Məhkəmə qərarları › İş №2(103)-7257/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7257/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7257/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı müqavilənin və ərizənin (əqdin) etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli 2(005)-2169/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 38000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərlə şərikli biznes fəaliyyəti ilə məşğul olmaq üçün 2018-ci ilin sentyabr ayından xx xxxxxx 2019-cu il tarixədək hissəhissə olmaqla Cavabdeh1 cəmi 22000 manat pul vermiş, bundan başqa xx xxxxxx 2019-cu il tarixdə notarial qaydada təsdiq olunmuş borc müqaviləsinə əsasən Cavabdeh1 yenidən 16000 manat pul vermişdir. Cavabdeh1 22000 manat borcu 44 ay müddətinə, 16000 manat borcu isə xx xxxxxx 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu dəfə borc verəndən iki gün sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehlər çoxlu sayda insanları aldadaraq onların külli miqdarda pul vəsaitini ələ keçirmişlər. Buna görə də o, borcun vaxtından əvvəl qaytarılmasını cavabdehlərdən tələb etmiş, lakin onlar borcu qaytarmaqdan boyun qaçırmışlar. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında imzalanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin və xx xxxxxx 2019-cu il tarixində tərəfindən imzalanmış ərizənin (əqdin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, İddiaçı ilə aralarında olan borc münasibətləri təxminən iki il əvvəl yaranmış, aralarında 38000 manat pulun verilməsi ilə bağlı heç bir borc münasibəti olmamışdır. İki il müddətində Cavabdeh2 İddiaçı hissə-hissə cəmi 6350 manat məbləğində sələmə faizlə borc pul alaraq Cavabdeh1 vermişdir. Həmin 6350 manat borca görə o, 14000 manat məbləğində faizi İddiaçı qaytarmışdır. Lakin İddiaçı 14000 manat məbləğlə kifayətlənməmiş və həmin 14000 manat pulun faizə hesablanmasını bildirirək əsas borcu ödəməyi tələb etmişdir. Cavabdeh2 daha sonra borcun əvəzinə İddiaçıva 2 dəst qızıl zinət əşyaları (2800 manat dəyərində 24 qramlıq brilyant qarnitur, 1200 manat dəyərində 9 qramlıq sırğa və üzük komplekti), 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd “LG” markalı mobil telefon, 280 manat dəyərində məişət əşyaları (soba, qab-qaşıq) vermişdir. Hazırda onun İddiaçıva heç bir borcu yoxdur. İddia ərizəsinə əlavə olunan 22000 manat məbləğində pulun verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli ərizə isə onun tərəfindən deyil, Ziya adlı şəxs tərəfindən yazılmışdır. Həmin ərizə və müqaviləyə hədə-qorxu ilə imza edilmişdir. Ümumiyyətlə həmin ərizənin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən 3000 manatdan çox borc məbləği üçün yazılı şəkildə müqavilə imzalanmalıdır. Digər tərəfdən, iddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli müqavilə və xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, 22000 manat borcun 44 ay, 16000 manat borcun isə 3 il müddətində qaytarılması nəzərdə tutulmuşdur. Lakin İddiaçı müqavilənin müddətini gözləmədən borcu vaxtından əvvəl tələb edərək qanunvericiliyin tələblərini pozmuş, borcun dərhal qaytarılmasına əsas olmuş halları sübut edə bilməmişdir. Digər tərəfdən isə həmin müqavilə və ərizə hədə-qorxu altında imzalandığı və qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığı üçün etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 2169/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 22350 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə, habelə qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək ilk iddia tələbinin tam təmin edilməsi, Cavabdeh1 isə qətnamənin ləğv edilib ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin apellyasiya şikayətlərinin məzmunu iddia ərizələrinin məzmununa uyğundur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-14404/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli 2(005)-2169/2019 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 tutulması qət edilmiş 22350 manat pul məbləğinin 6350 manatına dair hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməmiş xx xxxxxx 2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilərək həmin hissələrdə yeni qətnamə çıxarılmış, ilk iddia tələbi 22000 manat pulun tutulmasına dair hissədə rədd edilmiş, qarşılıqlı iddia tələbi isə xx xxxxxx 2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi hissəsində təmin edilmiş, qətnamə qalan--- Cavabdeh1 16000 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissəsində, həmçinin məhkəmə xərclərinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həm İddiaçı, həm də Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilərək həmin hissələrdə işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Beləliklə, mübahisələndirilən qətnamə ilk iddianın Cavabdeh1 16000 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissəsində, həmçinin məhkəmə xərclərinə aid hissədə qanuni qüvvəyə minmişdir. Halhazırda apellyasiya baxışının predmetini ilk iddianın 22000 manat pulun Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı ödənilməsi, habelə qarşılıqlı iddianın xx xxxxxx 2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi barədə hissələrinin yoxlanılması təşkil edir. Apellyasiya icraatı qaydasında yenidən işə baxılarkən məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, o, Cavabdeh1 ilə şərikli uşaq bağçası açıb birgə fəaliyyət göstərməyə dair razılığa gəlmişlər. Buna görə o, Cavabdeh1 4000, 5000, 6000 və 7000 manat məbləğində olmaqla cəmi 22000 manat pul vermişdir. Qarşı tərəfin ondan aldığını iddia etdiyi 6350 manat pula gəldikdə isə, o heç vaxt Cavabdeh1 6350 manat məbləğində pul verməmişdir. Bundan əlavə o, sələmə pul verməklə də məşğul olmur. Bu cür iddialarla qarşı tərəf ilk iddianın əsassız olması barədə görüntü yaratmağa çalışır. İzahatının sonunda İddiaçı ilk iddia tələbinin təmin edilməyən hissəsinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X2 təmsil etdiyi şəxsin izahatına uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X5 isə təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)-2169/2019 saylı qətnaməsi qismən, yəni ilk iddianın təmin edilmədiyi hissədə qismən ləğv edilməli, həmin hissədə ilk iddia qismən təmin edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən sadə yazılı formada verilmiş xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh1 İddiaçı 22000 manat borc aldığını, aldığı borcu 44 ay müddətində qaytaracağını bildirmişdir. Ərizəni Cavabdeh1 başqa şahid qismində Cavabdeh2 da imzalamışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki, “iddiaçı 22000 manat pulun borc verilməsi ilə bağlı Cavabdeh1 tərəfindən imzalanmış xx xxxxxx 2019-cu il tarixli ərizəni məhkəməyə təqdim etməklə öz üzərinə düşən sübut etmə vəzifəsini icra etmiş, lakin Cavabdeh1 həmin sübutu təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyi halda apellyasiya instansiyası məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı 22000 manat məbləğində pulu 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayınadək olan müddətdə verdiyini bildirdiyi halda, Cavabdeh1 6350 manatı 2017-ci ildə aldığını, iddiaçının göstərdiyi dövrdə isə hər hansı məbləğdə borc almadığını göstərmişdir. Beləliklə də işin halları ilə tərəflər arasında 2018-ci ildən əvvəlki tarixdə hər hansı bir borc münasibətlərinin olması sübut olunmur. Ona görə də apellyasiya instansiyası məhkəməsi göstərilən tarixdən asılı olmayaraq Cavabdeh1 iddiaçıdan aldığını bildirdiyi 6350 manat pulun mübahisə predmeti olan borca aid olub-olmamasını araşdırmalı və müvafiq araşdırmanın nəticəsi əsasında mübahisəyə hüquqi qiymət verməlidir”. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən imzalanmış xx xxxxxx 2019-cu il tarixli ərizə onun İddiaçı 22000 manat pulu bilavasitə həmin tarixdə borc almasını təsdiq etməsə də, onun tərəfindən borcun etirafı kimi qiymətləndirilə bilər. Cavabdeh1 həmin ərizənin hədə-qorxu təsiri altında yazıldığını bildirsə də, İddiaçı tərəfindən hədəqorxu altında ərizə yazmağa məcbur edilməsi barədə hüquq mühafizə orqanlarına müraciət etməmiş, yalnız İddiaçı tərəfindən pul tələbinə dair iddia qaldırıldıqdan sonra xx xxxxx 2019-cu il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia vermişdir. Cavabdeh1 qarşılıqlı iddiasında İddiaçı Cavabdeh2 vasitəsilə 6350 manat məbləğində pul almasını, həmin pula görə İddiaçı 14000 manat məbləğində faiz ödəməsini bildirsə də, məhkəmə araşdırması zamanı bu hal təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Yenə həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 22000 manat pulu Cavabdeh1 borc verməsini sonuncu tərəfindən imzalanmış xx xxxxxx 2019-cu il tarixli ərizəni məhkəməyə təqdim etməklə öz üzərinə düşən sübut etmə vəzifəsini icra etmişdir. Belə olan halda isə Cavabdeh1 həmin sübutu təkzib edən sübutları təqdim etmək vəzifəsi daşıyır. Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsinə 22000 manat məbləğində pulun verilməsini təkzib edən sübutları məhkəməyə təqdim etməyi təklif etmiş, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Nəticədə cavabdeh tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bundan əlavə Cavabdeh1 iddiaçıdan aldığı pulu qismən etiraf edərək, İddiaçı 2017ci ildə 6350 manat pul aldığını bildirsə də, bu halı da təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Çünki iş materialları ilə sübut olunur ki, iddiaçı ilə cavabdeh arasında 2017-ci ildə ümumiyyətlə borc münasibətləri yaranmamışdır.Eyni zamanda məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf özü də bildirdi ki o heç vaxt cavabdehə həmin məbləğdə pul verməmişdir. Onun cavabdehə müxtəlif vaxtlarda verdiyi pullar 4000, 5000, 6000, 7000 manat məbləğlərində, cəmi 22000 manat olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yalnız cavabdeh tərəfin etirafına əsaslanaraq ilk iddianın xx xxxxxx 2019-cu il tarixli ərizə üzrə 22000 manat pulun 6350 manat hissəsinin Cavabdeh1 tutulub İddiaçı tutulması barədə nəticəyə gəlməsi məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi və beləliklə də, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli ərizədə qeyd olunmuş 22000 manat pul Cavabdeh1 alınıb İddiaçı verilməli, iddia tələbi Cavabdeh2 qarşı hissədə sübut olunmadığından, ona qarşı hissədə iddia rədd edilməlidir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4 və 390-cı maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qarşılıqlı iddianın xx xxxxxx 2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi barədə hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin ərizənin (əqdin) etibarsız hesab edilməsinə əsas olmadığından, birinci instansiya məhkəməsi xx xxxxxx 2019-cu il tarixli ərizəni (əqdi) etibarsız hesab etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 2169/2019 saylı qətnaməsi qismən, yəni “Cavabdeh1 22350 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin.” hissəsində qismən ləğv edilsin. Cavabdeh1 38000 (otuz səkkiz min) manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 alınıb İddiaçı ödənilsin. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar