Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7244/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3612/2021 saylı, 24 may 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1 məhkəməyə mülki işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatət verərək icraatda olan "xxxx" MMC-nin Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, icraatda olan "xxxx" MMC-nin Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair mülki iş 24.05.2021-ci il tarixə saat 11:30-a təyin edilmişdir. İddia ərizəsində ondan tələb olunan məbləğlər həddən artıq şişirdilmişdir. O, banka olan borcunu gecikmələr olmaqla qismən ödəmişdir. Bu barədə onda qəbzlər də vardır. Lakin hazırda xəstə olduğundan ödəniş qəbzlərini təqdim edə bilmir. Bundan başqa, iddia tələbi onun Sabunçu rayonunda qeydiyyatda olmağı nəzərə alınaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilmişdir. Lakin o, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi 8 saylı evdə faktiki yaşayır. Xəstə olduğuna görə Sabunçu rayonunda yerləşən məhkəməyə də gələ bilmir. Ona görə də mülki iş onun yaşadığı Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Nəsimi rayonu ərazisində yaşamağı barədə sübutları da məhkəməyə tədqim edəcəkdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3612/2021 saylı, 24 may 2021ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 şikayətverərək, qərardadın ləğv edilməsi, əks təqdirdə şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət vəsatətin dəlilləri ilə əsaslandırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3612/2021 saylı, 09 iyun 2021ci il tarixli qərardadı şikayət təmin edilməyərək, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3612/2021 saylı, 24 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi arayışlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatda olduqlarından iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Müvafiq olaraq da birinci instansiya məhkəməsi Cavabdeh1 işin baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətini əsaslı olaraq təmin etməmişdir. Şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3612/2021 saylı, 24 may 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7244/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7244/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver