Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7312/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-396/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borclu olduğu 12000 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o keçmiş kürəkəni Cavabdeh 2017-ci ilin avqust ayında ev almaq və təmir etmək məqsədilə 12000 manat məbləğində pul vermiş, bir müddət sonra Cavabdeh verdiyi pulu geri tələb etsə də, cavabdeh pulu qaytarmaqdan yayınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-396/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 8400 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tutarlı sübut olmadan yalnız iddiaçının yaxın qohumu olan iki şahidin ifadəsinə əsaslanmaqla iddianı qismən təmin etmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh izahatına əlavə olaraq bildirdi ki, iddiaçı onun keçmiş qaynatasıdır. O, iddiaçının qızı X4 ilə 2006-2018-ci illərdə rəsmi nikahda olmuş, 2018-ci ildə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra aralarında qərəzli münasibətlər yaranmış, Nuranə Mustafayeva məhkəmədə ona qarşı iddia qaldıraraq bir sıra əmlak tələbləri irəli sürmüşdür. Həmin işə baxılarkən Nuranə Mustafayeva guya atası tərəfindən evin alınması və təmiri üçün 12000 manat pul verdiyini bildirmiş, yekunda məhkəmə qətnaməsinə əsasən özbaşına tikili olan evin alınmasına görə çəkilmiş 15600 manat pulun ½ hissəsinin, yəni 7800 manat pulun ondan alınıb N.Mustafayevaya verilməsi qət olunmuşdur. Hal-hazırda isə N.Mustafayevanın atası İddiaçı eyni tələblə ona qarşı iddia qaldıraraq 12000 manat pulun alınıb ona verilməsini tələb edir. Halbuki, onun iddia etdiyi 12000 manat pul əvvəlki məhkəmə qətnaməsində nəzərə alınmışdır. Buna görə də məhkəmədən qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 396/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında qohumluq əlaqəsi olduğu dövrdə onlar şifahi formada borc müqaviləsi bağlamışlar. Həmin müqavilə əsasında iddiaçı 8400 manat məbləğində pulu Cavabdeh borc verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh borcunu qaytarmamaqla öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi şahid ifadələrinə əsaslanmaqla, eyni zamanda cavabdehlə iddiaçı arasında qohumluq əlaqələri olduğuna görə borc müqaviləsinin şifahi formada bağlanmasını əsas gətirməklə iddia tələbini qismən təmin etmişdir. Halbuki iddiaçının iddia etdiyi borc məbləği 12000 manat olduğuna görə Mülki Məcəllənin yuxarıda qeyd olunan normasının tələbinə əsasən borc müqaviləsi yazılı şəkildə bağlanmalı idi. Tərəflər arasında belə bir yazılı müqavilə olmadığına və bu zaman iddia tələbinin sübuta yetirilməsi üçün şahid ifadələrinə yol verilmədiyinə görə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin olması sübuta yetmir. İş materiallarında olan iddiaçı X1 cavabdehlər Cavabdeh və X2 qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(010)-3978/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Nuranə Mustafayeva izahatında Cavabdehla nikahda olduğu dövrdə Maarif Məmmədov adlı şəxsdən ev aldıqlarını, ev təmirsiz olduğuna görə atasından 12000 manat məbləğində borc aldığını, həmin pulun 4700 manat hissəsini atası ilə birlikdə Maarif Məmmədova verdiklərini, qalan 7300 manat pulun isə evin təmiri üçün atası tərəfindən Cavabdeh verildiyini göstərmişdir. Məhkəmə qətnaməsinə əsasən özbaşına tikili olan həmin evin alınmasına sərf olunmuş 15600 manat pulun yarısının, yəni 7800 manat pulun Cavabdeh alınıb Nuranə Mustafayevaya verilməsi qət olunmuşdur. Qətnamənin məzmunundan görünür ki, Nuranə Mustafayevanın atasından borc kimi aldığı 12000 manat pul evin alınmasına sərf olunmuş 15600 manat pulun bir hissəsi olmuşdur. Beləliklə, Nuranə Mustafayeva izahatında 12000 manat pulun Cavabdeh tərəfindən yox, özü tərəfindən atasından borc alınmasını göstərmişdir. Hazırkı iş üzrə məhkəmədə şahid qismində dindirilmiş iddiaçının qohumu X7 və tanışı X3 ifadələrində İddiaçı tərəfindən onların yanında kürəkəni Cavabdeh evin təmiri üçün 8400 manat məbləğində pul verildiyini göstərmişlər. Göründüyü kimi, adı çəkilən şahidlər də iddiaçı tərəfindən cavabdehə evin təmiri məqsədilə pul verildiyini göstərmişlər. İş materiallarında olan ziddiyyətlər araşdırılarkən müəyyən edilmişdir ki, Nuranə Mustafayeva atasından borc aldığı 12000 manat pulun 7300 manat hissəsinin evin təmiri üçün Cavabdeh verildiyini göstərdiyi halda, hazırkı iş üzrə şahidlər iddiaçı tərəfindən cavabdehə onların yanında 8400 manat pulun verilməsini bildirmişlər. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli olduğu halda, birinci instansiya məhkəməsi işin faktiki hallarını ətraflı araşdırmadan iddianı qismən təmin etmiş, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası MPM-in 385-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia rədd edildiyindən və apellyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-396/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7312/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7312/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver