Məhkəmə qərarları › İş №2(103)-7296/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7296/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7296/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-342/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 9446,55 ABŞ dolları məbləğində kredit borcu, 7312,35 ABŞ dolları məbləğində faiz borcu və 5685,19 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 22444,9 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.06.2013-cü il tarixli 02L000010347 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müdətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.01.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12.03.2015-ci il tarixli 002R**********S saylı, 18.12.2017-ci il tarixli 002R**********C saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.11.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 10553,45 ABŞ dolları ödəmiş, onun 9446,55 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitlər kreditora qaytarmadığı üçün 02.03.2020-ci il tarixə 466 gün üçün hesablanmış faiz borcu 7312,35 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti 0,5 % məbləğində cərimə ödəməlidir. 02.03.2020-ci il tarixə 466 gün üçün hesablanmış cərimə 5685,19 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-342/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, 16.01.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 9311,48 (doqquz min üç yüz on bir dollar, qırx səkkiz sent) ABŞ dolları əsas, 5950,88 (beş min doqquz yüz əlli dollar, səksən səkkiz sent) ABŞ dolları faiz, 650 ABŞ (altı yüz əlli) dolları cərimə olmaqla, ümumilikdə 15912,36 (on beş min doqquz yüz on iki dollar, otuz altı sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, iddia ərizəsi üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 21 (iyirmi bir) manat məbləğində hissəsi Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan hissəsi İddiaçı QSC-yə aid edilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsi İddiaçı QSC-dən, 70 (yetmiş) manat hissəsi Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-342/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən ayrılıqda apellyasiya şikayəti verilmişdir. İddiaçı QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "kredit müqaviləsi üzrə pul tələbinə" dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 9446.55 ABŞ Dolları məbləğində kredit borcu, 7312.35 ABŞ Dolları məbləğində faiz borcu və 5685.19 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 22444 (iyirmi iki min dörd yüz qırx dörd) ABŞ Dolları 9 (doqquz) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(001)-342/2021 saylı qətnaməsi ilə iddia tələbi ekspert rəyi nəzərə alınmaqla qismən təmin edilərək, 16.01.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 9311.48 ABŞ dolları, faiz borcu üzrə 5950.88 ABŞ dolları, cərimə üzrə 650 ABŞ dolları, cəmi 15912.36 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı "xxxx" QSC-ə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) 31.05.2018-ci il tarixli qərarı ilə əsaslandırılmışdır. Məhkəmə hazırkı iş üzrə Plenumun istinad olunan qərarını tətbiq etməklə səhvə yol vermiş və Plenumun "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" 11 oktyabr 2019-cu il tarixli Qərardadını nəzərə almamışdır. Belə ki, yuxarıda istinad olunan Qərardada əsasən "Plenumun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri 31.05.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq 19.06.2013-cü il və 16.01.2015-ci il tarixlərində imzalanmışdır.Digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə iddiaçı arasında ayrı-ayrılıqda zaminlik müqavilələri müvafiq olaraq 19.06.2013-cü il və 16.01.2015-ci il tarixlərində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə İddiaçı iddia tələbi ilə 27.04.2020-ci il tarixində (iddia ərizəsinin məhkəməyə göndərilmə tarixi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Bakı şəhər Binəqədi Rayon Məhkəməsi Plenumun müvafiq qərarlarını hazırkı iş üzrə mübahisəyə tətbiq etməklə səhvə yol vermişdir.Əlavə olaraq, qeyd edilməlidir ki, Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş maddi sübutları nəzərə almamış və bununla da zaminlərə münasibətdə iddia tələbini təmin etməməklə yalnış nəticəyə gəlmişdir. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, tərəflər 19.06.2013-cü il tarixli 02L000010347 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu müəyyənetmə mülki qanunveriliciyin tələbləri ilə uyğunsuzluq təşkil etməmişdir. Çünki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra AR MM) 470-ci maddəsi). AR MM-nin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə zaminlik müqavilələrində 19.06.2013-cü il tarixli 02L000010347 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Belə ki, zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 100000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 2023-cü ilin iyun ayına kimi öhdəlik götürmüşlər. Cavabdeh1 isə 16.01.2015-ci il tarixdə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür.Həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət 16.01.2017-ci il tarixi kimi müəyyən edilmişdir. Sonradan tərəflər arasında imzalanmış 12.03.2015-ci il tarixli 002R**********S saylı və 18.12.2017-ci il tarixli 002R**********SC saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu 18.12.2017-ci il tarixli sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət 18.01.2019ci il tarixi müəyyən edilmiş, həmin müddət də zaminlərin öhdəliyinin qüvvədə olma müddətini əhatə etmişdir. Bununla yanaşı, faiz dərəcəsi ilə bağlı qeyd edilməlidir ki, 20000 (on iki min) ABŞ Dolları məbləğində kredit verilən zaman faiz dərəcəsi aylıq olaraq 2.25 % müəyyən edilmişdir, sonrakı sazişlərlə faiz dərəcəsinin artırılması müşayiət edilməmiş, hətta sonrakı dəyişiklikləri ehtiva edən ödəniş planlarında 16.02.2017- ci il tarixindən sonra faizin hesablanması nəzərdə tutulmamışdır. Qeyd edilən məsələlərə 1-ci instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" 18.03.2019-cu il tarixli qərarına əsasən "Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir" müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir."Göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(001)-342/2021 saylı qətnaməsini qismən - iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Accessbank QSC"-nin məhkəməyə ünvanlandığı iddia tələbində qeyd edilən 22.444,9 ABŞ dollarının ondan tutulması tələbi tamamilə əsassızdır. Həmin tələb ilə tutulmalı olan məbləğin belə şişirdilməsi istər qanunvericilik istərsə də müqavilə münasibətlərinə əsasən düzgün deyildir.2015-ci il tarixdən ödənişləri olmuşdur. Ümumilikdə bu günə qədər cavabdehin hesabına 14000 ABŞ dolları məbləğində vəsait ödəsə də, 22.444.9 ABŞ dolları məbləğində borcu qalması heç də həqiqəti əks elətdirmir. Hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli ekspert rəyini düzgün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir.Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin məcəllənin 741-ci mədəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, cavabdehin apellyasiya şikayətinin əsasassız olduğunu bildirərək, özlərinin apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-342/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsinin qismən – mübahisələndirilən hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-342/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın qismən təmiin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan 19 iyun 2013-cü il tarixli, №02L000010347 saylı kredit xətti müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000 ABŞ dolları məbləğində, 120 ay müddətinə kredit xətti açır, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz tərkib hissəsi olan ödəniş planın uyğun banka qaytarmağı öz öhdəsinə götürür. 19.06.2013-cü il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh3 ilə İddiaçı QSC arasında №02S000020836 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 19.06.2013-cü il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh2 ilə İddiaçı QSC arasında №02S000020837 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 16.01.2015-ci il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh5 ilə İddiaçı QSC arasında №002S**********02 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyəyt daşıyır. 16.01.2015-ci il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh4 ilə İddiaçı QSC arasında №002S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyəyt daşıyır. İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 19 iyun 2013-cü il tarixli № 02L000010347 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 16.01.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşmasına əsasən bank məbləği 20000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2,25 % olmaqla, 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesabanmış faizlərlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. 16.01.2015-ci il tarixli ödəniş planına əsasən 002R********** saylı kredit müqaviləsi üzrə aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ilkin ödəniş tarixi 16 yanvar 2015-ci il, sonuncu ödəniş tarixi 16 yanvar 2017-ci il olaraq müəyyən edilmişdir. Ödəniş planı bankın nümayəndəsi və müştəri Cavabdeh1 tərəfindən imzalanmışdır. Bank ilə kredit alan Cavabdeh1 arasında bağlanan 12.03.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********S sazişə əsasən bank ilə kredit alan arasında 19 iyun 2013-cü il tarixli 02L000010347 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixdə bağlanmış 002R********** saylı Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 16 yanvar 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 12 mart 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan, kredit razılaşması ilə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. 12.03.2015-ci il tarixli ödəniş planına əsasən 002R150166424 saylı kredit müqaviləsi üzrə aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ilkin ödəniş tarixi 12 mart 2015-ci il, sonuncu ödəniş tarixi 18 dekabr 2017-ci il olaraq müəyyən edilmişdir. Ödəniş planı bankın nümayəndəsi və müştəri Cavabdeh1 tərəfindən imzalanmışdır. Bank ilə kredit alan Cavabdeh1 arasında bağlanan 18.12.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********SC saylı sazişə əsasən Bank ilə kreditalan arasında 19 iyun 2013-cü il tarixli 02L000010347 saylı Kredit Müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məblğinə 18 dekabr 2017-ci il tarixdən aylıq 1,1667% dərəcəsi ilə faizlər hesablanır. Kredit alan bu sazişə əlavə olunan 18 dekabr 2017-ci il tarixli ödəniş planına uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Sazişin 9-cu bəndinə əsasən kredit alanın ödəniş planı üzrə gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 844,35 ABŞ dolları məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. 18.12.2017-ci il tarixli saziş əsasında verilən ödəniş planına əsasən 02L000010347 saylı kredit xətti müqaviləsi, 002R********** saylı kredit razılaşması üzrə aylıq faiz dərəcəsi 1,1667 %, aylıq ödəniş 150 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 18 yanvar 2018-ci il, sonuncu ödəniş tarixi 18 yanvar 2019-cu il olaraq müəyyən edilmişdir. Gecikməyə görə gündəlik cərimə kredit qalığının 0,1 % miqdarında müəyyən edilmişdir. Ödəniş planı bankın nümayəndəsi və müştəri Cavabdeh1 tərəfindən imzalanmışdır. 18 dekabr 2017-ci il tarixli restrukturizasiyaya əsasən restrukturizasiya məbləği 10961,84 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı bankın nümayəndəsi və müştəri Cavabdeh1 tərəfindən imzalanmışdır. İddiaçı QSC tərəfindən verilən maliyyə arayışından görünür ki, 02.03.2020-ci il tarixinə Cavabdeh1 9446,55 ABŞ dolları əsas, 7312,35 ABŞ dolları faiz, 5685,19 ABŞ dolları cərimə olmaqla, cəmi 22444,09 ABŞ dolları borcu vardır. 02.03.2020-ci il tarixli cavabdehlərin hər birinə ünvanlana xəbərdarlıq məktubundan görünür ki, borclulara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 04 noyabr 2020-ci il tarixli 16-044452020 saylı məktubundan görünür ki,məhkəmənin 20.10.2020-ci il tarixli, 2(001)3214/2020 saylı müraciətinə baxılmış və bildirilmişdir ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 19 iyun 2013-cü il tarixli və 16 yanvar 2015-ci il tarixli kredit müqavilələri ölkə başçısının 28 fevral tarixli 551 nömrəli fərmanının təsir dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli 9/5580 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları 16 yanvar 2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması, 12 mart 2015-ci il tarixli “Saziş” və 18 dekabr 2017-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 18 yanvar 2019-cu il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 15,262,36 ABŞ dolları məbləğində müəyyən edilir . Belə ki, əsas borc üzrə 9.311,48 ABŞ dolları, faiz borcu üzrə 5950,88 ABŞ dolları hesablanmışdır.30.04.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 19 iyun 2013-cü ildə 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində faiz dərəcəsi göstərilməyən kredit xətti müqaviləsi bağlanmışdır, bundan sonra kredit xətti müqaviləsinin təminatı kimi 19 iyun 2013-cü ildə Cavabdeh3 ilə, Cavabdeh2 ilə, kredit müqaviləsinin təminatı kimi isə 15 yanvar 2015-ci ildə isə Cavabdeh5 və Cavabdeh4 ilə borclunun qeyd edilən müqavilələrdən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixdə 20000 ABŞ dolları məbləğində 24 ay müddətinə aylıq 2,25 faizlə kredit razılaşması bağlanılmışdır. Həmin kredit razılaşmasına bir neçə dəfə əlavələr edildikdən sonra sonuncu dəfə 18 dekabr 2017-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında iddiaçı ilə Cavabdeh1 arasında Saziş bağlanılmışdır, müqavilənin müddəti 18 yanvar 2019-cu il tarixədək uzadılmışdır. Hal-hazırda iddiaçı cavabdehlərdən kredit razılaşması üzrə 9446,55 ABŞ dolları əsas, 7312,35 ABŞ dolları faiz borcu və 5685,19 ABŞ dolları cərimə borcu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Kredit razılaşması üzrə borcun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqati nəticəsinə əsasən Cavabdeh1 16 yanvar 2015-ci il tarixli, 002R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla banka olan borcu 18.01.2019-ci il tarixə əsas borc üzrə 9,311,48 ABŞ dolları, faiz borcu üzrə 5950,88 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspertiza tədqiqatının nəticəsinə uyğun olaraq müəyyən edilməlidir. Yəni Cavabdeh1 16 yanvar 2015-ci il tarixli, 002R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla banka olan borcu əsas borc üzrə 9.311,48 ABŞ dolları, faiz borcu üzrə 5950,88 ABŞ dolları məbləğində müəyyən edil Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 5685,19 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsində məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu endirilməli və 650 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Odur ki, 002R********** saylı, 16 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borc 9311,48 ABŞ dolları, faiz borcu 5950,88 ABŞ dolları, cərimə borcu isə 650 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kredit borcunun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutulması ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin:-470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) 31.05.2018-ci il tarixli qərarı ilə əsaslandırılmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsi hazırkı iş üzrə Plenumun istinad olunan qərarını tətbiq etməkdə haqlı olmamışdır və Plenumun "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" 11 oktyabr 2019-cu il tarixli Qərardadını nəzərə almamışdır. Belə ki, yuxarıda istinad olunan Qərardada əsasən "Plenumun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi İddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri 31.05.2018-ci il tarixindən əvvəl yaranmışdır.Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq 19.06.2013-cü il və 16.01.2015-ci il tarixlərində imzalanmışdır. Digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə iddiaçı arasında ayrı-ayrılıqda zaminlik müqavilələri müvafiq olaraq 19.06.2013-cü il və 16.01.2015-ci il tarixlərində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə İddiaçı iddia tələbi ilə 27.04.2020-ci il tarixində (iddia ərizəsinin məhkəməyə göndərilmə tarixi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Bakı şəhər Binəqədi Rayon Məhkəməsi Plenumun müvafiq qərarlarını hazırkı iş üzrə mübahisəyə tətbiq etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, ödənilməsi ABŞ dolları ilə razılaşdırılan borc məbləği ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, şikayətdə borcun məbləğinin düzgün hesablanmaması qeyd olunsa da, hansı ödənişin nəzərə alınmaması və ekspertiza rəyinin əsassızlığını şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İddiaçının apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-342/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin edilsin. 16.01.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 9311,48 (doqquz min üç yüz on bir dollar, qırx səkkiz sent) ABŞ dolları əsas, 5950,88 (beş min doqquz yüz əlli dollar, səksən səkkiz sent) ABŞ dolları faiz, 650 ABŞ (altı yüz əlli) dolları cərimə olmaqla, ümumilikdə 15912,36 (on beş min doqquz yüz on iki dollar, otuz altı sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsi üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar