Məhkəmə qərarları › İş №2(103)-728/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-728/2019

23.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-728/2019 23.05.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-55/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 40.800 manat əsas, 12.318 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 53.218 (əlli üç min iki yüz on səkkiz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumun tutulması, ipoteka predmeti olan, Cavabdeh1 məxsus, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 saylı mənzilinin ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməklə, tutmanı həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə mənzilin satıldıqdan sonra 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 40.800 manat əsas, 12.318 manat faiz və 1.000 manat cərimə olmaqla, cəmi 54.118 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 nömrəli binada yerləşən 68.0 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı, 10 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24%-lə 40.800 manat məbləğində kredit verilmişdir. Tərəflər müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğin illik 34% miqdarında cərimə hesablanmasını da razılaşdırmışlar. Bundan əlavə, Cavabdeh1ilə bank arasında bağlanmış eyni tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 saylı mənzili ipoteka ilə yüklü edilərək, iddiaçının tələb hüququna təminat verilmişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müvafiq olaraq 40.800 manat məbləğində krediti Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq, borcunu qrafik üzrə qaytarmamış və xx xxxxxx 2016-cı il tarixə tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1apellyasiya şikayəti verərək, qətnamənin 40.800,00 manat əsas və 12.318,00 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsi, əsas borcun azaldılması, faiz borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,işə baxan məhkəmə iş üzrə qətnaməni maddi,prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsinin qismən, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh2 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, qətnaməBakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 saylı mənzilinin ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməsihissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 197000 (yüz doxsan yeddi min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarında olan İddiaçı ASCilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı kredit müqaviləsindən və əlavə edilmiş sənədlərdən görünür ki, bank tərəfindən Fəxriyyə Əliyevaya 36 ay müddətinə, illik 24%-lə 40.800 manat məbləğində kredit verilmişdir. Tərəflər müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğin illik 34% miqdarında cərimə hesablanmasını da razılaşdırmışlar. Bundan əlavə, Cavabdeh1ilə bank arasında bağlanmış eyni tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 saylı mənziliipoteka ilə yüklü edilərək, iddiaçının tələb hüququna təminat verilmişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müvafiq olaraq 40.800 manat məbləğində krediti Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq, borcunu qrafik üzrə qaytarmamış və xx xxxxxx 2016-cı il tarixə tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Qeyd edilənlər işdə olan, xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı kredit müqaviləsi, eyni tarixli sonrakı ipoteka müqaviləsi, məxaric kassa orderi, ödəniş qrafiki, maliyyə arayışı, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx xxxxxx 2015-ci il tarixli çıxarış, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında pretenziya məktubu, ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə məktub və xx xxxxxx 2018-ci il tarixli etiraz ərizəsi ilə təsdiqlənir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11847/18 saylı xx.xx.2018-cı il tarixli qərardadı ilə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. Lakin beş aydan çox vaxt keçdikdən sonra ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxx 2019-cu il tarixli məktubuna əsasən çıxarış və texniki pasportda göstərilmədiyi, lakin mövcud olduğu tikililərə sənədlər cavabdehlər tərəfindən təqdim edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin əmlakın qiymətləndirilməsi barədə qərardadının icrası mümkün olmamışdır. Kollegiya, mülki işin baxılmasında süründürməçiliyi aradan qaldırmaqla, tez baxılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında xx xxxxx 2019-cu il tarixli fərmanının 7.4-cü bəndini rəhbər tutaraq mübahisəli X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayon Cəfərov Qardaşları küçəsi 13 saylı evin 10 saylı mənzilinin hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə mütəxəss rəyinin verilməsi özəl quruma, “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli MB 12/521 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayon Cəfərov Qardaşları küçəsi 13 saylı evin 10 saylı mənzilininbazar dəyərini 197000 manat müəyyən edilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə mübahisəli mənzilin hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli MB 12/521 mütəxəssis rəyi, hazırkı dövrün real bazar qiymətini əks etdirdiyindən, həmin rəydə göstərilən qiymət əsas götürülməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3-cu və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 saylı mənzilinin ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 197000 (yüz doxsan yeddi min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar