Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7242/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu X5 Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2276/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 Cavabdehlə birlikdə yaşadıqları və qeydiyyatda olduqları, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzildə yaşamaq və evdən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı və övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 Cavabdehlə birgə yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzildə yaşaması və istifadə hüquqlarının tanınması, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx xxxx 2007-ci il tarixdə rəsmi nikaha girməklə Cavabdehlə ailə quraraq həmin evdə yaşamağa başlamışlar. Toydan sonra, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı, onlara məxsus mənzilə gəlin köçmüş və 2007-ci ilin iyun ayından həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Həmçinin ona məxsus əşyalar da həmin mənzilə yerləşdirilmişdir. O, həyat yoldaşı ilə birgə təsərrüfat aparır, bu illər ərzində Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzildə təmir-bərpa işləri aparmışlar, evdə böyük həcmdə onlar tərəfindən yenidənqurma işləri görülmüş, mətbəx və digər otaqlarda təmir işləri aparmışlar. Mənzilin təmir işlərinə böyük məbləğdə vəsait xərcləyiblər. Nikaha daxil olduqdan sonra ailələri çox mehriban və sakit həyat sürməyə başlamışlar. 2 (iki) otaqlı ev onun, həyat yoldaşı Cavabdeh, övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 istifadəsində olmuş, qaz, işıq, su və digər kommunal xidmət haqqları onlar tərəfindən birgə ödənilirdi. Həmin evdə uzun müddət yaşamışlar, 2 övladı həmin evdə dünyaya gələrək boya-başa çatmış, həmin mənzildə qeydiyyatda olmuşlar, birlikdə evin qurulmasında onun böyük rolu olmuşdur, ailə qurduqdan sonra bu günə kimi o, həyat yoldaşı və uşaqları ilə birlikdə birgə təsərüffat apardıqlarını nəzərə alaraq, hesab edir ki, həmin evdən onun və övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010cu il təvəllüdlü X6 da istifadə hüququ vardır. Həmçinin iddiaçı bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzildə yaşadıqlarına dair çoxsaylı şahidlər də mövcuddur. O, iki azyaşlı uşağı ilə qalmağa yerinin olmadığını Cavabdeh desə də, hazırda 2 (iki) otaqlı evdə tək qalan keçmiş həyat yoldaşı ilə razılığa gəlmək istəsə də, dəfələrlə zəng vursa da, cavabdeh telefonu açmır, evin giriş qapısının kilidini dəyişdirib onu və uşaqları evə buraxmır. Odur ki, mənzilə daxil olmasına maneələr yaradıldığından, mənzildən istifadə hüquqlarının məhkəmə qaydasında müdafiəsinin təmin edilməsinə zərurət yaranmışdır. İddiaçı həmçinin qeyd etdi ki, evdən onun və övladlarının yalnızca yaşamaq hüquqlarının müəyyən edilməsi deyil, həm də, evdən istifadə qaydalarının müəyyən edilməsi zərurəti vardır. Bu tələbinin əsası ona və uşaqlarına qarşı maneələrin yaradılmasının qarşısının alınması ilə əlaqədardır. Mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət X2 ÖM seriyalı, 22868 saylı qeydiyyat vəsiqəsi ilə Cavabdeh xüsusi mülkiyyətindədir. Hazırda o, Cavabdehlə bir ailə kimi yaşamırlar. Aralarında olan münasibət kəskin mübahisələr, hər ikisinin işləməsi səbəbi ilə övladlarına və bir-birlərinə vaxt ayırmamaları üzündən korlanmışdır. Uzun illər yaşadığı mənzilə sərbəst daxil ola bilmir, Cavabdeh ailə münasibətlərinin korlandığına görə ona maneələr yaradaraq həmin mənzildə yaşamaq və ondan istifadə etmək hüququnun qarşısını alır, bu isə qanunvericiliyin tələblərinə görə ziddir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2276/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı, xx.xx.2008-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzilə istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülmələri, Cavabdeh dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 10 (on) manat tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzildə mübahisəsiz yaşayır. Hazırda uşaqları da orada yaşayır. İddiaı həmin iddianı nikahı pozmaq üçün müraciət edib. İddiaçı mənzildən könüllü olaraq getmişdir. İddiaçının mənzilə gəlməsinə etiraz etmir. Buna görə də, iddiaya baxılmalı deyildir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri tamamilə yalandır. Cavabdeh mənzilin açarını dəyişərək, onu mənzilə buraxmır. O, məcuriyyət qarşısında olaraq məhkəməyə müraciət edib. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh və İddiaçı xx xxxx 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı iki övladları anadan olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzil xx.xx.2005-ci ildə bağışlama müqaviləsi əsasında cavabdehin anası X3 tərəfindən oğlu olan Cavabdeh bağışlanmış, həmin mənzil cavabheh Cavabdeh adına xüsusi mülkiyyət kimi xx xxxx 2005-ci ildə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2007-ci ildən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzildə qeydiyyatdadır. Həmçinin İddiaçı xx.xx.2007-ci ildən, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 da həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan 6 saylı MKİS-in 115 saylı, xx.xx.2020-ci il arayışından görünür ki, İddiaçı, X10 və X8 həqiqətən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzildə yaşayır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 52 saylı mənzildə qeydiyyatda olan X1 və Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 51 saylı mənzildə qeydiyyatda olan X4 notarial qaydada təsdiqlənmiş ərizəsi ilə İddiaçı evləndikdən sonra, 2007-ci ildən həmin mənzildə yaşadığını bildirmişlər. Məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur, xx.xx.1985-ci il təvəllüdlü İddiaçının arvadı, xx.xx.2008-ci il təvəllüdlü Sabir Ağayev və xx.xx.2010-cu il təvəllüdlü İsmayıl Ağayev isə tərəflərin birgə nikahdan olan uşaqları olmaqla cavabdehin ailə üzvləridir və həmin mənzildə qeydiyyatdadırlar, tərəflər 2007-ci ildən etibarən həmin mənzildə ailə üzvləri kimi yaşayırlar, cavabdeh iddiaçının mənzildən istifadəsinə maneələr yaradır, iddiaçı hazırda uşaqları ilə birlikdə başqa ünvanda yaşayır, iddiaçının mübahisəli mənzildə yaşamaması cavabdehin yaratdığı maneələrlə əlaqədardır, tərəflər arasında hüquq münasibəti onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2007-ci il tarixdən yaranmışdır, iddiaçının və uşaqların mübahisəli mənzilə istifadə hüquqları vardır. Bununla belə, iddiaçının mübahisəli mənzildən istifadə hüququnu və onların mənzilə köçürülməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddısinə əsasən, istifadə hüququna əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi anlayış verilmişdir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Plenum Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə, iddiaçının mənzildən istifadə hüququna münasibətdə hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, iddiaçı və tərəflərin birgə nikahdan olan uşaqlar, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olan cavabdehlə birgə yaşayan ailə üzvləri kimi yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduqlarından iddia tələbi həmin hissədə əsaslıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçının və onun uşaqlarının mübahisəli mənzilə istifadə hüququ mövcuddur, bu hüquqdan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələr də aradan qaldırılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)- 2276/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7242/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7242/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver