Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7266/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7266/2022 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı şəhəri, 22 noyabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, İşin halları, iş üzrə məhkəmə icraatı: İşin halları: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı İB-yi Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh tərtib olunmuş akt üzrə 7354.58 (yeddi min üç yüz əlli dörd manat əlli səkkiz qəpik) manat, təbii qazdan istifadəyə görə 382.56 (üç yüz səksən iki manat əlli altı qəpik) manat, dövlət rüsumunun əvəzi 104.45 (yüz dörd manat qırx beş qəpik) manat və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 8241.59 (səkkiz min iki yüz qırx bir manat əlli doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 06/001 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00481 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1402AZ **********24 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1063.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 102.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 102.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, 08.2018-ci il tarixli akt əsasında 266.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, 30.1 1.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 32.4 manat, ci il tarixli ******* saylı akt əsasında223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021 -ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 267.84 manat İddiaçı İB-nə zərər dəymişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat rədd edilməsi qət edilmişdir (Hakim: Şəhla Süleymanova). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı ilə cavabdeh İbişova S üsən Salman qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 06/001 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00481 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1402AZ**********24 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 7354.84 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 382.56 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 7737.4 manat borcu vardır. Məhkəmə tərəfindən sayğaca müdaxilə hallarına bu cür yanaşma bu kimi işlərdə mənfi məhkəmə təcrübəsi yaradar və abonentlər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının artmasına gətirib çıxarar. Belə ki, hüquqda cəza ona görə tətbiq edilir ki, insanlar törətdikləri qanunazidd əməllərə görə məsuliyyətə cəlb olunaraq islah olunsunlar, gələcəkdə həmin hərəkətlərdən çəkinsinlər. Hazırki halda isə, bu qətnaməni alan abonent məhkəmə tərəfindən törədilən mülki-hüquq pozuntusuna görə vurulmuş ziyanın təmin edilmədiyin gördük də, islah olunmaq əvəzinə təbii qazdan qanunsuz istifadə hallarını artıraraq təbii qazan talan edəcək, dövlətə külli miqdarda ziyan vuracaqdır. İşə baxan Səbail Rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfinə məxsus evə baxış keçirilərkən təbii qazdam qeyri-qanuni istifadə hallarının müəyyən edilmədiyini qeyd etmişdir. Məhkəmənin yanaşması düzgün deyil. Belə ki, Cavabdeh yaşadığı ünvana xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, lakin Cavabdeh təbii qazdan qeyriqanuni 2018, 2019, 2020 və 2021-ci illərdə istifadə etməsinə görə İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlar 2018, 2019, 2020 və 2021-ci illərdə tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, cavabdeh tərəfdən sayğacdankənar təbii qazdan istifadə hallarına dair aktlar tərtib edilmiş, cavabdehə aktları imzalamaq təklif olunsa da cavabdeh ziyanına tərtib edilmiş aktları imza etməkdən imtinaetmişdir. Bundan əlavə, məhkəmə iclasları zamanı da müəyyən edilmişdir ki, Cavabdeh daim həmin ünvanda yaşamış, təbii qazdan istifadə etmişdir. İş materiallarında olan abonent saldolarından da görünür ki, cavabdeh təbii qazdan istifadə etməsinə görə 2018-ci il heç bir ödəniş etməmiş, 2019-cu il üzrə cəmi 6 manat, 2020-ci il üzrə cəmi 10 manat, 2021-ci il üzrə cəmi 10 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən təbii qazdan istifadə edilib, 2018, 2019, 2020 və 2021-ci illər üzrə cəmi 26 manat ödəniş edilməsi, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini sübut edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə etiraz daxil omamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq o, kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
11. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
12. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM 21.2)
13. Həmin Məcəllənin 551-ci maddəsinə uyğun olaraq kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il müddəti keçdikdən sonra qüvvəsini itirir.
14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. İş materiallarına əlavə olunmuş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı üzrə xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında müqavilə bağlanmışdır.
23. İş materiallarına əlavə olunan, həmçinin apellyasiya şikayətində qeyd edilən aktlardan görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1063.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 102.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 102.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, 08.2018-ci il tarixli akt əsasında 266.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, 30.1 1.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 32.4 manat, ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021 -ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 267.84 manat cərimə hesablanmışdır.
24. İş materiallarından görünür ki, ki, Cavabdeh ünvan 1 ünvanında (abonent kodu: **********00481) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edilir, xx.xx.2016-cı il tarixdə onunla İddiaçı İB arasında qazın alğı-satqısına dair müqavilə bağlanmış, İddiaçı İB-nin əməkdaşları tərəfindən “abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi” əsası ilə aktlar tərtib edilmiş və buna görə İddiaçı İB tərəfindən əlavə hesablaşma aparılaraq müvafiq olaraq itirilmiş təbii qazın bərpası məqsədilə Cavabdeh 7354.58 manat borc yazılmış və həmin məbləğ ondan tələb edilir.
25. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Qaz paylayıcısı ilə xx.xx.2016-cı il tarixli Müqaviləsinə əsasən Cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3.4- cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz Paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
26. Hazırki mülki işdə Cavabdeh yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacından kənar qazdan qeyri-qanuni istifadə etməsi sübuta yetirilmir.
27. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən iş üzrə ünvana baxış keçirilmiş və həmin ünvanda abonent tərəfindən qazdan qeyri-qanuni istifadə halları aşkar edilməmişdir.
28. Cavabdeh tərəfindən tərtib edilən aktlardan isə istehlakçının məlumatlı olması və həmin aktların tərtib edilməsinə əsas olan hallar sübuta yetirilmir.
29. İddiaçının iddia tələbində və apellyasiya şikayətində qeyd etdiyi təbii qazdan qeyriqanuni istifadə məsələsi bilavasitə sübutetmə yükü ilə bağlıdır.
30. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
31. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
34. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı qanunsuz qoşulmanın olub-olmamasının müəyyən edilməsindən ötrü texniki ekspertizanın təyin edilməsinə zərurət yoxdur. Çünki, işə birinci instansiya məhkəməsində baxılan zaman ekspertiza təyi edilmiş, lakin ekspert tərəfindən ekspertizanın keçirilməsindən imtina edilərək, bildiirlmişdir ki, əvvəllər qanunsuz qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparılması metodiki baxımdan mümkün deyil. Bu baxımdan, kollegiya yenidən ekspertiza təyin edilməsini işin lüzumsuz şəkildə uzadılması kimi qiymətləndirir. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisəli yerə baxış keçirmiş və qanunsuz qoşulma halının aşkar edilmədiyini müəyyən etmişdir.
35. Təbii qazdan istifadəyə görə 382.56 manat borca münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ünvana sayğac quraşdırılan zaman 436.11 manat borc artıq mövcud olmuşdur. (436.11-53.55=382.56) 5 ilə yaxın müddət keçdiyindən öz qüvvəsini itirib.
36. Mülki Məcəllənin yuxarıda qeyd edilən 373.2-ci maddəsindən də görünür ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Belə olan halda, cavabdehin 382.56 manat borcundan 4 il müddət keçdiyindən məhkəmə iddia tələbini həmin hissədə də təmin etməməkdə haqlı olmuşdur.
37. Kollegiya həmçinin mövqeyini onunla əsaslandırır ki, iddiaçı (qazpaylayıcı) qazdan qeyri-qanuni istifadə hallarına nəzarət etməli və belə hal aşkar etdiyi təqdirdə təbii qazın verilməsini dayandırmalı idi. Lakin, iddiaçı (qazpaylayıcı) təbii qazdan qeyri-qanuni istifadə hallarının mövcud olmasını iddia etdiyi 2018-ci ildən indiyədək hər hansı tədbir görməmiş və təbii qazın verilişini dayandırmamışdır.
38. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh kollegiya iclasında verdiyi izahatında evində yalnız mətbəxdə 3 gözlü qaz sobası istifadə edildiyini bildirmişdir. Cavabdeh həmçinin o hala istinad etmişdir ki, onun sayğacı 207 manat mənfiyə işləmiş və cərimə qonşusu olan bacısına yazılmışdır.
39. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh 2018-ci ildə heç bir ödəniş etməmiş, 2019-cu ildə 6 manat, 2020-ci ildə 10 manat, 2021-ci ildə 10 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən təbii qazdan istifadə edilib, lakin, 2018, 2019, 2020, 2021-ci il üzrə cəmi 26 manat ödəniş edilməsi cavabdehin təbii qazdan qeyri-qanuni istifadə edilməsini sübut edir.
40. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı təxminən 5 il ərzində çox az miqdarda ödəniş edilməsini bildirərək, qanunsuz qoşulma olmasını demək istəmişdir. Kollegiya hesab edir ki, hazırki iddia tələbinin əsasını qanunsuz qoşulmadan irəli gələn pul tələbi təşkil edir, lakin qanunsuz qoşulmanın olması sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən az ödənişin edilməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlili isə qanunsuz qoşulmanın olmasını sübuta yetirən hal deyildir.
41. İddiaçı cavabdeh tərəfindən 4 il ərzində cəmi 26 manat ödəniş edilməsi halına istinad edərək, cavabdehin qazdan qeyri-qanuni istifadə etməsini sübut etmək istəmişdir. Lakin, kollegiya hesab edir ki, qeyd edilən ödənişlərin cavabdehin təbii-qazdan qanunsuz istifadə edərək, iddiaçıya 7354 manat məbləğində ziyan vurmasına dair nəticəyə gəlmək üçün kifayət deyildir. Qanunsuz qoşulmanın olması iddiaçı tərəfindən sübuta yetirilməməklə yanaşı, hər hansı həmin illər ərzində vaxtında hər hansı tədbir görülməməsi cavabdehə münasibətdə qanunsuz qoşulmanın olmasına istinad edilməsinə imkan vermir.
42. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdiirlmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
45. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
q ə t e t d i:
İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev