Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7332/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X10 qarşı aliment miqdarının artırılması və alimentin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1203/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Səbail rayon Məhkəməsinin qətnaməsi ilə övladlarının saxlanması üçün 100 manat aliment pulunun artırılaraq hər uşaq üçün 170 manat və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün 170 manat, X4 və X5 mütəmadi olaraq müalicə aldıqlarına görə (Mələk - ensefalopatiya psixometor oyanıqlığı, Zeynəb - uşaq nevrozu) müalicə xərclərinin ödənməsi üçün hər uşağa görə 50 manat vəsait tutularaq, ümumilikdə 650 manat ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Səbail rayon Məhkəməsinin qərarı ilə xx.xx.2008-ci ildə bağlanmış olan 310 No-li aktla qeydə alınmış rəsmi nikahları pozulmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı uşaqları dünyaya gəlmişlər. xx.xx.2013-cü ildə Səbail rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı qətnaməsi ilə Quliyev Əlimehdi və Quluzadə Zeynəb üçün hər uşağa 100 manat məbləğində aliment tutulmuşdur. O zaman sonuncu övladı xx.xx.2017-ci il təvəllüdlü Quluzadə Mələk hələ dünyaya gəlməmişdir. Belə ki, onlar Cavabdehlə xx.xx.2013-cü ildə boşanmışlar. xx.xx.2018-ci ildə yenidən cavabdehlə barışaraq nikaha girmişlər. Bu nikahdan sonra 3-cü övladı X12 günyaya gəlmişdir. Qısa müddət sonra cavabdehlə münasibətləri yenidən pozulmuşdur. Belə ki, cavabdeh ailədə dözülməz şərait yaradır, uşaqlarına və ona heç bir qayğı göstərmir və ona mütəmadi olaraq xəyanət edirdi. Cavabdeh uzun müddətdir ki, onları atıb gedib və başqa qadınla yaşayır. 2014-cü ildə alimentin artırımlası barədə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aliment məbləği hər uşaq üçün 130 manatadək artırılmışdır. Cavabdehlə 2015-ci ildən sonra münasibətləri bir qədər normallaşmış, fasilələrlə bir yerdə yaşamışlar. Uzun müddətdir ki, aliment almır, alimentlə bağlı icra sənədi icra məmurunun icraatındadır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1203/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)-1556/2014 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılması və hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin artırılması ilə bağlı Cavabdeh 340 (üç yüz qırx) manat məbləğində pulun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması, həmçinin, Cavabdeh xx xxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin bu hissədə dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1203/2020 saylı qətnaməsinin alimentin artırılması hissəsində ləğv edilməsini və İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Səbail rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 100 manat aliment pulunun artırılaraq hər uşaq üçün 170 manat tutulması tələbi əsassız olduğu üçün iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, onun rəsmi gəliri yoxdur. Özü harda iş olsa, işləyir ki, dolanacağı və alimenti ödəməyə pulu olsun. Hesab edir ki, Səbail rayon Məhkəməsinin qətnaməsi alimentin artırılması hissəsində əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və iş üzrə alimentin artırılmasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi onun iştirakı olmadan qətnamə qəbul edərkən, onun ailə və maddi vəziyyətində baş verən dəyişiklikləri nəzərə almamış, onsuzda aşağı olan həyat şəraitimi daha da ağırlaşdırmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin alimentin artırılması hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin alimentin artırılması ilə bağlı hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Quliyev Əlimehdi xx.xx.2009-cu ildə Suriyanın Bəbilə şəhərində anadan olmuş, atası Cavabdeh, anası Rzayeva Əfsanədir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada kserosurətindən görünür ki, X11 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X8r. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X13 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnamənin surətindən görünür ki, X14 ilə Cavabdeh arasında Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış və 310 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 anaları X6 yanında qalmasının müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 100 manat sabit pul məbləğində, ümumilikdə isə 200 manat aliment tutularaq iddiaçı X9 verilməsi, alimentin tutulması xx.xx.2013-cü il tarixdən hesablanması qət edilmişdir. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018- ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1659 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)-1566/2014 saylı qətnaməsi ilə Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilən aliment miqdarı dəyişdirilmiş və Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləği şəklində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə tibbi sənədlərdən görünür ki, Quluzadə Zeynəb M.Ə.Əfəndiyev adına 2 No-li şəhər Klinik Xəstəxanasında həkim-nevropatoloq tərəfindən müayinə olunmuş, Quliyeva Mələk “X21” MMC-də həkim-nevropatoloq tərəfindən müayinə olunmuş,müayinə zamanı ensefalopatiya psixometor oyanıqlığı diaqnozu qoyulmuşdur. Beləliklə, hazırki halda mübahisələndirilən hissə iddia tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Kollegiya qeyd edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən olunduğu halda, məhkəmə qətnaməsi ilə hər uşağa görə 130 manat alimentin tutulması hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir və bu uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edib, alimentin miqdarını hər uşağa görə 170 manat məbləğində artıraraq, düzgün qərar qəbul etməklə, ədalətli nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş materiallarında onun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunması ilə bağlı poçt qəbzləri mövcuddur. Beləliklə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli,2(009)- 1203/2020 saylı qətnaməsi mübahisələndirilən- alimentin artırılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7332/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7332/2020
07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver