Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7310/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1655/2021 saylı, 31.05.2021-ci iltarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 sentyabr 2011-ci il təvəllüdlü X10 və 14 dekabr 2012-ci il təvəllüdlü X1 üçün hər ay, hər bir uşağa 175 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barəsində qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 11 sentyabr 2010cu il tarixdə nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahdan 27 sentyabr 2011-ci il tarixdə qızları X10 və 14 dekabr 2012-ci il tarixdə digər qızları X11 doğulmuşdur.Münasibətlərinin yaxşı olmasına baxmayaraq cavabdeh onu aldadaraq notariat kontorunda etibarnaməyə imza etdirərək bildirmişdir ki, ipoteka ilə mənzil almaq üçün bunu edir, lakin o sonradan başa düşdü ki, cavabdeh ondan boşanaraq başqa bir qadınla ailə qurmuşdur. Qaradağ Rayon Məhkəməsinin 13 avqusi 2014-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarinda olan nikah pozulmuş və uşaqların İddiaçı yanında qalması qət edilmişdir. Nikahlarının ləğv olunmasına və iddiaçının 2014-cü ildən ailəsini atıb getməsinə baxmayaraq, iddiaçı uşaqlarının saxlanılması üçün heç bir yardım göstərməmiş, öz uşaqları ilə 2014-cü ildən bu günə kimi maraqlanmamış, valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı məcburiyyət qarşısında qalaraq Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların saxlanılması üçün aliment tələb etmişdir. Səbail rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli qətnaməsi ilə cəmi hər iki uşağın saxlanılması üçün 300 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra uşağın problemlərini özü və anası köməklik edərək həll etmişdir. Hazırki iqtisadi vəziyyət nəzərə alınaraq uşaqların saxlanılması üçün təyin edilən 300 manat kifayət deyil, eləcə də normal qidalanmaları üçün müəyyən məbləğdə vəsait tələb olunur. Özü işləmir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1655/2021 saylı, 31.05.2021-ci iltarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnaməni qanunsuz və əsassız hesab edilməklə qətnamənin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaradırAzərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 -ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.Bildirir ki, o, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan üç övladı var. Bundan əlavə qeyd edir ki, hal-hazırda geyim mağazasında satıcı işləyirə və 250 (iki yüz əlli) manat əməkhaqqı alır. Aldığım maaş dolanışığıma bəs eləmir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1655/2021 saylı, 31.05.2021-ci iltarixli qətnaməsi ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14 dekabr 2012-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27 sentyabr 2011-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 196001 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 16.10.2014-ci il tarixində ləğv edilmişdir. İş materiallarında olan apellyasiya şikayətinə əlavə olunmuş: AZ-İ 023002 nömrəli nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ikinci dəfə X6 ilə ailə qurmuş və bağlanmış nikah 26.01.2015-ci il tarixində rəsmiləşdirilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 16 fevral 2015-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27 aprel 2017-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 15 sentyabr 2020-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materiallarından görünür ki, cavabdeh geyim mağazasında satıcı işləyir və 250 (iki yüz əlli) manat əməkhaqqı alır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli 2(002)-1524/2021 saylı qətnaməsinin surətindən görünür ki, 14 dekabr 2012-ci il təvəllüdlü X5 və 27 sentyabr 2011-ci il tarixli X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 16.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa 150 (yüz) manat məbləğində olmaqla , cəmi 300 (üç yüz ) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə Kollegiyası hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 2 uşağının olması və yetkinlik yaşına çatmamış uşaqların anasının yanında qalması, həmçinin onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Kollegiya işin yuxarıda sadalanan hallarına və Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş, lakin sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübut olmasa da, 1-ci instansiya məhkəməsi alimentin miqdarını artırmışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli 2(002)-1524/2021 saylı qətnaməsinin surətindən görünür ki, 14 dekabr 2012-ci il təvəllüdlü X5 və 27 sentyabr 2011-ci il tarixli X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 16.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa 150 (yüz) manat məbləğində olmaqla , cəmi 300 (üç yüz ) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ikinci dəfə X6 ilə ailə qurmuş və bağlanmış nikah 26.01.2015-ci il tarixində rəsmiləşdirilmişdir.Bu nikahdan da üç övladı dünyaya gəlmiş, həmçinin cavabdeh geyim mağazasında satıcı işləyir və 250 (iki yüz əlli) manat əməkhaqqı alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1655/2021 saylı, 31.05.2021-ci iltarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7310/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7310/2021
08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver