Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-723/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh və X6 qarşı “pulun ödənilməsi” barədə ilkin, Cavabdehİddiaçı qarşı “borc pulun qaytarılması” barədəqarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Hüseynovİsax Hümbət oğluna və X6 qarşı “pulun ödənilməsi” barədə iddia tələbləri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh və Sahib Baxşəliyev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə X7 da cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İsax və Aqil Hüseynovlardan ona vurduqları zərərə görə 404 425 ABŞ dollarının, dəzgah və avadanlığa görə 7000 ABŞ dollarının, 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh, müşahidəçi S.Baxşəliyevin, anbar müdiri A.Nəbiyevin də iştirakları ilə onunla bağlamış olduğu xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əslində 250 000-300 000 ABŞ dolları dəyərində olan təbii daşları, (traverin, oniks, mərmər, qranit və s.) 110 000 ABŞ dollarına ondan almış, müqavilə şərtlərinə görə 40 000 ABŞ dollarını xx.xx.2015-ci il tarixinə qədər, 60 000 ABŞ dollarını mal satıldıqca, ancaq 2015-ci ilin sonuna qədər, 10 000 ABŞ dollarını isə Sahib Baxşəliyevə ödəməli olmuş, lakin aldadaraq daşların pullarını verməmiş, nəticədə 2 il ərzində ona 448-425 min ABŞ dolları ziyan vurmuşdur. Bundan başqa o, ona məxsus daş sexində olan dəzgahı və avadanlıqları 7000 ABŞ dollarına qiymət edərək götürmüş, dəzgahın da pulunu ödəməmişdir. Cavabdeh almış olduğu daşları Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, ünvan 1 ünvanında yerləşən daş sexinə aparmış, orada onları cilalayaraq sifarişlər əsasında satmış, pullarına isə sexi üçün maşın və dəzgahlar, avadanlıqlar alaraq pullarını mənimsəmişdir. Malın verilməsinə dair qaimələrdə malın aparıldığı yük avtomobillərinin dövlət qeydiyyat nişanları da qeyd edilmişdir. Belə ki, mallar xx.xx.2015-ci il tarixli 001 saylı, xx.xx.2015-ci il tarixli 002 saylı, xx.xx.2015-ci il tarixli 003 saylı, xx.xx.2015-ci il tarixli 004 saylı, xx.xx.2015-ci il tarixli 005 saylı, xx.xx.2015-ci il tarixli 006 saylı, xx.xx.2015-ci il tarixli 001 saylı, xx.xx.2015-ci il tarixli 002 saylı, xx.xx.2015-ci il tarixli 003 saylı, xx.xx.2015-ci il tarixli 001 saylı, xx.xx.2015-ci il tarixli 002 saylı, xx.xx.2015-ci il tarixli 003 saylı, xx.xx.2015-ci il tarixli 004 saylı, xx.xx.2015-ci il tarixli 005 saylı, xx.xx.2015-ci il tarixli 001 saylı, xx.xx.2015-ci il tarixli 001 saylı qaimələr əsasında aparılmışdır. Daşın sahibinə pulları ödəmək, götürmüş olduğu kredit pullarını banka qaytarmaq, faəliyyətini davam etdirmək üçün evini, əmlakını girov qoyaraq, yeni kreditlər götürüb, keçmiş kredit borclarını ödəmişdir. Cavabdeh 2015-ci ilin avqust ayında qaytarcağı 40 000 ABŞ dollarının banka olan faiz dərəcəsi 3833 ABŞ dolları təşkil edir. Bununla yanaşı, 2015-ci ilin avqust-dekabr aylarında 40 000 ABŞ dollarının ona verilməməsi səbəbindən əldən çıxmış faydası 20 000 ABŞ dolları təşkil edir. Ümumilikdə, 2015-ci ilin avqust-dekabr aylarında ona 3833 ABŞ dolları və 20 000 ABŞ dolları, cəmi 23 833 ABŞ dolları zərər dəymişdir. 2016-cı il ərzində 157 296 ABŞ dolları, 2017-ci il ərzində 157 296 ABŞ dolları zərərə məruz qalmışdır. Ümumilkdə isə, dəymiş ziyanla bərabər, Cavabdeh tərəfindən ona 448 425 ABŞ dolları ziyan vurulmuşdur. Cavabdeh və onun oğlu Aqil Hüseynov, daşları və dəzgahı almaları, aparmaları barədə qaimələri, onun, müşahidəçi Sahib Baxşəliyevin, anbar müdiri A.Nəbiyevin iştirakları ilə imzalamışlar və əmlakı aparmışlar. Bu şəxslərin onları aldatma niyyətlərini bilmədiklərindən, əhəmiyyət verməmişlər ki, qaimələri Cavabdeh, ya onun oğlu Aqil Hüseynov imzalayır. İsax və Aqil Hüseynovların ondan aldıqları 110 000 ABŞ dolları dəyərindən olan təbii daşların 10 000 ABŞ dolları qiymətində olan hissəsi X3 məxsus olduğundan, sonuncu həmin pulları şəxsən özü cavabdehlərdən almaq üçün iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı 53 000 ABŞ dolları və 21000 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı 2015-ci ilin iyun ayında onunla görüşüb “sənin daş sexinə mərmər daşlar vuracam, sataq müəyyən qədər qazancımız olsun” təklifini vermiş, formal olaraq bir müqavilə forması da hazırlayaraq, “əgər işimiz baş tutarsa notarial qaydada müqavilə bağlayıb işə başlayarıq” demişdir. İslamın təklifinə etiraz etməmiş, bundan sonra o, nümunə üçün daş gətirib sexə yığmış, lakin sonradan heç bir davamı olmamışdır. İslamın gətirdiyi daşı heç kəs bəyənib almamış, buna görə də ona bir neçə dəfə bildirmişdir ki, gətirdiyi həmin nümunə daşlarını gəlib aparsın, çünki sexində əlavə yer tutur. İslam gəlib daşlarını aparmamışdır və hələ də həmin daşlar sexin həyətində durur. İslamla uzun illər dostluq etmiş, ona çox köməkliklər göstərmiş, həmişə maddi dəstək olmuş, 2016-cı ilin sentyabr-oktyabr aylarında 25 000 ABŞ dolları, 2017-ci ilin fevral ayında 10 000 ABŞ dolları, 2017-ci ilin aprel ayında 18 000 ABŞ dolları, 2017-ci iln may ayında 21 000 manat olmaqla cəmi 53 000 ABŞ dolları və 21000 manat borc pul vermişdir. Lakin İslam hazırkı dövrədək borcunu qaytarmamışdır. X4 isə Cavabdeh və X6 qarşı müstəqil tələb irəli sürərək, cavabdehlərdən ona borclu olduqları 10 000 ABŞ dollarının, bu pulu qaytarmamaqla ona vurmuş olduqları maddi ziyan qismində bankın uçot dərəcəsi ilə hesablanmış 10 000 ABŞ dollarının, həmçinin borcun ödəniləcəyi günə qədər bu məbləğə hesablanacaq bank uçot dərəcəsinə uyğun faiz məbləğinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sahib Baxşəliyev iddia tələbini belə əsaslandırmışdır ki, 2015-ci ilin ortalarında İddiaçı Dərnəgül qəsəbəsində yerləşən sexində ona məxsus 10 000 ABŞ dolları dəyərində təbii daşlar olmuş, İddiaçı anbarındakı təbii daşların hamısını sataraq artıq daş işi ilə məşğul olmamağa qərar vermiş, ondan da ona məxsus 10 000 ABŞ dolları dəyərindəki daşlarını ayırıb aparmamağı xahiş etmiş, daşların hamısını Cavabdeh 110 000 ABŞ dollarına satacağını, əgər o, daşlarını apararsa İsaxın narazılıq edəcəyini, İsaxdan daşların ümumi pullarını alandan sonar onun 10 000 ABŞ dollarını verəcəyini bildirmişdir. İslamla razılaşmış, bu razılaşmadan İsaxın da məlumatı olmuşdur. Daşların satışı ilə bağlı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı İddiaçı, alıcı Cavabdeh, o və İddiaçı qohumu - onun yanında anbarda işləyən Alxan Nəbiyev həmin müqaviləni imzalamışlar. Müqavilə şərtlərinə görə, Cavabdeh 40 000 ABŞ dollarını xx.xx.2015-ci il tarixinə qədər, 60 000 ABŞ dollarını mal satıldıqca, ancaq 2015-ci ilin sonuna qədər, 10 000 ABŞ dollarını isə ona ödəməli olmuşdur. İsax bir neçə gün ərzində daşları daşımış, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ. ünvan 1 ünvanında yerləşən daş sexinə aparmış, İddiaçı aldığı daş cilalayan dəzgahı isə, daş işi ilə məşğul olan bir şəxsə satmışdır. Həmin ərəfələrdə, yəni 2015-ci ilin avqust ayından sonra Cavabdeh dəfələrlə daş almış və hər dəfə də xahiş etmişdir ki, daşların pularını ona verəcəyi 10 000 ABŞ dollarından çıxsın. Ancaq İsax buna razı olmamış, ona pul verməli olmadığını bildirmişdir, müxtəlif bəhanələrlə onu və İslamı aldatmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107 000 (yüz yeddi min) ABŞ dollarının və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə, habelə Cavabdeh və X1 iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ilkin iddianın rədd olunan hissədə ləğv edilməsini, həmin hissədə də iddiasının təmin olunmasını; Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ilkini iddianın qismən təmin olunması hissəsində ləğv olunaraq İddiaçı xeyrinə ondan 13 000 ABŞ dolları tutulmasını; Sahib Baxşəliyev şikayət verərək özünün iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə qətnamənin ləğv, iddiasının təmin olunmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini özünün iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla həmçinin göstərmişdir ki, Cavabdeh borcpullar verməsi barədə ona şər ataraq, üstəlik yalançı şahidlər də gətirmiş, ekspertizanın rəyindən sonra daşları aldıqlarını, lakin pullarını ödədiklərini bəyan etmiş, məhkəmə isə cavabdehlər tərəfindən törədilmiş dələduzluqla bağlı cinayət əməllərinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçılə bağladığı müqavilənin predmetini yalnız müxtəlif daşlar təşkil etmiş, dəzgahın satılması barədə razılıq əldə olunmamış, məhkəmə isə müqavilənin predmeti olmadığı halda 7000 ABŞ dollarını heç bir səbəb olmadan 100 000 ABŞ dollarına əlavə etmişdir. Məhkəmədə həmin dəzgahın tərəfindən 3000 manata satılması barədə izahat verilsə də, buna əhəmiyyət verilməmişdir. 2016 və 2017-ci ildə məhz İslam Abdıyevin onunla yeni müqavilələr bağlayaraq ona mal verməsi bir daha onu göstərir ki, xx.xx.2015-ci il tarixli müqaviləyə görə ödənişlər olmuşdur. Birgə fəaliyyətin digər təkzib olunmaz dəlili ondan ibarətdir ki, İddiaçı 2016-cı ilin noyabr ayında onun vasitəsilə Pərvin Ağayevə 50 275 manat dəyərində şüşə vermiş və şüşənin satışından ona 40 000 manatdan artıq pul ödənilmişdir. Ümumilikdə İddiaçı 2017-ci ilin ortalarınadək 65 000 ABŞ dolları və 21 000 manat məbləğində pul vermiş, ona 13 000 ABŞ dolları borcu qalmışdır. Sahib Baxşəliyevin apellyasiya şikayəti isə onun iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi hüquq normalarının tələblərinin pozulduğu iəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Sahib Baxşəliyevin apellyasiya şikayəti qismən təmin olunaraq Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ona aid hissədə ləğv edilmiş, onun iddia tələbi qismən təmin edilərək, qətnamə icra olunan tarixə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq Cavabdeh X1 xeyrinə 10 000 (on min) ABŞ dolları pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı və Cavabdeh verdikləri kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddialarının təmin olunması hissəsində ləğv olunmuş və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə,Cavabdeh, onun vəkili (nümayəndəsi) X2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 hər biri özlərinin apellyasiya şikayətlərinin məzmununa uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsini İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddialarının təmin olunması hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Bu o deməkdir ki, ilkin iddianın təmin olunmayan hissəsi, həmçinin Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi ilə bağlı hissə artıq yeni apellyasiya baxışının predmeti deyildir (yəni hazırkı apellyasiya baxışının həddi Cavabdeh və Sahib Baxşəliyevin apellyasiya şikayətləri ilə məhdudlaşır). Kollegiya həmçinin qeyd edir ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ondan İddiaçı xeyrinə tutulan pulun məbləğinə aid hissədə dəyişdirilməli, Sahib Baxşəliyevin şikayəti təmin edilməməli, qətnamə hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan halına görə, xx.xx.2015-ci il tarixdə İddiaçı və Hüseynovİsax Hümbət oğlu arasında sadə yazılı formada müqavilə bağlanmış, müqaviləşərtlərinə əsasən İddiaçı, 110 000 ABŞ dolları dəyərində malları(travertin, oniks, mərmər, qranit) Cavabdeh satmağı, Cavabdehisə həmin məbləğin 40 000 ABŞ dollarını xx.xx.2015-ci il tarixində və mal satıldıqca 60 000 ABŞ dollarını ona,10 000 ABŞ dollarını Sahib Baxşəliyevə ödəməyi öhdələrinə götürmüşlər. İslam Abdıyev müqavilə öhdəliklərini yerinə yetirdiyini, müqavilədə nəzərdə tutulan malları, həmçinin 7000 ABŞ dolları dəyərində daş kəsəndəzgahı Cavabdeh təhvil verdiyini bildirərək müvafiq iddia tələblərini irəli sürmüş, Cavabdeh isə əvvəlcə belə müqavilənin mövcudluğunu inkar etsə də, məhkəmə prosesinin gedişində sözügedən malları və dəzgahı aldığını etiraf etmiş, lakin malların dəyərini ödədiyini və 13 000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya hesab edir ki, Cavabdeh müqavilədə nəzərdə tutulmuş malları, habelə daş kəsən dəzgahı İddiaçı aldığını etiraf etdiyindən, İddiaçı müvafiq halı sübutetmə vəzifəsindən azad olmaqla, malların dəyərini qismən ödəmiş olduğunu sübut etmək bilavasitə Cavabdeh üzərinə düşməkdədir. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh malların və dəzgahın dəyərini ödəmiş olduğuna dair heç bir sübut təqdim edə bilmədiyini nəzərə alan kollegiya, birinci instansiya məhkəməsinin ondan mallara görə 100 000 ABŞ dollarının İddiaçı xeyrinə tutulmalı olması qənaəti ilə razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Bununla belə kollegiya hesab edir ki, məhkəmə, daş kəsən dəzgaha görə Cavabdeh tutulmalı olan məbləği 7000 ABŞ dolları müəyyən etdiyi zaman səhvə yol vermişdir; belə ki, işin hallarından tərəflərin (İddiaçı və Cavabdeh) dəzgahın dəyərini 7000 ABŞ dollarına razılaşdırdıqları müəyyən olunmur – onların biri-birlərinə qarşı cinayət təqibi orqanlarına etdikləri şikayət əsasında toplanmış materialda verilən izahatlardan isə aydın olur ki, İsax həmin dəzgahı Ədalət adlı şəxsə 2500 manata satmışdır. Bu baxımdan kollegiyanın qənaətinə görə, sözügedən dəzgaha görə Cavabdeh yalnız 2500 manat pul tutula bilər. Kollegiya, birinci instansiya məhkəməsinin Sahib Baxşəliyevin iddia tələbi üzrə gəldiyi nəticə ilə də razılaşır; belə ki, kassasiya instansiyası məhkəməsinin qərarında da vurğulandığı kimi, ona aid malların Cavabdeh verildiyi sübuta yetirilməmiş, məhz malları təhvil verən şəxs kimi təqdim olunan Alxan Nəbiyev özü birinci instansiya məhkəməsində şahid qismində ifadə verərkən Sahib Baxşəliyevə aid malları Cavabdeh təhvil vermədiyini, malları Sahib Baxşəliyevin özünə qaytardığını göstərmişdir (1-ci cild, i.v.162). Kassasiya instansiyasının “işə apellyasiya qaydasında yenidən baxılarkən hazırkı işlə əhatə olunan tələblərin əvvəllər tərəflərin arasında olmuş məhkəmə işləri üzrə məhkəmə baxışının predmeti olub-olmaması aydınlaşdırılmalıdır” göstərişi ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı hazırda istinad etdiyi müqavilənin əvvəllər “Tural-İ-91” şirkəti ilə Cavabdeh arasında olmuş məhkəmə mübahisələrinin predmeti olmadığı müəyyən edilmişdir Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-860/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə - yəni, ilkin iddianın qismən təmin olunaraq Cavabdeh qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107 000 (yüz yeddi min) ABŞ dollarının alınıb İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100 000 (yüz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 (iki min beş yüz) manat tutularaq İddiaçı ödənilsin. X1 apellyasiya şikayəti təmin olunmasın və qətnamə qalan hissələrdə, o cümlədən Cavabdeh mübahisələndirdiyi digər hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-723/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-723/2020
23.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver