Məhkəmə qərarları › İş №2(103)-7290/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7290/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7290/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının nümayəndəsi K.X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərın Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-959/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərın Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş 2555,53 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 71,11 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan 840,28 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 03.10.2019-cu il tarixdən gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 213,85 manat borc, ümumilikdə 3680,77 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yaranmış borc məbləğinin Cavabdeh məxsus olan “BYD-GF3” markalı, minik (dövlət qeydiyyat nişanı **-TV-***, buraxılış ili-2014, mühərrik BYD473QE214302089, ban-LGXC16DF7E0011406, rəngi-Ağ) nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə satılaraq əldə edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səbail filialı ilə borc alan Cavabdeh arasında 22 yanvar 2015-ci il tarixli, 14 sayllı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən avtomobil satın alınması məqsədilə istifadə etmək üçün illi 19 % dərəcəsi ilə 36 aylıq müddətə Bank tərəfindən borcalana 7950 manat kredit vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi ipoteka saxlayan "xxxx" ASC-nin “Səbail” filialı ilə ipoteka qoyan Cavabdeh arasında 22 yanvar 2015-ci il tarixli, 14-a saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə mülkiyyət hüququ ilə X2 məxsus olan “BYD-GF3” markalı, minik (dövlət qeydiyyat nişanı **-TV-***, buraxılış ili-2014, mühərrik BYD473QE214302089, ban-LGXC16DF7E0011406, rəngi-Ağ) nəqliyyat vasitəsi ipotekaya qoyularaq yüklü edilmişdir. Bu barədə AA129378 saylı ipoteka müqaviləsinin qeydə alınmasına dair daşınar əmlakın müvafiq reyestrindən çıxarış verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas borcun və faizlərin ödənilməsini təmin etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu ödəməkdən boyun qaçırırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada cavabdehə bildiriş göndərilmiş, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ölkə başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırki mülki iş üzrə fərmanın icraçısı ilə qeyd edilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası” nın 6.16 bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 31 dekabr 2019-cu il tarixində başa çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-959/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 22 yanvar 2015-ci il tarixli, 14 saylı kredit müqaviləsi üzrə 2555,53 (iki min beş yüz əlli beş manat, əlli üç qəpik) manat məbləğində əsas borc Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “BYD-GF3” markalı, minik (dövlət qeydiyyat nişanı **-TV-***, buraxılış ili-2014, mühərrik BYD473QE214302089, ban- LGXC16DF7E0011406, rəngi-Ağ) nəqliyyat vasitəsinə yönəldilməsi, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 2555,53 manat məbləğində vəsait iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh qaytarılması, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi Cavabdeh tutularaq LPO İddiaçı ASCyə ödənilməsi və 9 (doqquz) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış müqavilənin məlum fərmanın təsirialtına düşməsi barədə bildiriş və poçt identifikatorun surəti iddia ərizəsinə qoşma kimi məhkəməyə təqdim olunmasa da, daha sonra keçirilmiş məhkəmə baxış iclasında hakimə təqdim olunmuşdur. Lakin məhkəmə qətnamədə buna münasibət bildirməmişdir. Odur ki, həmin bildiriş və poçt identifikatorun surəti apellyasiya şikayətinə əlavə edilir. Həmçinin müştəri yeni müqavilənin bağlanması barədə razılıq vermədiyi təqdirdə bank əvvəlki müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə tələb edə bilər. Bu səbəbdən məhkəmənin hadisələri qabaqlayaraq bankın müqavilə üzrə tələb etməyə haqqı olan faiz və cəriməni təmin etməməsi qanuna ziddir. Göründüyü kimi cavabdeh müəyyən edilmiş tarixə qədər müraciət etmədiyi üçün tərəflərindən hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Digər tərəfdən məhkəmə hazırki qətnamə ilə fərmanın qaydalarını düzgün tətbiq etməyərək və səlahiyyətini aşaraq həm restrukturizasiyaya müraciət etmədən, həm də bankı fərmanın qaydalarında nəzərdə tutulmuş bir faiz restrukturizasiya gəlirindən məhrum edərək nəzərə almadan ancaq vətəndaşın mövqeyini nəzərə alan qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, cavabdehlə bağlanmış kredit müqaviləsi məlum fərmanın təsiri altına düşsə də, cavabdeh tərəf bankla yenidən müqavilə bağlanması üçün hər hansı bir hərəkət etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilən hissəsində səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnaməni iddiaçı mübahisələndirməklə iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, qətnamə cavabdeh tərəfindən isə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan “Texnikabank" ASC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli, 14 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor Cavabdeh illik 19% faiz hesablanmaqla 36 ay müddətinə, aylıq ödəniş 291,42 manat olmaqla 7950 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Texnikabank" ASC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli 14 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla ipotekaqoyan arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən 7950 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər “BYD-GF3” markalı, minik (dövlət qeydiyyat nişanı **-TV-***, buraxılış ili-2014, mühərrik BYD473QE214302089, banLGXC16DF7E0011406, rəngi-Ağ) nəqliyyat vasitəsinin ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka qoyulmuş əmlak 15900 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınmaz əmlakın müvafiq rəsmi reyestrindən olan 22 yanvar 2015-ci il tarixli, AA seriyalı, 129373 saylı çıxarışdan görünür ki, Cavabdeh “BYD-GF3” markalı, minik (dövlət qeydiyyat nişanı **-TV-***, buraxılış ili-2014, mühərrik BYD473QE214302089, banLGXC16DF7E0011406, rəngi-Ağ) nəqliyyat vasitəsini "xxxx" ASC-nin Səbail filialında ipotek qoymuşdur. Müqavilənin qüvvədə olma müddəti 22 yanvar 2015-ci il-dən 22 yanvar 2018-ci il olaraq müəyyən edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən 04 oktyabr 2019-cu il tarixli, **********901 saylı maliyyə arayışına əsasən Cavabdeh 22 yanvar 2015-ci il tarixli, 14 saylı kredit müqaviləsi üzrə 03 oktyabr 2019-cu il tarixinə 2555,53 ABŞ dolları əsas, 71,11 ABŞ dolları faiz borcu, borcun gecikdirilməsinə görə hesablanmış 840,28 ABŞ dolları cərimə borcunun, gecikdirilmiş vaxt üçün hesablanan 213,85 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3680,77 ABŞ dolları borcu vardır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 03 dekabr 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 11 dekabr 2018-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişdən görünür ki, borcluya kredit müqaviləsi üzrə 10.12.2018-ci il tarixə yaramış 2779,29 manat əsas, 749,58 manat faiz borcu olmaqla, 3528,87 manat vəsaiti 5 iş günü ərzində baka ödənilməsini tələb etmişdir. Əks halda ipoteka predmeti məhkəmə qərarı əsasında qanunvericiliyə uyğun şəkildə açıq hərracda satılacağı və bankın tələbləri, habelə məhkəmə xərcləri və icra hərəkətləri zamanı şəkilən xərclərin satışdan əldə edilən vəsait hesabına ödəniləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı elektron ünvandan olan çıxarışdan görünür ki, Cavabdeh 22 yanvar 2015-ci il tarixli, 14 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı məbləğ 2555,53 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. 6.16-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Göründüyü kimi fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alınaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlər pulu silinməli idi. Hazırki vəziyyətdə isə apellyasiya şikayətinə əlavə edilmiş bildiriş və reyestrdən məlum olur ki, iddiaçı restrukturizasiya ilə bağlı cavabdehi xəbərdar etmiş, lakin hazırki vəziyyətdə cavabdehlə bağlanmış kredit müqaviləsi restrukturizasiya edilməmiş qalmaqdadır və belə olan halda da iddiaçının həmin müqaviləyə üzrə əsas borca görə hesablanmış faiz və cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir. MPM-nin 385.2-ci maddəsinə gцrə, birinci instansiya məhkəməsinin faktlar nцqteyinəzərindən qanuni və əsaslэ olan və mahiyyəti ьzrə dьzgьn olan qətnaməsi yalnэz formal mьlahizələrə gцrə ləрv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-959/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar