Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7332/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarajın boşaldılaraq təhvil verilməsi və ödənilməyən aylıq icarə haqqının ödənilməsi” tələbinə dair dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-485/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh qarşılıqlı İddiaçı qarşı “qarajın boşaldılaraq təhvil verilməsi və ödənilməyən aylıq icarə haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-485/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh 4944,20 (dörd min doqquz yüz qırx dörd manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1600 (min altı yüz) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yeləşən 20 kv.m. sahəsi olan qarajdan çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və ilkin iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinin tələbinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından görünür ki, apellyasiya şikayəti ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən imzalanmışdır. Lakin nümayəndənin adına verilmiş 14 sentyabr 2020-ci il tarixli etibarnamədə (iş v. 14) onun məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyəti göstərilməmişdir. Həmin etibarnamədə nümayəndənin cavabdehin adından ərizə vermək səlahiyyətində olması göstərilsə də, bu səlahiyyət MPM-nin 74-cü maddəsinin tələbləri baxımından məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyəti özündə ehtiva etmir. Çünki qeyd edilən prosessual norma müzakirə edilən səlahiyyətin nümayəndəyə verilən etibarnamədə xüsusi qaydada, yəni ayrıca, aşkar və aydın şəkildə qeyd olunmasını tələb edir. Odur ki, qeyd edilən vəziyyəti nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti, ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçının adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə MPM-nin 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsaapellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qarajın boşaldılaraq təhvil verilməsi və ödənilməyən aylıq icarə haqqının ödənilməsi” tələbinə dair dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-485/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıdıqdan sonra, yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7332/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7332/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver