Məhkəmə qərarları › İş №2(103)-732/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-732/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-732/2020 21.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X1, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-4579/2019 saylı qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli UM-26/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 92/14 saylı əlavə kredit müqaviləsinə əsasən borc alana 60 ay müddətinə xx.xx.2019-cu il tarixədək illik 16,5 % ödəmək şərti ilə 550000 ABŞ dolları; xx.xx.2015-ci il tarixli 01UBBP/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borc alana 24 ay müddətinə xx.xx.2017-ci il tarixədək illik 25 % ödəmək şərti ilə 15000 manat; xx.xx.2015-ci il tarixli 161UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən borc alana 36 ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 21 % ödəmək şərti ilə 200000 manat məbləğində kreditlər verilmişdir (xx.xx.2012-ci il tarixli UM-26/12 saylı əsas kredit müqaviləsinə edilmiş xx.xx.2014-cü il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan kredit müqaviləsinin məbləği ******* manat, kreditin bitmə tarixi isə xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir). Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli Umi- 26/12 saylı ipoteka müqaviləsinə və ona əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli sazişə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi (120 saylı mağaza) və Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi (12 saylı mağaza) «xxxx» KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixlərdə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq «xxxx» KB ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh xx.xx.2016-cı il tarixə borcu: - xx.xx.2014-cü il tarixli 92/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 342730 ABŞ dolları 82 sent, faiz üzrə 47678 ABŞ dolları 74 sent olmaqla, cəmi 390409 ABŞ dolları 56 sent; - xx.xx.2015-ci il tarixli 01UBBP/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14999 manat 05 qəpik, faiz üzrə 1782 manat 83 qəpik olmaqla, cəmi 16781 manat 88 qəpik; - xx.xx.2015-ci il tarixli 161UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 200000 manat, faiz üzrə 36517 manat 57 qəpik, cərimə üzrə 57235 manat 15 qəpik olmaqla, cəmi 293752 manat 72 qəpik borc təşkil edir. xx.xx.2012-ci il tarixli UM-26/12 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi (120 saylı mağaza) və Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyriyaşayış sahəsi (12 saylı mağaza) «xxxx» KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2012-ci il tarixli Umi-26/12 saylı ipoteka müqaviləsinə və ona əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli sazişə əsasən əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi (120 saylı mağaza) və Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi (12 saylı mağaza) banka ipotekaya qoyulmuş və ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2014-cü il tarixli sazişin 3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (120 saylı mağazanın) ilkin satış qiyməti 429.500 manat və Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (12 saylı mağazanın) ilkin satış qiyməti 170500 manat məbləğində qiymətləndirilmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)- 4579/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı «xxxx» KB ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli UM-26/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: - xx.xx.2014-cü il tarixli 92/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 339150 ABŞ dolları 56 sent, faiz üzrə 47782 ABŞ dolları 55 sent olmaqla, cəmi 386933 ABŞ dolları 11 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla; - xx.xx.2015-ci il tarixli 01UBBP/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14999 manat 05 qəpik, faiz üzrə 1782 manat 83 qəpik olmaqla, cəmi 16781 manat 88 qəpik; - xx.xx.2015-ci il tarixli 161UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 200000 manat, faiz üzrə 36517 manat 57 qəpik, cərimə üzrə 5000 manat olmaqla, cəmi 241517 manat 57 qəpik borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetləri olan – Cavabdeh mülkiyyətindəki Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə (120 saylı mağazaya) və Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə (12 saylı mağazaya) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlakların ilkin satış qiymətinin müvafiq olaraq 460000 manat və 200000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin «xxxx» KB ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, həmin əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh həmin qeyri-yaşayış sahələrindən çıxarılması və həmin əmlakların boşaldılması, məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 145 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilib faiz məbləğlərinin düzgün hesablanaraq azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, kredit müqaviləsindən də göründüyü kimi o, uzun müddət kreditin əsas hissəsini və faizləri ödəmişdir. Lakin buna baxmayaraq iddiaçı tərəf onun əvvəlki ödədiyi məbləğləri nəzərə almadan faiz borcunu şişirtmiş, məhkəmə isə iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli UM-26/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: - xx.xx.2014-cü il tarixli 92/14 saylı əlavə kredit müqaviləsinə əsasən borc alana 60 ay müddətinə xx.xx.2019-cu il tarixədək illik 16,5 % ödəmək şərti ilə 550000 ABŞ dolları; - xx.xx.2015-ci il tarixli 01UBBP/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borc alana 24 ay müddətinə xx.xx.2017-ci il tarixədək illik 25 % ödəmək şərti ilə 15000 manat; - xx.xx.2015-ci il tarixli 161UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən borc alana 36 ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 21 % ödəmək şərti ilə 200000 manat məbləğində kreditlər verilmişdir (xx.xx.2012-ci il tarixli UM- 26/12 saylı əsas kredit müqaviləsinə edilmiş xx.xx.2014-cü il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan kredit müqaviləsinin məbləği ******* manat, kreditin bitmə tarixi isə xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir). xx.xx.2016-cı il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixə - xx.xx.2014-cü il tarixli 92/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 342730 ABŞ dolları 82 sent, faiz üzrə 47678 ABŞ dolları 74 sent olmaqla, cəmi 390409 ABŞ dolları 56 sent; - xx.xx.2015-ci il tarixli 01UBBP/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14999 manat 05 qəpik, faiz üzrə 1782 manat 83 qəpik olmaqla, cəmi 16781 manat 88 qəpik; - xx.xx.2015-ci il tarixli 161UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 200000 manat, faiz üzrə 36517 manat 57 qəpik, cərimə üzrə 57235 manat 15 qəpik olmaqla, cəmi 293752 manat 72 qəpik borcu olması qeyd olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-2203/2017 saylı qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 6891 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən «xxxx» KB ASC-dən istifadə edilmiş kredit vəsaitləri üzrə ödənilməli olan borc məbləği xx.xx.2014-cü il tarixli 92/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 339150 ABŞ dolları 56 sent, faiz üzrə 47782 ABŞ dolları 55 sent, xx.xx.2015-ci il tarixli 01UBBP/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 14999 manat 05 qəpik, faiz üzrə 1782 manat 83 qəpik, xx.xx.2015ci il tarixli 161UB/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 200000 manat, faiz üzrə 36517 manat 57 qəpik kimi müəyyən edilmişdir. Məhkmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasındakı münasibəti öhdəlik hüququndan irəli gələn münasibətlər çərçivəsində qiymətləndirmişdir. Belə ki, Cavabdeh «xxxx» KB ASC-dən kredit müqavilələri əsasında kredit məbləğləri almış, ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İpoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi üçün «xxxx» MMC-nin rəyləri alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin faktiki hallarından görünür ki, borclu kreditor qarşısında borc öhdəliyini lazımınca lazımınca icra etməmişdir. Buna görə də bank borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbində haqlıdır. İş materiallarında olan ipoteka müqaviləsindən və ipoteka müqaviləsi üzrə əlavə sazişdən görünür ki, Cavabdeh kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini (120 saylı mağazanı) və Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyriyaşayış sahəsini (12 saylı mağazanı) banka ipotekaya qoymuşdur. Müqavilə şərtlərinə əsasən həmin qeyri-yaşayış sahələri müvafiq olaraq 429500 manat və 170500 manat dəyərində qiymətləndirilmişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasına dair «xxxx» MMC-nin xx.xx.2017-ci il tarixli rəylərindən (qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabatlardan) görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (120 saylımağazanın) 0,1571 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 460000 manat; Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (12 saylı mağazanın) 0,1571 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 200000 manat təşkil edir. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Apelyator şikayətində faiz məbləğini mübahisələndirmiş, iddiaçı bank tərəfindən faiz məbləğlərinin şişirdilməsi və faiz məbləğindən ödənişlər etdiyini bildirsə də, şikayətinə heç bir sübut əlavə etməmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hətta birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tənasübsüz dərəcədə hesablanmış dəbbə pulunu da borclunun əmlak mənafelərini nəzərə alaraq azaltmışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)- 4579/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar