Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-723/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(001)-16/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 25 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 45.194,79 ABŞ dolları əsas, 1.133,64 ABŞ dolları faiz, 9.017,01 ABŞ dolları cərimə, cəmi 55.345,44 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 1 mərtəbəli, 3 otaqlı, 67,55 kv.m ümumi, 47,31 kv.m. yaşayış, 20,24 kv.m. yardımçı sahədən ibarət 31 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənziln açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 1 mərtəbəli, 3 otaqlı, 67,55 kv.m. ümumi, 47,31 kv.m. yaşayış, 20,24 kv.m. yardımçı sahədən ibarət 31 nömrəli evin, 3 nömrəli mənzilinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 25 aprel 2014-cü il tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 36%-dən çox olmamaq şərti ilə 60 ay müddətinə 200.000 manatı məbləğində kredit ayrılmışdır. 25 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 %-lə 24 ay müddətinə 70.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 01 may 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 45.569,15 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti 28.04.2017-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq,Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,55 kv.m ümumi, 47,31 kv.m yaşayış, 20,24 kv.m yardımçı sahədən ibarət 31 nömrəli evin, 3 nömrəli mənzili25.04.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. 25.04.2014-cü tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 2016-cı il oktyabrın14-dək Cavabdeh1 həmin kredit müqaviləsi üzrə banka 45.194,79 ABŞ dolları əsas, 1.133,64 ABŞ dolları faiz və 9.017,01 ABŞ dolları cərimə borcu, ümumilikdə55.345,44 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərzə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2014-cü il tarixli, 1193/14 saylı kredit müqaviləsinin və 01 may 2015-ci il tarixli əlavə sazişin etibarsız hesab olunması, 25 aprel 2014-cü il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş 70.000 ABŞ dollarının, bankdan götürüldüyü kimi 54.000 manat hesablanması və ödənilmiş 28.000 manat məbləğ çıxılmaqla yerdə qalan məbləğin müəyyən olunmuş faizlə (21 faiz) əsasən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ASC-dən 25 aprel 2014-cü il tarixdə 54.000 manat məbləğində kredit götürmüşdür. Kreditin götürülməsi ilə bağlı bank işçiləri ona 2 ay əvvəldən təklif vermişdilər. Böyük vədlər verərək, aşağı faizlə daha yaxşı şərtlər olacağını israr edərək, onun "xxxx" ASC-də olan kreditini bağlayıb, onların xidmət göstərdiyi bankdan kredit xətti açmağını təklif etmişdilər.Uzun müddətdən sonra onun səhhətində ani olaraq problem yarandığı dövrdə uzun müddət işlədiyi bankı dəyişdirib onlardan yeni xəttin açılması barədə razılıq vermişdir. Bunun müqabilində ona 200.000 manat məbləğində kredit xətti açılmışdır. 54.000 manatın 34.000 manatını "xxxx" ASC-dəolan cari kreditlərin bağlanmasına yönəlmişdir. Bankdan pulu sadəcə həm ABŞ dolları, həm də manat əskinazları ilə götürmüşdür. Kredit müqaviləsinin isə mütləq olaraq manat ilə olacağını və kredit xəttinin də manatla olduğunu bilib ayda 3.285 manat pul ödəməyi planlaşdırmışdır. Elə də ödəmişdir. Lakin bankomatda kodunu yığanda hər zaman başqa qrafik bölgüsü çıxmışdır. Bununla bağlı ona deyilmişdir ki, “Bu bizimdaxili sistemdir, siz özəlsiniz, müştəri olaraq sizə hər ay güzəşt vaxtı verilib deyə elə çıxır”. Hətta 4 ay ödədiyi pul Anar Babayev adlı bir müştərinin hesabına köçürülmüşdür.O, hər ay buna görə banka getmiş, lakin heç bir nəticə olmamışdır.O, 28.01.2015-ci il tarixinədək 24.628 manat ödəniş etmişdir. Daha sonra mart ayı üçün ödənişin 2 dəfə salınmasının şahidi olub.O, bank işçisinə belə ödəyə bilməyəcəyini deyib. Həmin aydan gecikmə yaranıb və sonra da pulu düzgün bölüb və yenidən hesablayıblar. O, 54.000 manatdan 28.000 manata qədərini bağladıqdan sonra qalan məbləğə yenə qrafik düzəldiblər, onu da 2015-ci ilin noyabrına qədər ödəmişdir. Hətta 2 ayını bank işçisi özü gəlib onun evindən aparıbdır. Sonra ABŞ dollarının dəyəri qalxdığı üçün ondan ABŞ dolları ilə ödəniş edilməsi tələb olunmuşdur. O, isə elə ödəməyəcəyini bildirib. Nəticədə ödəniş məbləği ilə bağlı Bankla ümumi razılığa gələ bilməyibdir. Sonradan Bankın rəhbərliyi dəyişmiş və yeni rəhbərlik ona 45.000 ABŞ dolları ödəməklə borcu bağlamağı təklif etmişdir. Lakin o, buna razı olmamış və maksimum 45.000 manat ödəniş etmək imkanına malik olduğunu söyləmişdir. Hətta o, Bankdan krediti manatla götürmüşdür. Onunla bank arasında bağlanmış Baş kredit müqaviləsində də müqavilənin predmeti 200.000 manat məbləğində pul olmuşdur. Bundan sonra onun tərkib hissəsi olan sazişi ABŞ dolları ilə bağlanması da qanunsuzdur. O, müqavilənin etibarsız hesab edilməsinə əsas verən halları 24 yanvar 2017-ci il tarixdə bilmişdir. Bundan sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC iki dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 25 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 45.194,79 ABŞ dolları əsas, 14.288,55 ABŞ dolları faiz, 21.938,41 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 18.01.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.855,91 ABŞ dolları borc, ümumilikdə 85.277,66 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,55 kv.m. ümumi, 47,31 kv.m. yaşayış, 20,24 kv.m yardımçı sahədən ibarət 31 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 Fəxrədddin oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,55 kv.m ümumi, 47,31 kv.m yaşayış, 20,24 kv.m yardımçı sahədən ibarət 31 nömrəli evin 3 nömrəli evin 3 nömrəli mənzilinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqularının itirilmiş hesab ediməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(001)-16/2020 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh1 45.192,11 (qırx beş min bir yüz doxsan iki ABŞ dolları, on bir sent) ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni 27.04.2017-ci il tarixinə hesablanmış 14.156,42 (on dörd min bir yüz əlli altı ABŞ dolları, qırx iki sent) ABŞ dolları məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdən sonra, yəni 28.04.2017-ci il tarixdən 27.12.2017-ci il tarixinə illik 5% olmaqla hesablanmış 1.500,20 (bir min beş yüz ABŞ dolları, iyirmi sent) ABŞ dolları məbləğində faiz, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə, cəmi 62.848,73 (altmış iki min səkkiz yüz qırx səkkiz ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 31 saylı evin, 3 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh2 qaytarılması, ipoteka predmetinin hərrac vasitəsi ilə satışı hesabına əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 139.000 (bir yüz otuz doqquz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 31 saylı evin, 3 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 həmin əmlakdan çıxmazsa, oonun məcburi qaydada çıxarılması, ilk iddianın qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh Dəmirbank ASC-yə qarşı “kredit müqaviləsinin və əlavə sazişin etibarsız hesab edilməsi, kredit məbləğinin milli valyutada hesablanması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 417 (dörd yüz on yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-16/2020 saylı iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsinin qismən – faiz, müqavilənin bitdiyi tarixdən 27.12.2017-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin, cərimə borcunun azaldırlması və əmlakın ilkin satış qiymətinin 139.000 manat müəəyyən edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə faiz, müqavilənin bitdiyi tarixdən 27.12.2017-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin, cərimə borcunun azaldılması və əmlakın ilkin satış qiymətinin 139.000 manat müəyyən edilməsi hissəsində qanunsuz və əsassız olduğuna görə qismən ləğv edilərək, iddia tələbi tam təmin olunmalıdır. Belə ki, ilk növbədə məhkəmə faiz borcunu azaltmış və onunla əsaslandırmışdır ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 19.02.2020-ci il tarixli 17341 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, faiz borcu müəyyən edilərkən məhz ekspert rəyi əsas götürülməli və iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Bundan əlavə, məhkəmə əmlakın ilkin satış qiymətini 139000 manat qiymətləndirilmiş və iş materiallarına əlavə edilmiş ekspert rəyinə istinad etmişdir ki, qeyd olunan ekspert rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsində yerləşən 31 nömrəli evin 3 saylı mənzilin bazar qiyməti 139000 manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, ipoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. Halbuki tərəflər arasında bağlanmış 25.04.2014-cü il tarixli ipoteka müqaviləsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat dəyərində qiymətləndirilməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin vaxtdan 5 ilə yaxın müddət (ekspert rəyinin verildiyi tarixə) keçmişdir. Bu müddət ərzində, xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmənin əsaslandığı ekspert rəyləri doğru deyildir və bu da qətnamənin qeyd olunan hissədə ləğv olunmasını zəruri edir. Həmçinin, qətnamə müqavilənin bitdiyi tarixdən 18.01.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3855,91 ABŞ dolları zərərin qismən təmin edilməsi hissəsində qanunsuz və əsassız olduğuna görə ləğv edilərək, 18.01.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 3855,91 ABŞ dolları zərərin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edilən zərəri qismən təmin edərək belə əsaslandırmışdır: “Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 27 dekabr 2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmişdir. Hüquqi nəticə etibarı ilə 27.12.2017-ci il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirir.” İddiaçı ASC məhkəmənin də qeyd etdiyi kimi ləğv prosesindədir, ləğvi tam başa çatmamışdır. Ləğvi tam başa çatana qədər mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Odur ki, qanunla müəyyən olunmuş illik beş faiz ödənilməsini tələb etmək hüququ ləğv prosesində olan İddiaçı ASC üçün itirilməmişdir. Bundan əlavə, məhkəmə cərimə borcunu qismən təmin edərək, 2000 ABŞ dolları məbləğində müəyyən etmişdir ki, qətnaməni bu hissədə də ədalətsiz hesab edirlər. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak nənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da görünür ki, dəbbə pulu müəyyən olunarkən tənasüb əsas ötürülməlidir. Hesab edirlər ki, 45192,11 ABŞ dolları əsas borc üçün 2000 ABŞ dolları cərimə məbləği azdır və iddiaçının mənafeyinə ziyan vurur. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-16/2020 saylı iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddinın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin pozulmadığını qeyd etmiş və gəldiyi qənaəti əsaslandırmaq üçün də həmin maddəyə istinad etmişdir. Lakin hesab edir ki, məhkəmə həmin maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə onların arqumentlərə, dəlillərə cavab olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin pozulmadığını qeyd etsə də, onu əsaslandırmamış və arqumentlərini təkzib edəcək hüquqi əsaslandırma həyata keçirməmişdir. O, pulu bankdan manatla götürdüyünü, ödənişləri də manatla həyata keçirdiyini bildirmişdir. Onun kredit xətti müqaviləsi də manatla müəyyən olunmuşdur. Belə ki, 25 aprel 2014-cü il tarixli, BK-1193/14 saylı baş kredit müqaviləsinin predmetinə əsasən kreditor borcalana 200.000 manat kredit xətti ayırmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən gələcəkdə bağlanılacaq kredit müqaviləsi üzrə hissəhissə veriləcək məbləğlər hazırki Baş kredit müqaviləsinə bağlıdır. Eyni zamanda 25 aprel 2014-cü il tarixli, 1193/14 saylı kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən bu müqavilə 25 aprel 2014-cü il tarixli, BK-1193/14 saylı Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Daha sonra bağlanılmış 25 aprel 2014-cü il tarixli, İPİ-İ 193/14 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan mülkiyyət hüququ ilə ona məxsus və Baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi müvafiq əmlakı kreditora ipotekya verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 2.1.1. 200 000 AZN təşkil edən kredit məbləği və sair. Eyni zamanda da 25 aprel 2014-cü il tarixli, 1193/14 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 70000 Amerika dolları məbləğində kredit verir. Bütün bu normaları ardıcıl sadalamaqlarında məqsəd odur ki, kreditin sonradan dollarla verilməsinin qanunsuz olduğunu aşkara çıxaraq və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinin pozulduğunu nəzərə çatdıraq. Belə ki, Baş kredit müqaviləsində kredit xəttinin manatla müəyyən olunmasına və sonra bağlanılmış kredit müqaviləsinin onun şərtlərinə tabe olmalı halda, onun şərtlərinə zidd olaraq dollarla kredit verilməsi artıq bağlınmış olan kredit müqaviləsi və ona əlavə sazişin etibarsızlığından xəbər verir və etibarsızlığı üçün tam əsasdır. Tərəflər arasında bağlanılmış baş kredit müqaviləsi mahiyyət və məzmun etibarı ilə AR mülki qanunvericilikdə nəzərdə tutulmuş ilkin müqaviləni, kredit müqaviləsi isə əsas müqaviləni ehtiva edir və nəzərdə tutur. Buna görə də qanunla müəyyən olunmuş şərtlərini pozulması ilə bağlanılmış olan əqd etibarsız sayılmalıdır. Məhkəmə 1 (bir) illik kəsici müddəti əsas gətirərək həmin müddətin keçdiyini qeyd etsə də, bu müddətin keçməməsi ilə bağlı təqdim etdikləri fakt, dəlil və arqumentlərini təkzib edəcək hər hansı bir əsaslandırma aparmamış, onlara münasibət bildirməmiş və bununla da ədalətli məhkəmə araşdırması hüquqlarını pozmuşdur. Belə ki, o, barəsində mübahisə edilən kredit müqaviləsinin və əlavə sazişin etibarsız sayılmasına əsas verən halları hüquqi xidmət üçün etdiyi müraciətdən sonra, yəni 24 yanvar 2017-ci ildə bilməmişdir. Qeyd olunanları nəzərə aldıqda tam aydın olur ki, o, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) illik kəsici müddəti də ötürməmişdir. Digər tərəfdən məhkəmə sonuncu məhkəmə-mühasibat ekspertizasının rəyini mötəbər sübut hesab edərək, onu gəldiyi qənaəti əsaslandırmaq üçün mühüm fakt saymışdır. Hesab edir ki, məhkəmə həmin rəylə ümumiyyətlə tanış olmamışdır. Belə ki, rəydə birmənalı şəkildə baş kredit müqaviləsinin ABŞ dollar ilə bağlandığını qeyd etmiş və nəticədə gəldiyi qənaətində olan bütün hesablamaları dollarla ifadə etmişdir. Kredit müqaviləsi baş kredit müqaviləsinin şərtlərinə uyğun olmalı olduğu halda, baş kredit müqaviləsində nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmışıdr. Bu baxımdan da 25 aprel 2014-cü ildə bağlanılmış olan kredit müqaviləsində nəzərdə tutulmuş 70 000 dollar, götürldüyü kimi 54000 manat hesablanmalıdır və ödənilmiş məbləğ çıxılmaqla yerdə qalan məbləğ müəyyən olunmuş faizə əsasən yenidən hesablanaraq geri banka qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin olunmalı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamalı, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 139.000 (bir yüz otuz doqquz min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 12 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 30 iyul 2021-ci il tarixli 9/2421 saylı Ekspertiza Rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə 14 noyabr 2016-cı il tarixə ödənilməli olan borc məbləği 55.051,52 ABŞ dolları məbləğində kimi müəyyən edilir, o cümlədən: əsas borc üzrə 45.192,11 ABŞ dolları, faiz borcu üzrə 9.859,41 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı 15 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 15 sentyabr 2021-ci il tarixli 133 saylı Ekspertiza Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsində yerləşən, 31 saylı evin, 3 saylı mənzilinin hazırkı bazar qiyməti ilə təqribi dəyərinin 130000.00 manat olduğunu nəzərə alaraq, hazırkı şəraitdə likvid dəyərinin 117000.00 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Ləğv prosesində olan İddiaçı ASC-yə ünvanladığı 2(103)-8015/2020 saylı, 13 noyabr 2020-ci il tarixli sorğusuna ləğv prosesində olan İddiaçı ASC 04 dekabr 2020-ci il tarixli, **********787 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, Sizin ləğv prosesində olan İddiaçı ASC-yə daxil olmuş məktubunuzdan görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə ilk iddia, iddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin və əlavə sazişin etibarsız hesab edilməsi, kredit məbləğinin milli valyutada hesablanması” tələbi barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə yaranmış zərurətlə əlaqədar 25.04.2014-cü il tarixli BK- 1193/14 saylı baş kredit müqaviləsində kredit borcunun milli valyuta ilə verilməsi göstərildiyi halda, sözügedən borcun ABŞ dolları ilə verilməsi və hansı məbləğdə verilməsi barədə izahlı arayışın və digər sənədlərin təcili olaraq Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Bildirirlər ki, 25.04.2014-cü il tarixli kredit müqaviləsinin sonuncu səhifəsində (imzala olan) ilkin Cavabdeh1 özü şəxsən “Müqaviləni oxudum (Müqavilənin 1.3 bəndi ilə xüsusi olaraq tanış oldum). Heç bir etirazım yoxdur” qeyd edib imzasını atmışdır. Bu da onu göstərir ki, Cavabdeh1 25.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 70 000 ABŞ dolları kredit məbləğinin 25.04.2014-cü il tarixli baş kredit müqaviləsi üzrə 200 000 manat ekvivalenti çərçivəsində verildiyini və bununla razı olduğunu qəbul etmişdir. Bundan əlavə, ilkin Cavabdeh1 25.04.2014-cü il tarixli müqavilədən sonra əlavə olaraq həmin müqaviləyə 01.05.2015-ci il tarixli əlavə saziş də bağlamışdır ki, həmin əlavə sazişdə də ABŞ dolları ilə verilmiş kreditin ABŞ dolları il restrukturizasiya edilməsi bir daha qeyd edilmiş və cavabdeh tərəfindən imzası ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2014- cü il tarixli, BK-1193/14 saylı Baş Kredit müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 36 %-dən çox olmamaq şərti ilə 200.000 manat məbləğində kredit xəttini açır və ayrıca müqavilə əsasında ona kredit verir. Həmin Baş kredit müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli, 1193/14 saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 21% dərəcəsi ilə faiz ödəmək şərti ilə 24 ay müddətinə qaytarmaq şərti ilə 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 "xxxx"ASC-dən həmin məbləğdə krediti qəbul etmiş və müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, kreditə görə hesablanacaq faizləri, habelə ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğlərini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə Banka borcu yaranmışdır. Bununla bağlı tərəflər arasında 25 aprel 2014-cü il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan 01 may 2015-ci il tarixli, 1 saylı əlavə saziş imzalanmışdır. Bu sazişin şərtlərinə əsasən həmin vaxtda mövcud olan borcun 45.569,15 ABŞ dolları təşkil etdiyi müəyyən edilmiş və faiz dərəcəsi dəyişdirilməyərək (21%) kredit müddəti 28.04.2017-ci il tarixədək uzadılmışdır. Lakin Cavabdeh1 bundan sonra da kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. "xxxx" ASC Cavabdeh1 pretenziya qaydasında məktubla müraciət edərək, yaranmış borc məbləği barədə ona məlumat vermiş və borcun 3 gün müddətində ödənilməsini təklif etmiş, əks halda yaranmış borc məbləğinin tutulması barədə iddia ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Lakin bu da bir nəticə verməmişdir. Bu səbəbdən "xxxx" ASC hazırki iddia ilə məhkəməyə müraciət etmiş və hazırda Cavabdeh1 25 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 45.194,79 ABŞ dolları əsas, 14.288,55 ABŞ dolları faiz, 21.938,41 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 18.01.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.855,91 ABŞ dolları faiz, ümumilikdə 85.277,66 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin ondan tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti 28.04.2017- ci il tarixdə bitmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən sonra hər hansı məbləğdə ödəniş aparılmamışdır. Cavabdeh1 iddianı qəbul etmir və qarşılıqlı iddia təqdim edərək, 25.04.2014-cü il tarixli müqavilənin və 01.05.2015-ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsini və borc məbləğinin kreditin bankdan götürüldüyü gün mövcud olan məzənnə, yəni 54.000 manat üzrə və tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla hesablanmasını tələb edir. Ləğv prosesində olan İddiaçı ASC ilk iddianı əsassız hesab edir, həm bu əsasla, həm də iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Mülki iş üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş ekspert rəyinə əsasən 25 aprel 2014-cü il tarixli müqavilənin və həmin müqaviləyə 01 may 2015-ci il tarixli əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 25.04.2017-ci il tarixə 45.192,11 ABŞ dolları məbləğində əsas, 14.103,70 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Eyni zamanda, Cavabdeh1 müqavilədə olan bəzi imzaların ona aid olmasını mübahisələndirmiş və məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatına əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 1193/14 saylı, 25 aprel 2014-cü il tarixli kredit müqaviləsinin 1-ci, 2-ci 3-cü, 4-cü vərəqləinin aşağı sağ tərfindəki imzalar, “Borcala” qrafasındakı imza, sonuncu səhifəsindəki “Müqaviləylə tanış oldum” sözlərinin aşağısındakı və “Heç bir etirazım yoxdur” sözlərinin aşağısındakı imzalar; əlavə sazişdə “Borcalan qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14.05.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə kollegiyası hər iki tərəfin iddiasının mahiyyətini nəzərə alıb, belə qənaətə gəlir ki, ilk öncə qarşılıqlı iddiaya hüquqi qiymət verilməlidir. Bu tələblə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunverici müqavilənin bağlanmasının əsas şərti, başqa sözlə hüquqi nəticəsi kimi müqavilə tərəflərinin razılaşdırılmış iradə ifadəsinin mövcudluğunu müəyyən etmişdir. Başqa sözlə, adi halda bağlanmış əqd dedikdə, artıq razılaşdırılmış iradə ifadəsinin mövcud olması başa düşülür və mülki qanunvericilikdə iradə ifadəsinin bildirilməsinin ən real forması kimi müqavilənin imzalanması qəbul edilir. Müqavilənin imzalanması yolu ilə iradə ifadəsini bildirmiş şəxs müqaviləni imzalamaqla müqavilənin onu maraqlandıran hər hansı bəndinin deyil, ümumilikdə müqavilənin bütün şərtlərinin bəyənməsini və qəbul edilməsini özündə ehtiva edir Araşdırma zamanı tərəflər arasında kredit müqaviləsinin və əlavə sazişin rəsmiləşdirilməsi prosesində qanunvericiliyin tələblərinin pozulması, o cümlədən Cavabdeh1 hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə bu şəxs iradə ifadəsini bildirməklə mübahisələndirdiyi müqaviləni (əlavə sazişi), ödəniş cədvəllərini və kassa məxaric orderini imzalamışdır. Bu da öz növbəsində onun bütün şərtlərlə tanış olub, həmin şərtləri, o cümlədən kredit məbləğinin ABŞ dolları ilə ona verilməsini və buna uyğun götürülmüş əsas krediti ABŞ dolları ilə qaytarmağı, habelə hesablanacaq faiz məbləğinin ABŞ dolları ilə ödənilməsini qəbul etmiş və bəyənmişdir. Başqa sözlə, bu sənədlərdən pulun ona ABŞ dolları ilə verilməsi açıq aydın görünür və bütün bu sənədləri imzalayan şəxs kimi Cavabdeh1 bunu görməyə və ya bilməyə bilməzdi. Bundan əlavə iddiaçı xeyli məbləğdə kredit ödəmişdir və bununla da bu əqdlə razılaşmış və onu bəyənmişdir. Hər bir halda o, bu müqavilənin bağlanmasına məcbur edilməmiş, müqavilənin şərtləri ilə tanış olarkən, o cümlədən kreditin ona ABŞ dolları ilə verilərkən bu şərtləri qəbul etməkdən, müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin bunu etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən də müəyyən edilir ki, onun tərəfindən xeyli məbləğdə ödənişlər edilmişdir və bununla da bu əqdlə razılaşmış və onu bəyənmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə mövcud borcunu kredit müqaviləsinin bağlandığı, yəni öhdəliklərin yarandığı tarixə ABŞ dollarının mövcud olan məzənnəsi (1 azərbaycan manatının 1 ABŞ dollarına nisbətinə mövcud dəyəri əsas götürülməklə) üzrə ödədiyini, lakin buna baxmayaraq ondan kredit borcunun mülki məcəllənin tələblərinə zidd olaraq hazırda mövcud olan məzənnə üzrə hesablamaqla tələb etdiyini bildirir və kredit borcunu bu qaydada, yəni hazırda mövcud olan məzənnə üzrə tələb edilməsini əsassız hesab edir. Bununla bağlı, məhkəmə kollegiyası mülki qanunvericiliyin aidiyyəti normalarının tələblərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14.05.2015-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd edir ki, Bank tərəfindən kredit müqaviləsi (əlavə saziş) üzrə ödənişlərin bu qaydada aparılmasının tələb edilməsinin qanunsuz hesab edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas və faiz borcunu ödənişin aparıldığı gün ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. O, isə həm gecikmələrə yol verdiyi üçün, həm də öhdəliklər yarandığı vaxt mövcud olan məzənnə üzrə ödənişlər apardığından hazırda onun banka ödənilməmiş borcu qalmışdır və bank bu məbləğin ondan tələb etməkdə tam haqlıdır. Bank ondan əsassız olaraq hər hansı məbləğdə kredit borcu tələb etmir. Sadəcə olaraq tam qanuni əsaslarla ABŞ dollarının ödəniş gününə mövcud olan məzənnəsi üzrə ödənişlərin edilməsini tələb edir. Digər tərəfdən kredit müqaviləsi 25 aprel 2014-cü il tarixdə, əlavə saziş isə 01 may 2015-ci il tarixdə imzalanmasına baxmayaraq, Cavabdeh1 qarşılıqlı iddia ilə 24.02.2017ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından bu sənədlərin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Bu da öz növbəsində iddiaya 1 illik müddəti tətbiq etməklə onun rədd edilməsi üçün əsas yaradır. Bu baxımdan ləğv prosesində olan İddiaçı ASC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi hüquqi baxımdan hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh1 25 aprel 2014-cü il tarixli kredit müqaviləsində və 01 may 2015-ci il tarixli əlavə sazişdə qeyd olunan imzaların onun tərəfindən imzalanmadığını bildirir. Halbuki, mülki iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının nəticələri həmin sənədlərin məhz Cavabdeh1 tərəfindən imza edildiyini təsdiq etmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından qarşılıqlı iddia "kredit müqaviləsinin və əlavə sazişin etibarsız hesab edilməsi" hissəsində rədd edilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə "kredit müqaviləsinin və əlavə sazişin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “kredit məbləğinin milli valyutada hesablanması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "kredit müqaviləsinin və əlavə sazişin etibarsız hesab edilməsi" hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “kredit məbləğinin milli valyutada hesablanması” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, Cavabdeh1 25 aprel 2014-cü tarixli kredit müqaviləsi (onun tərkib hissəsi olan 01.05.2015-ci il tarixli əlavə saziş nəzərə alınmaqla) üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.02.2020-ci il tarixli, 17341 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib (digər ekspert rəyi ilə mövcud olan borc manatla hesablanmış, halbuki kredit müqaviləsinin predmeti ABŞ dolları olmuşdur, cavabdehin həmin pulu aparılmış konvertasiya nəticəsində Bankdan manatla qəbul etməsi, onun krediti manatla alması qənaətinə gəlmək üçün əsas vermir. Bu məsələyə qarşılıqlı iddiaya qiymət verilən zaman münasibət bildirilmişdir) belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 45.192,11 ABŞ dolları məbləğində əsas borc ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı da eyni mövqeydən çıxış edərək və həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, hesab edir ki, faiz borcu müəyyən edilərkən məhz ekspert rəyi əsas götürülməli və iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Lakin nəzərə alınmalıdır ki, 14.103,70 ABŞ dolları məbləğində faiz borcu məhkəmə eksperti tərəfindən 25.04.2017-ci il tarixə hesablanmış faiz borcu məbləğidir. Halbuki, kredit müqaviləsi üzrə kredit müddəti 28.04.2017-ci il tarixədək təyin edilmişdir. Bu səbəbdən iki gün üzrə faiz borcunu təşkil edən (45.192,11 x 21 /100 =9.490,34 / 12 = 790,86 /30 = 26,36 x 2 = 52,72) 52,72 ABŞ dolları məbləğində pul ekspert rəyi ilə müəyyən edilmiş faiz borcu ilə toplanmalı (14.103,70 + 52,72 = 14.156,42) və nəticədə yaranmış 14.156,42 ABŞ dolları Cavabdeh1 faiz borcu qismində müəyyən edilərək, ondan ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Kollegiya nəzərə alır ki, Cavabdeh1 apellyasiya şikayətində kredit sazişlərinin etibarsızlığını mübahisələndirmişdir və ilk iddianın tamamilə rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 3.855,91 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə 27.12.2017-ci il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirir. Belə ki, ləğv prosesində olan Bank artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama yalnız 27.12.2017-ci il tarixinə aparıla bilər. Kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 28.04.2017-ci il tarixdən 27.12.2017-ci il tarixinə, 7ay 29 gün təşkil edir. İllik 5 faiz dərəcəsi ilə 1 il üçün hesablanmış faiz borcu (45.192,11 x 5 /100 = 2.259,61 ABŞ dolları) 2.259,61 ABŞ dolları, 7 ay üçün hesablanmış faiz borcu (2.259,61/12 = 188,31 x 7 = 1.318,17 ABŞ dolları) 1.318,17 ABŞ dolları, 29 gün üçün hesablanmış faiz borcu (188,31/ 30 x 29 = 182,03 ABŞ dolları) 182,03 ABŞ dolları təşkil edir. Ümumilikdə 7 ay 29 gün üçün isə (1.318,17 + 182,03 = 1.500,20) 1.500,20 ABŞ dolları təşkil edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hisədə qismən təmin edilməli, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 28.04.2017-ci il tarixdən 27.12.2017- ci il tarixə kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış 1.500,20 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyaninödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsinin araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 25 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni Cavabdeh1 cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 21.938,41 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 2.000 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bəzi müddəalar 30.12.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsinigecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (əvvəlki redaksiyada). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (bəzi müddəaları 30.12.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 30.12.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, kreditor-ipoteka saxlayan İddiaçı ASC, borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 25 aprel 2014-cü il tarixli baş kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 31 saylı evin, 3 saylı mənzilini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsində verilməsi nəzərdə tutulmuş kreditin ümumi məbləği, qaytarılma müddəti, maksimal illik faiz dərəcəsi göstərilmiş və ipoteka predmeti 100.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. Cavabdehlərə, o cümlədən ipoteka qoyana bildiriş göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakın yerləşdiyi yer əsas götürülməklə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu dəfələrlə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyaların satılmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 məxsus əmlaka yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə ipoteka qoyana, yəni Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin “satışdan əldə edilən vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun oilaraq Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin “ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra Cavabdeh2 mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbi ilə bağlı qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyaların çıxarılmasını özündə ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predmetindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə kollegiyası qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılmalıdır. Məhkəmə kolegiyası iddia tələbinin “ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, ləğv prosesində olan İddiaçı ASC cavabdehə mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərətlər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Həm Mülki Məcəllədə, həm də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin təhvil verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldildikdən sonra mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmetinə tutma yönəldikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, bu əmlak hərraca çıxarılarkən onun ilkin satış qiyməti ipoteka müqaviləsində, habelə "xxxx" MMC və "xxxx" MMC tərəfindən tərtib edilmiş rəydə göstərilmiş qiymət deyil, “X3” MMC tərəfindən tərtib edilmiş və tarix etibarı ilə daha yeni olan hesabatda göstərilmiş qiymət əsas götürülməklə müəyyən edilməlidir.Məhkəmə kollegiyası qeyd edilən hesabatı əsas götürüb hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 31 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiyməti 117.000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9.-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı 15 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 15 sentyabr 2021-ci il tarixli 133 saylı Ekspertiza Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsində yerləşən, 31 saylı evin, 3 saylı mənzilinin hazırkı bazar qiyməti ilə təqribi dəyərinin 130.000.00 manat olduğunu nəzərə alaraq, hazırkı şəraitdə likvid dəyərinin 117.000.00 manat məbləğində olduğu müəyyən edilir. Odur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(001)-16/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 139.000 (bir yüz otuz doqquz min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 117.000.00 manat müəyyən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prossesində olan İddiaçı ASC-dən alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir. Həmçinin, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq “X3” MMC VÖEN ********** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan “Dəmirbank ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. İlki iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(001)-16/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 139.000 (bir yüz otuz doqquz min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti 117.000.00 manat müəyyən edilsin. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prossesində olan İddiaçı ASC-dən alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilsin. Həmçinin, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq “X3” MMC VÖEN ********** hesabına keçirilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-723/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-723/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver