Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-723/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamə və 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi, pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
2. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə Cavabdeh MTK-nin aldatma yolu ilə ələ keçirdiyi 9568 (doqquz min beş yüz altmış səkkiz) manat, düzgün olmayan məlumatlar əsasında əldə edilən həmin məbləğ üçün, faiz dərəcəsinə görə banka ödənilmiş 8939 (səkkiz min doqquz yüz otuz doqquz) manat, sayğacların quraşdırılması üçün 700 (yeddi yüz) manat, sənədləşmə pulu üçün 400 (dörd yüz) manat, ümumilikdə 19607 (on doqquz min altı yüz yeddi) manat maddi və 1000 (bir min) manat məbləğində mənəvi zərərin, eləcə də məhkəməyə müraciət etmək üçün bundan əvvəlki məhkəmə baxışlarına görə 170 manat, hazırkı məhkəmə baxışına görə isə ödənilmiş 440 manat, cəmi 610 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi;. “göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-5249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK -ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, İddiaçı hazırkı iddia tələbi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 47/2023 saylı iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasların eyni olması ilə bağlı iddianın yolverməzliyinə görə imtina edilmişdir.
4. İddiaçının həmin qərardaddan verilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6986/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin e-2(004)-5249/2023 saylı iş üzrə 13 oktyabr 2023-cü il tarixli qərardadı ləğv olunmuş və iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Həmin qərardadda göstərilmişdir ki, İddiaçı hazırkı və əvvəlki iddia tələbləri üzrə tərəflər eyni olsa da, hazırda irəli sürülmüş tələblərin bəziləri üzrə iddianın yolverilməz olması mümükün olsa da, bəzi tələblərdə iddianın predmeti və əsasları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işin predmeti və əsasları tam eynilik təşkil etmir.
5. Bundan sonrarayon məhkəməsi tərəfindən mülki iş icraata götürülərək ə mahiyyəti üzrə baxılmağa başlanmışdır.
6. Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə İddiaçı Cavabdeh MTK-ya qarşı tələbləri “maddi və mənəvi zərərin ödənilməsi və pul” tələbinə dair hissələrdə rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi, pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına- “sayğacların quraşdırılması üçün 700 (yeddi yüz) manat, sənədləşmə pulu üçün 400 (dörd yüz) manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi; “göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində xitam verilmişdir.
8. Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından narazı qalan iddiaçı qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2057/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı (hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X5 və X1 ibarət tərkibdə) ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və İddiaçı cavabdeh "ASP” MTK-ya qarşı "maddi və mənəvi zərərin ödənilməsi, pul və s.” tələbinə dair iddia ərizəsi üzrə "sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun cavabdeh "ASP” Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi; "göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019- cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində mahiyyəti üzrə baxılması üçün işin Yasamal rayon Məhkəməsinə göndərilmişdir.
9. Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MTK-dan sayğacların quraşdırılması üçün ödənilmiş 700 (yeddi yüz) manat, sənədləşmə pulu üçün ödənilmiş 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 1100 (bir min yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
10. Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli ikinci əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə xidmət haqqı məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” tələbinə dair iddiası rədd edilmişdir.
11. İddiaçı Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən və Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələblərinin “sayğacların quraşdırılması üçün 700 (yeddi yüz) manat, sənədləşmə pulu üçün 400 (dörd yüz) manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi; “göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətləri və onların dəlilləri:
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilməsini qeyd etmiş, belə ki, rayon məhkəməsi ziddiyyətli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 10/7319 nömrəli ekspert rəyinə istinad etməkdə haqlı olmamışdır, ona müqaviləyə əsasən, 53,5 kv.m sahəsi olan mənzil verilməli idi, lakin çıxarışda 48,30 kvm sahəli mənzil verilib, demək ki, mənzilin sahəsi 5,2 kvm. azdır. Odur ki, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, rayon məhkəməsi kommunal xidmətlərə görə haqqın müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması hissədə iddia tələbini təmin etməmiş, öz mövqeyini tərəflər arasında kommunal xidmətlə bağlı müqavilə ilə olması ilə əsaslandırmışdır, halbuki müqavilə qanunun tələblərinə uyğun olmalıdır. Həmçinin rayon məhkəməsi apellyasiya məhkəməsinin qərardadla iddia tələbinə xitam verilməsi barədə qərardadından sonra iddia tələbinin həmin baxılan hissəsinin təmin edilməsi barədə əlavə qətnamə qəbul edilmiş, daha sonra təmin edilmiş həmin tələb üzrə başqa əlavə qətnamə qəbul edilməsi yol verilməzdir. Odur ki, xx.xx.2024-cü il tarixli əlavə qətnamənin ləğv edilməsi, kommunal xidmətlərə görə haqqın müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması hissəsinin xx.xx.2024-cü il tarixli əlavə qətnaməsində göstərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, o, rayon məhkəməsinin birinci əlavə qətnaməsindən apellyasiya şikayəti vermədiyindən qətnamə həmin hissədə onun şikayətinə əsasən yoxlanılmamalıdır.
16. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
17. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, m1 ünvanında yerləşən ümumi sahəsi 51,80 kv.m olan mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, m1 ünvanında yerləşən ümumi sahəsi 48,30 kv.m olan mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
20. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında tikilən 19 mərtəbəli ASP yaşayış binasının 10-cu blokunda 18-ci mərtəbədəki 1 saylı mənzilin 98440 manat (53,5x1840manat) dəyərindən 14800 manat ödəmişdir.
21. Cavabdeh MTK tərəfindən verilmiş məlumat vərəqəsindən görünür ki, İddiaçı dəyəri 98440 manat olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında tikilən 19 mərtəbəli ASP yaşayış binasının 10-cu blokunda 18-ci mərtəbədəki 1 saylı mənzilin dəyərindən 14800 manat ödəmişdir.
22. Cavabdeh MTK ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli Payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında tikilməkdə olan ASP binasında, 10 blok, 18 mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, Payçı isə bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında tikilməkdə olan ASP binasında, 10 blok, 18 mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin ASP MTK yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi sahəsi 53,5 kv.m təşkil edir. Mənzilin ümumi dəyəri 98440 manat, müqavilənin ilkin ödənişi 14800 manat təşkil edir. Habelə payçı müqavilə qiymətinin qalan 83640 manata bərabər tutulan məbləğini Payçı, MTK və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.
23. 06.10.2023-cü il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı 441 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürmüşdür.
24. 08.03.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 51 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürmüşdür.
25. 15.02.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 71,50 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürmüşdür.
26. 20.05.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 30 manat məbləğində dövlət rüsumunu Bakı Kommersiya Məhkəməsinin hesabına köçürmüşdür.
27. "xxxx" ASC (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 012 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh MTK ilə borc verən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alana 180 ay müddətində (xx.xx.2034-cü il tarixədək) 83640 manat məbləğində, kreditdən istifadəyə görə 10 faiz ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit təyinatını saziş çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92a ünvanında tikilməkdə olan bina ASP, 10-cu blok, 18-ci mərtəbədə yerləşən ümumi sahəsi 53,5 kv.m olan 1 otaqlı 1 nömrəli mənzilin alınması təşkil edir.
28. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanı üçün artıq ödənilmiş 3128 manat, banka ödənilmiş kreditin faiz məbləği 2922 manat, sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat, rəsmiləşdirmə pulu üçün 400 manat, ümumilikdə 7150,48 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 101,50 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq onun xeyrinə ödənilməsi və “göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22 noyabr 2019-cu il tarixli, ********* saylı müqavilənin 2.1- ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə İddiaçı iddia tələbləri təmin edilməmişdir, qətnamə qüvvəyə minmişdir.
29. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 10/2395 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilin daxili sərhədləri (içdən içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları daxil olmaqla) nəzərə alınmaqla ümumi sahəsinin 49,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi ırəspekti 204A, M18, 1 saylı mənzilə dair 18 yanvar 2020-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışda göstərilmiş sahə ilə mənzilin faktiki sahəsi arasında 2.8 kv.metr fərq olduğu, yaranmış fərqin isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin sahəsi hesablanarkən tətbiq olunan azalma əmsalları səbəbindən olduğu müəyyən etmişdir
30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 10/7319 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla sahəsinin 53.6 kv.metr təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilə dair verilmiş çıxarışda göstərilmiş sahə (51.8 kv.metr) ilə mənzilin faktiki sahəsi (49.0 kv.metr) arasında 2.8 kv.metr fərq olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla hesablanmış sahəsinin (53.6 kv.metr) Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, ******* saylı müqavilədə qeyd olunan ümumi sahəyə (53.5 kv.metr) uyğun olduğu müəyyən edilmişdir, mənzilin müqavilədə göstərilən ümumi sahəsi hesablanarkən yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun daxili divaraltı sahə ümumi sahəyə daxil edildiyindən çıxarışda qeyd olunan sahə hesablanarkən divaraltı sahələr hesablanmadığından balkon sahəsi azaltma əmsalları tətbiq olunmaqla hesablandığından, eyni zamanda, mənzilin faktiki sahəsi hesablanarkən daxili arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmadığından həmin mənzilin müqavilədə qeyd olunan sahəsi ilə çıxarışda qeyd olunan sahəsi və faktiki sahəsi arasında fərq yaranmışdır. Tətbiq edilən maddi hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
31. 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
37. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
38. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
39. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
40. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.
41. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.
42. 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.
43. 418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun.
44. 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.
45. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
46. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
47. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
48. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
49. 443.2-ci maddəsinə əsasən borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
50. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
51. 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur;
52. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər;
53. 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
54. 752.1-ci maddəsin podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
55. 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
56. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
57. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:
58. 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
59. 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
60. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
61. 59.3-cu maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın:
62. 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.
63. 3.8-ci bəndinə əsaəsn mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri- 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
64. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
65. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı rayon məhkəməsinin 2(004)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsini mübahisələndirməsə də, (cavabdeh rayon məhkəməsinin həmin əlavə qətnaməsindən apellyasiya şikayəti versə də, şikayəti prosessual müddətlə bağlı uğursuz olmuşdur) MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
66. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı və 372.7-ci maddələrinə əsasən hazırkı halda rayon məhkəməsinin iş üzrə qəbul etdiyi əsas qətnamə və əlavə qətnamələrini bütünlüklə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə və əlavə qətnamələr ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçının mahiyyəti üzrə baxılan tələbləri qismən təmin edilməlidir.
68. Hazırkı mülki iş üzrə iddiaçının tələbləri aşağıdakılardan ibarət olmuşdur:
1. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1ə görə Cavabdeh MTK-nin aldatma yolu ilə ələ keçirdiyi 9568 (doqquz min beş yüz altmış səkkiz) manat, düzgün olmayan məlumatlar əsasında əldə edilən həmin məbləğ üçün, faiz dərəcəsinə görə banka ödənilmiş 8939 (səkkiz min doqquz yüz otuz doqquz) manat;
2. sayğacların quraşdırılması üçün 700 (yeddi yüz) manat; 3..sənədləşmə pulu üçün 400 (dörd yüz) manat; 4.1000 (bir min) manat məbləğində mənəvi zərər; 5.məhkəməyə müraciət etmək üçün bundan əvvəlki məhkəmə baxışlarına görə 170 manat, hazırkı məhkəmə baxışına görə isə ödənilmiş 440 manat, cəmi 610 manat dövlət rüsumu; 6.“göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması.
69. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələblərinin- “sayğacların quraşdırılması üçün 700 (yeddi yüz) manat, sənədləşmə pulu üçün 400 (dörd yüz) manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi; “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində iş üzrə icraata MPM-in 26.0.1-ci maddəsinə əsasən xitam verilmişdir.
70. Həmin qərardadla iddiaçının 2, 3, 6-cı iddia tələblərinə aid hissədə üzrə icraata xitam verildiydən, hazırda apellyasiya şikayətlərinə əsasən rayon məhkəməsinin qətnaməsi 1, 4, 5-ci tələblərə aid hissədə -münasibətdə yoxlanır.
71. Məhkəmə Kollegiyası hesab edir ki, hazırda baxılan iddia tələblərinə münasibət bildərməmişdən öncə, tərəflər arasında mövcud münasibətlərin həqiqi mahiyyəti müəyyən edilməlidir. Bu baxımdan qeyd edilməlidir ki, tərəflər asrsında bağlanmış 28.08. 2019-cu il tarixli müqavilə “payçı müqaviləsi” kimi sənədləşdirilsə də, eləcə də müqavilənin tərəfi MTK olsa da, əslində tərəflər arasında yaranmış həqiqi münasibətlər podrat münasibətləri olmuşdur. Odur ki, hazırkı mübahsə də məhz bu münasibətlər kontekstində araşdırılmalıdır.
72. Birinci tələbə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisəli mənzilin tikilib təhvil verilməsi barədə sərbəst iradə ifadəsini şərtləndirən podrat müqaviləsi bağlanmış, daha sonra, iddiaçı mənzilin satış qiymətinin ödənilməsi məqsədilə bankla kredit müqaviləsi və əlavə öhdəliyin icrası məqsədilə ipoteka müqaviləsi bağlamışdır. İşin iddiaçı tərəfindən mübahisələndirilən halları podrat müqaviləsində mənzilin ümumi sahəsi ilə daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış əsasında müəyyənləşdirilən sahə arasında olan fərq və bundan yaranan əsassız ödənilmiş xərclərdən ibarətdir. İddiaçı bununla bağlı cavabdeh təşkilata müraciət etsə də, müraciəti cavabsız qaldığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
73. İddia tələbini həmin hissədə təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, müqaviləyə əsasən, mənzilin qiyməti də hər 1 kv.metr üçün deyil, ümumi olaraq müəyyənləşdirilmişdir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir.
74. Rayon məhkəməsi bu vaxt tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli Payçı müqaviləsinə əsasən mənzilin ümumi sahəsinin 53,5 kv.m təşkil etməsi və mənzilin ümumi dəyərinin 98440 manat, müqavilənin ilkin ödənişinin 14800 manat təşkil etməsinə istinad etmiş, belə qənaətə gəlmişdir ki, müqavilədə hər kvadrat metr üçün qiymət göstərilməyib, ona görə iddia tələbini təmin etməmişdir.
75. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, MM-in 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
76. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.1 və 2.2-ci bəndlərindən görünür ki, iddiaçıya veriləcək mənzilin dəyəri hər kvadrat metri üçün yox, mənzilin ümumi dəyəri kimi göstərilmişdir. Bununla belə, həmin mənzil üçün ödəniş zamanı cavabdeh tərəfindən verilən xx.xx.2019-cu il tarixli arayışda mənzilin sahəsi 53,5 rəqəmi 1840-a vurulmaqla, onun cəmi dəyərinin 98440 olması göstərilmişdir (1-ci cild, i/v 13). Demək ki, müqavilədə ümumi qiymət götərilsə də, əslində iddiaçıya veriləcək mənzilin dəyəri hər kvadrat metr üçün 1840 manat olmaqla hesablanmışdır. Uzun illərin oturuşmuş təcrübəsi və tikinti sahəsində bərqərar olmuş işgüzar adətlər də yeni tikilən binalarda mənzillərin satış qiymətinin məhz hər bir kv.m. üçün müəyyən olunduğunu göstərir.
77. Bundan başqa, qanunvericiliyin tələbləri baxımından da müqavilənin həmin bəndləri elə başdan öz-özlüyündə əhəmiyyətsiz olmuşdur. Belə ki, MM-in 417.1-ci maddəsinə görə, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Əgər tərəflər müqavilənin şərtlərini özləri aralarında müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır (maddə 417.2.). MM-in 417.3-cü maddəsinə görə, tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun (maddə 418.1.). Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun (418.2.). Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir (419.1.).
78. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (419.2.). Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır (420.2.). İstinad edilən maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, cavabdeh MTK-nın iddiaçıya təklif etdiyi müqavilədə iddiaçıya verilməli mənzilin qiymətinin mənzilin ümumi sahəsinə görə müəyyənləşdirilməsinə dair bənd iddiaçı üçün zərərli olduğundan, etibarsızdır.
79. Mənzilin sahəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 10/7319 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla sahəsinin 53.6 kv.metr təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilə dair verilmiş çıxarışda göstərilmiş sahə (51.8 kv.metr) ilə mənzilin faktiki sahəsi (49.0 kv.metr) arasında 2.8 kv.metr fərq olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla hesablanmış sahəsinin (53.6 kv.metr) Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, ******* saylı müqavilədə qeyd olunan ümumi sahəyə (53.5 kv.metr) uyğun olduğu müəyyən edilmişdir, mənzilin müqavilədə göstərilən ümumi sahəsi hesablanarkən yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun daxili divaraltı sahə ümumi sahəyə daxil edildiyindən çıxarışda qeyd olunan sahə hesablanarkən divaraltı sahələr hesablanmadığından balkon sahəsi azaltma əmsalları tətbiq olunmaqla hesablandığından, eyni zamanda, mənzilin faktiki sahəsi hesablanarkən daxili arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmadığından həmin mənzilin müqavilədə qeyd olunan sahəsi ilə çıxarışda qeyd olunan sahəsi və faktiki sahəsi arasında fərq yaranmışdır.
80. Ekspertizanın əvvəlki mülki iş üzrə eyni mənzillə bağlı verdiyi rəyi sübut növü kimi qəbul edən Məhkəmə kolegiyası həmin rəy müqavilənin şərtləri və normativ aktlar uyğun olduğundan onunla razılaşır. Belə ki, ekspert tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilə baxış keçirilmiş və mənzilin faktiki ümumi sahəsi müəyyən edilmişdir. Bununla belə, hazırkı vəziyyətdə iddiaçının mövcud mənzillə bağlı yeni ölçüdə çıxarış almasının (yeni çıxarışda mənzilin sahəsi 48,3 kv.m göstərilmişdir) mövcud mübahisənin həlli üçün əhəmiyyəti olmaması barədə rayon məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
81. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
82. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
83. Bu baxımdan, kollegiya hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 10/7319 nömrəli ekspert rəyinə əsasən, müqavilədə göstərilən sahə ilə mənzilin faktiki sahəsi arasındakı 2,8 kvadrat metr fərq üçün (1840 manat x 2,8=5152) 5152 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
84. İddiaçının hazırkı iddia tələbinin- düzgün olmayan məlumatlar əsasında əldə edilən həmin məbləğ üçün faiz dərəcəsinə görə banka ödənilmiş 8939 (səkkiz min doqquz yüz otuz doqquz) manat hissəsi ilə bağlı Məhkəmə Kollegiysı qeyd edir ki, iddiaçı həmin hissədə tələbini əsaslandırmadığından və buna dair hər hansı sübut təqdim etmədiyindən, onun iddia tələbi həmin hissədə təmin edilməməlidir. Halbuki MPM-in 77.1-ci maddəsinin tələbinə görə bu tələbinə dair sübutetmə vəzifəsi iddiaçıya aiddir.
85. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə Məhkəmə Kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
86. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
87. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il, 7 №-li Qərarına əsasən, “mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”.
88. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.
89. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).
90. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119)
91. Hazırkı halda Məhkəmə Kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin presedentlərində vurğulandığı kimi, yalnız pozuntu faktının müəyyən edilməsi ədalətli kompensasiya sayıla bilməz, belə bir yanaşma bu işin halları baxımından ədalətli və mütənasib olmayacaqdır.
92. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıya müqavilədə tərəflərin razılaşdıqları ölçüdən daha az sahəsi olan mənzilin verilməsi nəticəsində iddiaçının düçar olduğu vəziyyət- məyus olması, aldanılmış hesab edilməsi, narahat olması səbəbindən mənəvi sarsıntı keçirməsi qaçılmazdır, bura iddiaçının özünün fərdi xüsusiyyətlərini-peşəkar hüquqşünas və vəkil olmasını da əlavə etdikdə belə qənaət hasil olur ki, pozuntu faktının müəyyən olunması öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli deyildir və bu görə də iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hazırkı işin halları baxımından ədalətli və ağılabatandır.
93. İddiaçı hazırkı mülki iş üzrə növbəti tələbində məhkəməyə müraciət etmək üçün bundan əvvəlki məhkəmə baxışlarına görə ödənilmiş 170 manat, hazırkı məhkəmə icraatına görə isə ödənilmiş 440 manat, cəmi 610 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
94. MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
95. Məhkəmə kollegiyası iddiaçının əvvəlki məhkəmə icraatına görə ödənilmiş 170 manat dövlət rüsumunun tutulması barədə tələblə bağlı qeyd edir ki, həmin tələb əsassızdır, belə ki, həmin dövlət rüsumu başqa məhkəmə icraatı ilə bağlı məhkəmə xərcidir.
96. Hazırkı iddia tələbi ilə bağlı isə iddiaçı ödədiyi 440 manat rüsumu tələb edir.
97. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının hazırkı baxılan tələblərinə münasibətdə, yəni (9568+8939+1000+610=20117) cəmi 20117 manata görə ödənilməli dövlət rüsumunun cəmi məbləği 150,35 manat təşkil edir.
98. Hazırda iddia tələbi qismən təmin edildiyindən (500+5152=5652/20117=0,28) 20117x0,28%=5632. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli 150,35 manat dövlət rüsumunun 0,28 faizi (150,35x0,28=42) yəni 42 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
99. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki işdə olan qəbzdən məlum olur ki, iddiaçı tərəfindən rayon məhkəməsinə hazırkı tələblərinə görə ümumilikdə 441 manat dövlət rüsumu ödənilmişdir.
100. Halbuki idiaçı hazırkı baxılan iddia tələblərinə münasibətdə 150,35 manat və xitam verilən hissəyə münasibətdə isə 131 manat ilə birlikdə cəmi 281,35 manat dövlət rüsumu ödəməli idi.
101. MPM-in 114.1.1-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
102. MPM-in 114.2-ci maddəsinə görə, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
103. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, iddiaçı həmin rüsumu rayon məhkəməsinə ödəmişdir, odur ki, rüsumun artıq hissəsinin qaytarılmasına dair rayon məhkəməsinə müraciət edilməlidir.
104. Həmçinin də müəyyən olunur ki, iddiaçı apellyasiya şikayəti verilməsi üçün 220 manat rüsum ödəmişdir, halbuki cəmi (281,35/2=141) 141 manat ödəməli idi. Odur ki, iddiaçının artıq ödədiyi 79 manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Hazırda iddia tələbi qismən təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli dövlət rüsumu 141 manatdan (141x0,28=39,48) 39 manat 48 qəpik iddiaçının xeyrinə cavabdehdən tutulmalı, qalan hissə isə iddiaçının özünə aid edilməlidir.
105. Bundan başqa, apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, rayon məhkəməsində hazırkı müki işə baxılarkən və məhkəmə aktları çıxarılarkən, şikayətlərin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvini şərtləndirən bir sıra prosessual pozuntulara yol verilmişdir.
106. Belə ki, rayon məhkəməsi iddia tələbinin -“sayğacların quraşdırılması üçün 700 (yeddi yüz) manat, sənədləşmə pulu üçün 400 (dörd yüz) manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi; “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində xitam verilmiş, daha sonra isə apellyasiya məhkəməsinin müvafiq qərardadından sonra həmin hissələrdə iki əlavə qətnamə qəbul etmişdir.
107. Bununla da rayon məhkəməsi həmin tələblərə təkrarən mahiyyəti üzrə baxılması ilə yanaşı, məhkəmə aktı kimi əlavə qətnamə (həm də iki əlavə qətnamə) çıxarmaqla da prosessual pozuntuya yol vermişdir.
108. Belə ki, MPM-in 229.1-ci maddəsinin tələbinə görə, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər:
109. 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa;
110. 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə;
111. 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə.
112. Göründüyü kimi, rayon məhkəməsi xitam verilmiş hissəyə münasibətdə əlavə qətnamə çıxarmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Çünki yuxarıda da qeyd olunduğu kimi, əlavə qətnamə yalnız baxılmış və tədqiq olunmuş, lakin nəticə verilməmiş tələblər üzrə çıxarıla bilər. Başqa sözlə desək, xitam verilmiş və ya baxılmamış saxlanılmış tələblər üzrə əlavə qətnamənin çıxarılması yolverilməzdir. Ona görə ki, bu hallarda məhkəmə iddia tələblərinə dair mahiyyəti üzrə hər hansı halı müəyyən etmədən, yalnız prosessual qanunvericiliyin tələbləri əsasında işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktı kimi qərardad çıxarır. Demək ki, rayon məhkəməsi, hətta həmin tələblərə baxmalı olsaydı belə, onda, rayon məhkəməsi məhkəmə aktı olaraq əlavə qətnamə deyil, həmin tələblər üzrə prosessual qanunvericilikdə müəyyən edilmiş ümumi qaydada qətnamə qəbul etməli idi.
113. MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
114. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.-ci maddəsinə əsasən maddi hüquq normasının düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir. Nəticə:
115. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə və əlavə qətnamələr qəbul edildiyindən, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə və əlavə qətnamələr ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, mənzilin sahəsindəki fərqə görə 5152 manat və mənəvi zərərin əvəzi kimi 500 manat, cəmi 5652 manat, eləcə də dövlət rüsumunun əvəzi kimi 42 manat olmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdı, iddia tələbləri qalan hissədə təmin edilməməlidir.
116. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
117. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli 141 manat rüsumdan 39 manat 48 qəpik iddiaçının xeyrinə cavabdehdən tutulmalı, qalan hissə (141-39,48=101,52 manat) isə iddiaçının özünə aid edilməlidir, artıq ödənilmiş 79 manatı isə iddiaçıya geri qaytarılmalıdır.
118. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi və xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Mənzilin sahəsindəki fərqə görə 5152 manat və mənəvi zərərin əvəzi kimi 500 manat, cəmi 5652 manat, eləcə də dövlət rüsumunun əvəzi kimi 42 (qırx iki) manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumdan 39,48 (otuz doqquz manat qırx səkkiz qəpik) manat Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun qalan 101,52 manatı iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün artıq ödənilmiş 79 (yetmiş doqquz) manat İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.