Məhkəmə qərarları › İş №2(103)-722/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-722/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-722/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə İş № 2(103)-722/2023 Açar sözlər:(mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi X5, onun nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(001)-1919/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh MMC ilə İddiaçı arasında 01 noyabr 2004-cü il tarixdə 315 saylı müqavilə bağlanmış, müqaviləyə görə adı çəkilən MMC, Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m olan mənzili müqavilənin 2-ci bəndində sadalananlarla təchiz etməklə (ümumi TQİ, daxili elektrik xətti, daxili sanitariya xətləri, mövsümi isti-soyuq su, xarici qapı pəncərə, girişdə dəmir qapı, mənzillərə dəmir seyf qapı, lift, yüksək keyfiyyətli suvaq işi, pilləkən meydançası, pilləkən qəfəsinin plitələrlə üzlənməsi, rənglənməsi, məhəccərələrin quraşdırılması, otaqlara bir üz şpaklovka vurulması, daxili televiziya antena quraşdırılması) alıcıya, yəni İddiaçı təhvil verməyi, alıcı isə həmin mənzilin müqabilində 3 gün ərzində 32658 ABŞ dolları pulu MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 2.Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2004-cü il tarixli kassa mədaxil orlerinə əsasən 01 noyabr 2004-cü il tarixdə 315 saylı müqaviləyə əsasən ********* manat ödəniş olmuşdur. 3.Cavabdeh İddiaçı həmin müqaviləyə istinad edərək, hazırki iddia tələbi ilə məhkməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A4” korpusunun 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr olan mənzilə istifadə və sahiblik hüquqlarının tanınaraq, mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2004-cü il tarixli, 315 saylı alğısatqı müqaviləsinə əsasən, Bakı şəhəri, Atatürk pr.3078A məhəlləsinin şimal hissəsində yerləşən yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin iddiaçı tərəfindən dəyəri tam ödənilərək mülkiyyət hüququ əldə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya mənzilin dəyərinin tam ödənilməsinə dair 12 aprel 2018-ci il tarixli, 16 saylı maliyyə arayışı verilmişdir. Lakin, hazırda cavabdeh iddiaçını mənzilinə buraxmıır. Buna görə də, iddia hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 6.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə)29 aprel 2022-ci il tarixli, 2(001)-1919/2022 saylı qətnaməsi ilə(sədrlik edən-Etibar Mustafayev) iddia təmin edilərək, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu, 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə İddiaçı istifadə və sahiblik hüquqlarının tanınaraq həmin mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. 7.İş materiallarında olanCavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2004-cü il tarixli, 315 saylı müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Atatürk pr.3078 A məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli binanın A4 korpusu, 11-ci mərtəbədə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr olan mənzili ümumilikdə 32658 ABŞ dolları məbləğində qiymətləndirərək İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyərini müqavilə bağlanandan 3 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 8.İş materiallarında olan 01 noyabr 2004-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən ********* manat (köhnə məzənnə) məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmişdir.

9. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 12 aprel 2018-ci il tarixli, 16 saylı arayışda göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu, 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzili İddiaçı 01 noyabr 2004-cü il tarixli, 315 saylı müqavilə əsasında verilmişdir. 10.İş materiallarında olan 10 noyabr, 17 noyabr, 29 noyabr və 29 dekabr 2017-ci il tarixli kassa mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən müvafiq olaraq 1000 manat, 2000 manat, 600 manat və 1400 manat məbləğində pul vəsaiti “binanın tamamlama işləri” təyinatı ilə Bakı şəhəri, Atatürk pr. 3078A məhəlləsinin şimal hissəsində 0,553 ha. sahədə inşa edilən çoxmərtəbəli yaşayış binasının tikinti-tamamlama və digər işlərin həyata keçirilməsi üçün yaradılmış maliyyə fonduna ödənilmişdir. 11.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə İddiaçı 32658 ABŞ dolları məbləğində ödənişi hesablaşma aparılan günə manatın dollara ekvivalenti ilə milli valyuta ilə müqavilə bağlanandan 3 (üç) gün ərzində həyata keçirməyi, Cavabdeh MMC isə Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, iddiaçı öhdəliyini icra etsə də, cavabdeh müqavilənin predmeti olan mənzili iddiaçıya təhvil verməməklə, iddiaçını həmin mənzilə buraxmamaqla iddiaçının sahiblik və istifadə hüquqlarını pozmuşdur. 12.Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə dair iddiaçının istifadə və sahiblik hüquqları tanınmaqla mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir. 13.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.8, 385.1, 390.1, 390.2, 398.1, 405.1, 425, 567, 152.3, 158.1, 158.1.2, 152.2, 163.1, 164.1 və 164.2ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220, 227, 358-360 və 362cimaddələrinəistinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14.Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs (sonradan müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş) Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Ə.Müşkinaz ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayş binasının A4 korpusunun, 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə dair alğı-satqı müqaviləsi 06 noyabr 2003-cü il tarixdə bağlanmış və məzilin dəyəri tam şəkildə ödənilmişdir. İddiaçı və Cavabdeh MMC ilə isə sözügedən mənzilə dair alğı-satqı müqaviləsi 01 noyabr 2004-cü il tarixdə bağlanmışdır. Yəni göründüyü kimi, Maraqlı şəxs Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusunun, 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzil qanuni şəkildə tam əvəzi ödənilməkə daha əvvəl əldə etmişdir. Digər mühim məsələ ondan ibarətdir ki, sözügedən və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1919/2022 saylı qətnaməsi ilə İddiaçı məxsus olduğu qət olunan Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayş binasının A4 korpusunun, 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzil Binəqədi Rayon Məhkəməsinin daha əvvəlki yəni xx.xx.2021-ci il tarixli 2(001)-2711/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs təhvil verilmişdir. Sözügedən qətnamədən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş, lakin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7951/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2711/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət olunmuşdur.Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(103)-7951/2021 saylı qətnaməsindən isə İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7951/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış və bununla da Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2711/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi öz qanuni qüvvəsini almışdır. Bu səbəblə hesab edir ki, eyni mübahisə predmeti olan mənzilə dair Binəqədi rayon Məhkəməsinin daha əvvəlki yəni xx.xx.2021-ci il tarixli 2(001)-2711/2021 saylı qətnaməsi olmasına baxmayaraq, yenidən xx.xx.2022-ci il tarixli, 2(001)-1919/2022 saylı qətnamənin çıxarılması tamamilə əsassız və qanunsuzdur, eyni zamanda vahid məhkəmə təcrübəsinin pozulmasına səbəb olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1919/2022 saylı qətməsi iş üzrə əhəmiyyət kəsb edən hallar ümumiyyətlə araşdırılmadan və əsassız şəkildə çıxarılmışdır. Binəqədi Rayon Məhkəməsinin daha əvvəlki yəni xx.xx.2021-ci il tarixli, 2(001)-2711/2021 saylı qətnaməsi ilə Maraqlı şəxsna təhvil verilmiş mənzilin, yəni mülkiyyətinin sonradan qəbul olunan qətnamə ilə İddiaçı verilməsi Mülki Məcəllənin 6.1.4-cü maddəsində nəzərdə tutulan mülkiyyət toxunulmazlığının əsaslı pozuntusuna səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını, iddianın təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, Maraqlı şəxs aid hissədə Binəqədi Rayon Məhkəməsinin daha əvvəlki yəni xx.xx.2021-ci il tarixli, 2(001)-2711/2021 saylı qətnaməsi ilə mübahisəli mənzil Maraqlı şəxs təhvil verilmişdir. Sözügedən qətnamədən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş, lakin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7951/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2711/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət olunmuşdur. Hazırkı iş üzrə İddiaçı vəkili iş materialları ilə tanış olaraq, Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(103)-7951/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7951/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3/N-4116/2022 saylı qərardadı ilə ərizəçi İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7951/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadla İddiaçı izah olunmuşdur ki, qanunsuz hesab etdiyi Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış müqaviləni mübahisələndirə bilər. Lakin İddiaçı kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirmək əvəzinə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsini aldatmış, mübahisəli mənzillə bağlı qüvvədə olan məhkəmə aktı olması barədə məlumat verməmiş, puç olan hazırki qətnamənin çıxarılmasına nail olmuşdur. 18.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(103)- 7951/2021 saylı qətnaməsindən kassasiya şikayəti verərkən mülki iş materialları ilə tanış olmuşdur. Düzdür, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3/N-4116/2022 saylı qərardadı ilə İddiaçı izah edilmişdir ki, qanunsuz hesab etdiyi Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış müqaviləni mübahisələndirə bilər. Lakin onlar bu hüquqdan istifadə etməmiş, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinə müraciət edərkən, Maraqlı şəxs ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi barədə məlumat verməmişlər. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 20.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 22.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 23.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 24.Maddə 387.2.4.Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsələğv edilməlidir.

Apellyasiya baxışının hədləri

25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27.Məhkəmə kollegiyası iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işə işdə olan sübutlar əsasında baxılmalıdır. 28.Belə ki, məhkəmə Maraqlı şəxs işə cəlb etməmiş, onun hüquq və vəzifələrinə aid məsələni həll etmişdir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə ləğv edilməlidir. 30.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilən prosessual pozuntu halını nəzərə alıb, hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(001)-1919/2022 saylı qətnaməsi ləğv edilməli, işə işdə olan sübutlar əsasında baxılmalıdır. 31.Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin obyektiv həlli və mülki işin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə sorğu ilə Binəqədi Rayon Məhkəməsindən iddiaçı Maraqlı şəxs Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair 2(001)-2711/2021 saylı mülki iş tələb olunaraq, nəzərdən keçirilmişdir. 32.Həmin mülki iş materiallarının araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2711/2021 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs Cavabdeh MMC-yə qarşı iddia tələbi təmin edilərək Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzilin iddiaçı Maraqlı şəxs təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmişdir. 33.Həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(103)-7951/2021 saylı qətnaməsi ilə təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. 34.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(103)- 7951/2021 saylı qətnaməsindən hazırkı iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmaqla, İddiaçı izah edilmişdir ki, onun birbaşa kassasiya şikayəti vermək hüququ olmadığından, kassasiya şikayəti əlavə edilməklə ərizə ilə Ali Məhkəmənin sədrinə müraciət edə bilər. 35.İddiaçı ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3/N-4116/2022 saylı qərardadı ilə ərizəçi İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7951/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadla İddiaçı izah olunmuşdur ki, qanunsuz hesab etdiyi Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış müqaviləni mübahisələndirə bilər. 36.Məhkəmə kollegiyasının iclasında məlum olmuşdur ki, İddiaçı bütün bunlardan, yəni Maraqlı şəxs Cavabdeh MMC-yə qarşı olan işindən və həmin iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktlarından məlumatlı olmasına baxmayaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadında izah edildiyi kimi Cavabdeh MMC ilə X2 arasında bağlanmış müaviləni mübahisələndirməmiş, hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, mübahisəli mənzillə bağlı Maraqlı şəxs münasibətdə qüvvədə olan məhkəmə qətnaməsinin olması barədə birinci instansiya məhkəməsinə məlumat verməmişdir. 37.Kollegiya həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən hazırki apellyasiya mərhələsində yeni sübutlar təqdim olunsa da, həmin sübutlar MPM-nin 372.2-ci maddəsinə əsasən qəbul edilə bilməz. Belə ki, İddiaçı 3-cü şəxs Maraqlı şəxs Cavabdeh MMC-yə qarşı olan işindən və həmin iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktlarından məlumatlı olmasına baxmayaraq, birinci instansiya məhkəməsində hazırkı iddianı verərkən, hazırkı sübutları təqdim etmək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. 38.Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin Maraqlı şəxs təhvil verilməsi ilə bağlı qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2711/2021 saylı qətnaməsi olduğu halda, iddiaçı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən əşya hüququna əsaslanmaqla Cavabdeh MMC ilə X2 arasında bağlanmış müaviləni mübahisələndirmədən, eyni mənzilə İddiaçı istifadə və sahiblik hüquqları tanınaraq, mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi əsaslı hesab edilə bilməz. Buna görə də, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. 39.Kollegiya həmçinin qeyd edir ki, belə bir qətnamənin mövcudluğu, eyni mənzilə dair qüvvədə olan məhkəmə qətnaməsinə münasibətdə icrası mümkün olmayan bir məhkəmə aktının qəbul olunmasına səbəb olardı. 40.Məhkəmə kollegiyası 15 fevral 2023-cü il tarixdə işdə iştirak edən şəxslərin iştirakları ilə mübahisəli mənzilə yerli baxış keçirmiş, mənzilin qapısını müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qardaşı açmış, mənzilin açarının onlarda olduğunu bildirmişdir. Yerli baxış zamanı məlum olmuşdur ki, mənzildə təmir işləri yekunlaşmamış, üçüncü şəxs tərəfindən plastik qapılar qoyulmuşdur. 41.Buna görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(001)-1919/2022 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. 42.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(001)- 1919/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Faud Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar