Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7241/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-445/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 50000 ABŞ dolları məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-445/2020 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 50000 ABŞ dolları məbləğində borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixdə ərizə verərək qiyabi qətnamənin ləğv olunmasını və işə əyani icraat qaydasında baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclası keçirilən tarixlərdə müalicə məqsədləri üçün Qazaxıstan Respublikasında olmuş, məhkəmədən və çıxarılmış qiyabi qətnamədən yalnız iddiaçı ona qiyabi qətnamənin şəklini çəkib göndərdikdən sonra xəbərdar olmuşdur. Buna görə də cavabdeh kimi məhkəmə iclaslarında iştirak etməmə səbəbi üzrlü hesab edilməli və qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnməli və çəkişmə prinsipi əsasında işə mahiyyəti üzrə yenidən baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-445/2020 saylı qərardadı ilə cavabdehin xx xxxxxx 2020-ci il tarixli 2(011)-445/2020 saylı qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir. Bundan sonra Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-445/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslanmışdır ki, məhkəmə prosesi gedən dövrdə o, ölkə xaricində olmuş, gedən proseslərdən bixəbər olmuş, qərardadı almamış, qiyabi qətnamənin ləğvi üçün müddəti buraxmasa da, məhkəmə müddəti buraxdığı qənaətinə gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(011)-445/2020 saylı qərardadı ilə Cavabdeh xx xxxx 2020-ci il tarixli 2(011)-445/2020 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayət 2(011)-445/2020 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-445/2020 saylı qiyabi qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə müvafiq poçt xəbərnaməsinə imza etməklə almış, 1 aydan sonra, yəni xx xxxx 2020-ci il tarixdə qiyabi qətnamənin ləğvi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Bununla da Cavabdeh qanunla nəzərdə tutulmuş müddəti (10 gün) pozmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-in 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)- 445/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-445/2020 saylı qərardadından Cavabdeh şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7241/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7241/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver