Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7272/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, Cavabdeh 18.855,05 manat əsas, 9.666,81 manat faiz, 707,06 manat Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz, 2.906,80 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, xx.xx.2015-ci il tarixli, 773/15 saylı kredit müqaviləsi əsasında Cavabdeh 18.855,05 manat əsas borc, 9.666,81 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 707,06 faiz borcu, 200 manat cərimə borcu olmaqla, ümumilikdə 29.428,92 manat kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq, LPO İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən beş il keçdiyi üçün iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Eyni zamanda, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmış və birtərəfli qətnamə qəbul etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlanmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə,“xxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 20 % dərəcəsi ilə, 21.000 manat kredit verilmişdir. Bank müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Cavabdeh isə, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixə 18.855,05 manat əsas borc, 9.666,81 manat faiz borcu, 707,06 manat Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz, 2.906,80 manat cərimə borcu mövcuddur. Qeyd olunanlar iddia ərizəsi, xx.xx.2015-ci il tarixli, 773/15 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli kassa-məxaric orderi, xx.xx.2019-cu il tarixli, **********786 saylı maliyyə arayışı və işdə olan digər sənədlərlə təsdiqlənir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Cavabdeh, apellyasiya şikayətində bildirir ki, tərəflər arasında sözügedən müqavilənin bağlanmasından beş ildən artıq müddət keçdiyindən, iddiaçı tərəfindən hazırkı tələbin irəli sürülməsi üçün iddia müddəti ötürülmüşdür. Kollegiya, cavabdehin bu mövqeyi ilə razılaşmır, ona görə ki, Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımışəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384-cü maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Baxılan işdə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Müqavilə üzrə iddia müddətinin axımının başlanması öhdəliyin icra müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən hesablandıqda LPO İddiaçı ASC tələbini xx.xx.2019-cu ildə irəli sürməklə üç illik iddia müddətini ötürməmişdir. Kollegiya, cavabdehin rayon məhkəməsi tərəfindən işə onun iştirakı təmin olmadan birtərəfli qaydada baxılması barədə dəlilini də əsaslı saymır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə iddia ərizəsində qeyd olunan qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclasılarının yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Başqa sözlə, məhkəmə cavabdehin məlumatlandırılması üçün özündən asılı olan bütün tədbirləri görmüşdür. Kollegiya, onu da qeyd edir ki, işin apellyasiya baxışında cavabdehə apellyasiya şikayətində göstərdiyi ünvan üzrə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş gösndərilməsinə baxmayaraq, iclasa gəlməmiş və məhkəməyə bununla bağlı üzrlü səbəblər bildirməmişdir. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7806/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7272/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7272/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver