Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7274/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(005)-595/2020 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2020 nömrəli, 09.06.2020ci il tarixli qətnaməsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 01.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın, "xxxx" QBKT MMC ilə İddiaçı arasında bağlanmış 05.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyinin həvalə edilməsi qət edilmişdir. Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankı 15.07.2020-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinin “nəticə” hissəsindən “və ödənilməsi” sözlərinin çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2020 nömrəli, 22.07.2020ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2020 nömrəli, 09.06.2020-ci il tarixli qətnaməsinin təsviri və nəticə hissələrində “kompensasiyanın hesablanması öhdəliyi” yazısı qeyd olunmaqla düzəliş edilməsi, Qətnamənin təsviri hissəsinin 2-ci abzasının aşağıdakı kimi oxunması: İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASCnin Azərbaycan Respublikası Mərkəzi Bankı ilə dəyişdirilməsini, ona düşəcək kompensasiya məbləğinin müəyyən edilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamənin nəticə hissəsinin 2ci abzası aşağıdakı kimi oxunması: Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 01.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın, "xxxx" QBKT MMC ilə İddiaçı arasında bağlanmış 05.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması öhdəliyinin həvalə edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı X4 03.03.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin qət etdi hissəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada düzəlişlər edilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankı və digər banklarla onun arasında yaranmış mübahisənin həll edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(005)-595/2020 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsində buraxılmış yalnışlığın düzəldilməsinə dair İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(005)-595/2020 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Apellyasiya baxışı zamanı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin olunmasını və qərardadın ləğv olunmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 iddiaçı tərəfindən verilmiş şikayətə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəf məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmənin 24 noyabr 2005-ci il tarixli Plenum Qərarının 13.3-cü bəndinə əsasən, qətnamədəki yalnışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün Azərbaycan Respubblikası MPM-də müddət müəyyən edilmədiyinə görə həmin məsələlər qətnamə icra edilənədək istənilən vaxt qaldırıla bilər. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, qətnamədə hər hansı yalnışlığa yol verilməmiş, bununla yanaşı qətnamədə hesab səhvlərinin olması da müəyyən edilmir. İddiaçının ərizəsində istinad etdiyi hallar qətnaməyə düzəliş edilməsi üçün əsas vermir.Bu səbəbdən də İddiaçı qətnaməyə düzəliş edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yalnışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2020 saylı, 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7274/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7274/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver