Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-731/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehlər XXX Cavabdeh2 Əkbər oğlu və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(011)- 3497/2021 saylı qətnaməsindən XXX Cavabdeh2 Əkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(011)-3497/2021 saylı qətnaməsindən XXX Cavabdeh2 Əkbər oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 12 noyabr 2021-ci il tarixli, 2(103)-11416/2021 saylı qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab edilərək, icraata qəbul edilmişdir. (Hakimlər –İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsilə, Məhərrəmova Şeyda Ədalət qızından və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, ) Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363- VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra, MPM) edilmiş dəyişikliyin tələblərinə uyğun verilməmişdir.(Apellyasiya şikayəti 28.10.2021-ci il tarixdə verilmişdir.)Yəni, cavabdeh tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 10-1.3.-cü maddəsinin Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(011)- 3497/2021 saylı qətnaməsindən XXX Cavabdeh2 Əkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və həmin məhkəmənin 12 noyabr 2021-ci il tarixli, 2(103)-11416/2021 saylı qərardadı ləğv ləğv olunaraq apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-731/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-731/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver