Məhkəmə qərarları › İş №2(103)-7307/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7307/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7307/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-393/2021 16 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 03.09.2015-ci il tarixli 70025050 saylı kredit müqaviləsinə əsasən 17471,79 ABŞ dolları əsas borc, 9243,52 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1358,37 ABŞ dolları faiz borcu, 426,32 ABŞ dolları cərimə borcu, cəmi 28500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitiin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh1 tutulacaq pul məbləği Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 65.000 (altmış beş min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin onu almış şəxsə təhvil verilməsi, Cavabdeh2 mənzil satıldıqdan 1 ay sonra mənzildən qeydiyyatdan çıxmazsa, onun istifadə hüquqlarının 10 təqvim günü müddətində məcburi qaydada itirilmiş hesab edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.471,79 ABŞ dolları əsas borc, 13.835,50 ABŞ dolları faiz borcu, 12.112,34 ABŞ dolları cərimə borcu və müqavilənin bitdiyi tarixdən 15.03.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1358,37 ABŞ dolları məbləğində borc olmaqla, cəmi 44778 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünanında yerləşən 12 saylı mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin yaşayış sahəsinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 03.09.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 22,5 faizdən çox olmamaq şərti ilə 36 ay müddətinə 18900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti 03.09.2018-ci il tarixdə bitmişdir. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzili 03.09.2015-ci il tarixli SİP 70025050 saylı ipoteka müqaviləsinə əsasən yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 03.09.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 15.03.2020-ci il tarixinədək Cavabdeh1 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 17.471,79 ABŞ dolları əsas borc, 13.835,50 ABŞ dolları faiz borcu, 12.112,34 ABŞ dolları cərimə borcu və müqavilənin bitdiyi tarixdən 15.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1358,37 ABŞ dolları məbləğində borc olmaqla, cəmi 44778 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 393/2021 16 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın əsas borcun tutulması hissəsində qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin 2(009)-393/2021 16 may 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.09.2015-ci il tarixli 70025050 No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22,5%-lə, 18.900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində İddiaçı ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh2 və “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış 03.09.2015-ci il tarixli 70025050 No-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış 03.09.2015-ci il tarixli 70025050 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 94 saylı evin 1 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak “FM Consulting” tərəfindən 03.09.2015-ci il tarixdə tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən 45.000 manat likvid dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya RX ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İşdə olan LPO İddiaçı ASC-nin tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 23.09.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən və həmin ərizə üzərində aparılmış qeyddən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş 29.09.2020-ci il tarixdə qeydiyyata alınmışdır. LPO İddiaçı ASC tərəfindən verilmiş 18.03.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15.03.2020-ci il tarixə əsas borcu 17.471,79 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış 13.835,50 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 12.112,34 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1358,37 ABŞ dolları borc, cəmi 44778 ABŞ dolları borcu var. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08.04.2021-ci il tarixli 9/1418 saylı rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 03.09.2015-ci il tarixli,70025050 No-li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 03.09.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 26.973,92 ABŞ dolları, o cümlədən əsas borc - 17.730,40 ABŞ dolları, faiz borcu – 9.243,52 ABŞ dolları müəyyən edilmiş, 15.03.2020-ci il tarixə (iddia tarixinə) 28.333,25 ABŞ dolları, o cümlədən əsas borc - 17.730,40 ABŞ dolları, faiz borcu – 9.243,52 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1.359,33 ABŞ dolları müəyyən edilmişdir. İşə əlavə edilmiş “X1” MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlak obyektinin hazırki dövrə olan orta bazar və likvid qiymətinin müəyyən edilməsinə dair 21.04.2021-ci il tarixli, 030/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 70.000 manat, likvid qiyməti 65.000 manat təşkil etmişdir. Göründüyü kimi, irəli sürülmüş tələbə əsasən iddiaçı Cavabdeh1 17471,79 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 13835,50 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi tarixdən 15.03.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1358,37 ABŞ dolları və 12112,34 ABŞ dolları cərimə borcu, cəmi 44778 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 17730,40 ABŞ dolları, faiz borcu 9243,52 ABŞ dolları və müqavilənin bitdiyi tarixdən 15.03.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1359,33 ABŞ dolları təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 17471,79 ABŞ dolları, faiz borcu kimi müqavilə müddətinin sonunadək hesablanmış 13835,50 ABŞ dolları, illik 5% müqavilə müddətindən sonrakı müddət üçün 1358,37 ABŞ dolları məbləğində pul tələb olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və illik 5 faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini əsas və illik 5 faiz borcunun tutulması hissəsində tam, həmçinin iddia tələbi 13835,50 ABŞ dolları məbləğində faiz borcun tutulması hissəsində qismən təmin edilməklə və cavabdehdən tutulmalı olan faiz borcu ekspert rəyi ilə müəyyən həddə, yəni 9243,52 ABŞ dolları məbləğində tutulmasını qət etməklə işə baxan birinci instansiya məhkəməsi haqlı olmuşdur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin tutulacaq borcun Cavabdeh2 mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı olduğundan həmin hissədə qətnamənin ləğvi üçün hüquqi əsaslar yoxdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki Göründüyü kimi, Cavabdeh1 müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İddiaçı ASC ilə onun arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində Cavabdeh2a məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin etirazı müqavilə üzrə hesablanmış borc məbləği ilə bağlıdır. Hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehdən tələb edilən əsas və faiz borcunu iş üzrə keçirilmiş ekspertiza rəyi ilə, eləcə də işin məhkəmə tərəfindən araşdırılan halları ilə əsaslı hesab edir. Məhkəmə tərəfindən müəyyən edilmiş 426,32 ABŞ dolları cərimə məbləğini də, məhkəmə kollegiyası əsas borca adekvat hesab edir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-393/2021 16 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar