Məhkəmə qərarları › İş №2(103)-723/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-723/2019

17.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-723/2019 17.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsiHəsənov Elnur Fuad oğlunun, Cavabdehlər X2 və X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 4 260,85 ABŞ dolları məbləğində əsas borc, 1 343,98 ABŞ dolları faiz borcu, 271,09 ABŞ dolları olmaqla, cəmi 5 875,92 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4260.85 ABŞ dolları məbləğində əsas borcun, 1343.98 ABŞ dolları faiz borcunun, 271.09 ABŞ dolları cərimə olmaqla, cəmi 5875.92 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 22 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırda cavabdehin banka 4260.85 ABŞ dolları məbləğində əsas borcu, 1343.98 ABŞ dolları faiz borcu, 271.09 ABŞ dolları cərimə olmaqla, cəmi 5875.92 ABŞ dolları məbləğində borcu vardır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış və işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsinin, kollegiyanın əvvəlki iclasında iştirak edib,şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcu 1183,54 ABŞ dollarımüəyyən edilməklə, kredit borcu üzrə cəmi 5715,48 ABŞ dolları məbləğində pul ödəniş günü manata məzənnə ilə manatla cavabdehlər Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə illik 22 % ödəmək şərti ilə 6370 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh həmin tarixdə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 741-ci madəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşə apellyasiya qaydasında baxılarkən, məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26524 saylı xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə ekspertizasının rəyinə əsasən . “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixinə, yəni müqavilənin bitdiyi müddətə faiz borcu 1183,54 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəfələr arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyər. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müqavilədə faizləri hesablayaraq kredit müqaviləsinin müddəti bitdikdən sonrakı tarixinə faiz borcunun məbləğini 1343,98 ABŞ dolları müəyyən etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun Qərarını nəzərə almadan, iş üçün tələb olunan mütəxəssis rəyi alınmadan, faiz borcunun tutulması hissəsində səhv nətcəyə gəlmişdir. Ekspert tədqiqatının dəyəri 100 manatın 80 manatı Cavabdeh, 20 manatı isə “xxxx” ASC-dən tutularaq müvafiq hesaba ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Faiz borcu 1183,54 ABŞ dollarımüəyyən edilməklə, kredit borcu üzrə cəmi 5715,48 ABŞ dolları məbləğində pul ödəniş günü manata məzənnə ilə manatla cavabdehlər Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın 80 manatı Cavabdeh, 20 manatı isə “xxxx” ASC-dən tutulub MBA LTD MMC-nin hesabına: VÖEN **********, H/h AZ34AZEG********************, Benefisiar(alan) bank: “xxxx” ASC KOD– 505817, VÖEN **********, m/h AZ75NABZ********************, S.W.İ.F.T. Bik AZEGAZ22 hesaba keçirilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar