 ABŞ dolları müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə xüsusi biliyə malik olan mütəxəssis rəyi alınmadan, əsas və faiz borcunun hesablamasında səhv nətcəyə gəlmişdir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdehin “İddiaçı BOKT” Açıq Səhmdar Cəmiyyətinə olan kredit müqaviləsi üzrə dəbbə pulunu birinci instansiya məhkəməsi əsas borca mütənasib saymayaraq, həmin məbləği azaldılaraq 39000 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi, dəbbə pulunun tutulmasına dair hissəsində tənasübsüz sürətdə yüksək olduğundan dəyişdirilərək, 3000 ABŞ dolları müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Eyni zamanda ekspert tədqiqatının dəyəri 145 manatın 80 manatı Cavabdeh, 65 manatı isə İddiaçıBOKT ASC-dən tutularaq müvafiq hesaba ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcu 28367.88 ABŞ dolları, cərimə borcu isə 3000 ABŞ dollarımüəyyən edilməklə, kredit borcu üzrə cəmi 70535,66 ABŞ dolları məbləğində pul ödəniş günü manata məzənnə ilə manatla Cavabdeh İddiaçıBOKT ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 manatın 80 manatı Cavabdeh, 65 manatı isə İddiaçıBOKT ASC-dən tutulub Dövlət X2.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlıq Agentliyi KOD–210005, VÖEN **********,m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-722/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-722/2019
05.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver