Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7305/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2431/2011 saylı qərardadından iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(005)- 2431/2011 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı iləBakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(005)- 2431/2011 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qeyrimümkün hesab edilməsi və mülki işin şikayətin geri qaytarılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. Cavabdeh buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməsi, prosessual baxımdan müddətin ötürülməmiş hesab edilməsi qərara alınmışdır Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bankın nümayəndəsi tərəfindən müddətin bərpasına dair vəsatətin təmin edilməsinə etiraz edir fikri təhrif olunaraq etmir kimi qeyd olunmuşdur. Bank tərəfindən icra tədbirlərinin dayandırılması ilə əlaqədar Nərimanov rayon icra və probasiya şöbəsinə ünvanlanmış məktuba, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(005)-131/2011 nömrəli qətnaməsinin qanuni qüvvəsini almasına, qətnamənin qəbul olunmasından uzun müddətin keçməsinə hakim tərəfindən düzgün qiymət verilməmiş və lazımi qaydada araşdırmalar aparılmadan formal mülahizələrə əsaslanmaqla əsassız qərardad çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2431/2011 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, icra şöbəsi ilə bank arasında yazışmalardan məlum olur ki, cavabdehin məlumatı var. Məhkəmə iclasında Cavabdeh şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, bildiriş gəlməmişdi, ödənişləri edib, sonra vəziyyəti ilə əlaqədar ödənişlər dayandırıldı. Ünvan onun ünvanıdır, lakin imza onun deyil, bu yaxınlarda icra qurumundan çağırılmışdır, sonra da qətnaməni almışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmənin xx xxxx 2011-ci il tarixli qətnaməsi cavabdehin ünvanına göndərilsə də, qətnamənin rəsmi qaydada çatdırılmasına dair sənəd iş materiallarına əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin məcəllənin 360-cı madəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi öz qərardadında göstərmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(005)-2431/2011 nömrəli qətnaməsi xx.xx.2019-cu ildə Cavabdeh tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin 3373/11 saylı icra işi öyrənilən zaman Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(005)-2431/2011 nömrəli qətnaməsi üzrə xx.xx.2011-ci il tarixdə verilmiş icra sənədindən Cavabdeh məlumatsız olduğu müəyyən edilmişdir. Belə ki, qeyd edilən icraat materiallarında cavabdehin məlumatlı olmasına dair hər hansı hal aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 133, 360, 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 2431/2011 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-7305/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7305/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver