Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7334/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Rəhimov Cövdət Əlibala oğluna qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi ziyanın ödənilməsi) Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçınə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçınə qarşı “cərimə borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Bənəqdi Rayon Məhkəməsinin 2(001)-280/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İşin hallarından görünür ki, Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə AKX-027557802-2021 saylı, 08 .02.2021-ci il tarixli müqaviləyə əsasən, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanmışdır.
2. İş materiallarında olan, İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli və ******* saylı, xx.xx.2020-ci il tarixli aktların surətlərindən görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir..
3. İş materiallarında olan, abonentin saldosundan görünür ki, Cavabdeh (abonent kodu: **********00040) tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borcu, 2020-ci il üçün qalıq borcu 2836,80 manat təşkil edir. 2021-ci il üçün isə ödənilən cəmi məbləğ 31 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı İB-nə vurulmuş 2805,80 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2.835,80 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı İB iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə təbii qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanaraq, ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edilmiş və qeyd olunan ünvana **********00040 nömrəli abonent kodu verilmişdir. Cavabdeh onunla bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin və “X4”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və yerindəcə aktlaşdırmaqla rəsmiləşdirilmişdir. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdehin sayğacdan kənar qanunsuz qoşulma etməklə təbii qazı talaması ilə əlaqədar İddiaçı İB-nə 2.836,80 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh həmin məbləğdən cəmi 31 manat ödəniş etmiş və 2.805,80 manat borcu qalmaqdadır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2.805,80 manat pul məbləğinin könüllü olaraq ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin, borc ödənilməmiş bu səbəbdən də, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçınə qarşı “cərimə borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı İB tərəfindən əsassız yazılmış 2.863 manat borcun silinməsi, dəymiş 350 manat maddi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı İB-nə qaz çəkilişi və qaz sayğacının qoyulması ilə bağlı müraciət etmişdir. Bundan sonra ona Namiq adlı şəxs zəng edərək, sayğacın qoyulacağını bildirərək pul və sənədləri istəmişdir. O,dənizdə olduğundan, həyat yoldaşı vasitəsilə Fərid adlı taksi sürücüsünə pul və sənədləri verərək Namiq adlı şəxsə çatdırmışdır. Namiq adlı şəxs 10-15 günə sayğacın qoyulacağını bildirmişdir. Lakin o, 28 gün sonra işdən qayıtdıqdan sonra sayğacın qoyulmadığını görmüş və Namiqlə əlaqə saxlamışdır. Sonuncu ona pandemiya ilə əlaqədar sayğacın gec gələcəyini bildirmiş, yaranmış problemin həlli üçün qaz xəttini birbaşa qoşacaqlarını bildirmişlər. O, bununla bağlı 185 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Yaşayış sahəsinə sayğac qoyulmadığından o, Namiqdən pulunu geri istəmiş, sonuncu ona iş yerini dəyişdiyini, pulu Elçin adlı ərazi satış mühəndisinə verdiyini və onu gözləməsini xahiş etmişdir. 1-2 ay sonra Elçin adlı şəxs ona zəng edərək qanunsuz qaz xəttinin olduğunu bildirmişdir. O, vəziyyəti ona izah etdikdən sonra o, Namiqlə danışdığını və narahat olmamasını bildirmişdir. Daha sonra Namiq onunla əlaqə saxlayaraq, Elçin adlı şəxsə 50 manat verəcəyini bildirirək, ondan pulu almış və sayğac quraşdırılacağını bildirmişdir. 1 ay sonra Namiq ona zəng edərək, Elçinin və istismar mühəndisinin yenidən pul istədiyini bildirmişdir. O, etiraz etmiş və sayğac quraşdırılmasını tələb etmişdir. Bu zaman Elçin onun ünvanına 450-500 manat cərimə yazacaqlaırnı bildirmişlər. Bundan sonra onlar arasında mübahisə düşmüş, Cavabdeh aidiyyatı üzrə qurumları hadisə ilə bağlı şikayətlər ünvanlamışdır. 2021-ci ilin yanvar ayında o, sayğac qoyulması ilə əlaqədar Asan Xidmətə müraciət edərək, ona 2.863 manat cərimə borcunun olduğunu bildirmişlər. Evin ümumi ərazisinin 28 kv.m olduğunu qeyd edərək, həmin mənzilə 2.863 manat borcun yazılmasının qeyri-mümkün olmasını bildirmişdir. Bununla bağlı o, qaynar xəttə və İddiaçı İB rəhbərliyinə şikayət etmiş, lakin şikayəti nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5608/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı “cərimə borcun silinməsi və s.” tələbinə dair mülki iş, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işlə birlikdə baxılması üçün bir icraata birləşdirilməsi qərara alınmışdır.
9. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən xx.xx.2021-ci il tarixdə Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən mənzilə sayğac qoşulduğunu və həmin sayğın qoşulması üçün 350 manat məbləğində ödəniş etdiyini bildirərək, tələbin yalnız əsassız yazılmış 2.863 manat borcun silinməsi hissəsində müdafiə etdiyini bildirmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-280/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova), İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” nə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, Cavabdeh İddiaçınə qarşı “cərimə borcunun silinməsi”nə dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2.805,80 (iki min səkkiz yüz beş manat səksən qəpik) manat məbləğində borcun (cərimə) silinməsi, iş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertiza tədqiqatının dəyərini təşkil edən 204 (iki yüz dörd) (hər iki ekspertiza üzrə 102+102 manat) manat ekspertiza xərcinin İddiaçı İB-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov (Privağzal) küçəsində yerləşən (abonent kodu- **********00040) ünvanında qaz xəttinə baxış keçirilmiş, qaz xəttinin qeyri-qanuni yolla qoşulduğu müəyyən edilmiş və buna uyğun olaraq aktlar tərtib edilmişdir. Lakin həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən həmin xəttin qoşulub-qoşulmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi cavabdehin mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq borc hesablamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı İB-nin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
12. Həmçinin, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı İB-yə qarşı iddia tələbinə münasibətdə hesab etmişdir ki, iddiaçının iddiası qismən əsaslıdır, buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı İB istehlakçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona ziyan hesablamışdır. Göründüyü kimi istehlakçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək İddiaçı İB-nin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, Cavabdeh iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Qanunun 13-cü “X4”nın 1.3, 4.2, 4.8, 4.9, 5.2, 5.6-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir.
15. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı İB-yi apelyasiya şikayətində qətnamənin qismən - İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” nə dair iddia tələbinin təmin edilməməsi hissəsində və Cavabdeh İddiaçı İB-nə qarşı “cərimə borcunun silinməsi”nə dair iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsini, İddiaçı İBnin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” nə dair iddia tələbinin təmin edilməsini, Cavabdeh İddiaçı İB-nə qarşı “cərimə borcunun silinməsi”nə dair iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı İB-nin apelyasiya şikayətində göstərilmişdir ki, iddialarının rədd edildiyi və qarşı tərəfin iddiasının təmin edildiyi hissədə qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin təqsirini sübuta yetirmədən ona borc hesablamış və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin (qazın paylanması) 8-ci bəndinə istinad etmişdir. Həmin dövrdə Cavabdeh ünvanında sayğac olmamış, o, təbii qazdan sayğacsız, qazın alqısatqısı barədə müqavilə olmadan qeyri-qanuni şəkildə istifadə edilmişdir. Məhkəmə iclası zamanı bu halı Cavabdeh izahatında qeyd etsə də qətnamədə bununla bağlı hər hansı bir qeyd yoxdur. Aktların yazıldığı tarixdə yaradılmış komissiya tərəfindən mütəmadı reydlər keçirilmişdir. Araşdırma zamanı Cavabdeh tərəfindən dəfələrlə qaz xəttinə müdaxilə etmələri, xəttə özbaşına qoşularaq təbii qazdan qeyri-qanuni istifadə etmə hallarının baş verdiyi müşahidə olunmuşdur. İlk sayğac xx.xx.2021-ci il tarixdə quraşdırılmış, “Sayğacın çıxarılması, quraşdırlması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmiş, həmin aktda Cavabdeh da imza edərək sayğacı istismara qəbul etdiyini təsdiq etmişdir. Cavabdeh iddia ərizəsində qeyd olunan, onun ünvanına əvvəlcə işlənmiş sayğac, sonra isə yeni sayğac quraşdırılması ilə bağlı fikirlərinin heç bir əsası yoxdur. Aktlara əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi qeyri-qanuni, sayğacdan kənar, müqavilə bağlamadan, küçə qaz xəttinə qoşulma həyata keçirilmiş, Cavabdeh da məhkəmədə izahatında həmin yerin obyekt kimi icarəyə verdiyini, Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatda olduğunu etiraf etmiş, lakin, işin adiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatətləri təmin edilməmişdir. Aktların yazılması üçün yeganə əsas qeydiyyatsız şəkildə sayğacdankənar təbii qazdan istifadə edilməsi olmuşdur. Ekspertin rəyi məhkəmədə tədqiq olunmalı olduğu və digər sübutlarla yanaşı qiymətləndirilməli olduğu halda, fotoşəkillər, saldo, müqavilənin bağlanma tarixi və sayğacın ilk dəfə quraşdırılması tarixi nəzərə alınmamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri:
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Qətnamədən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı İB-yi apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
23. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
25. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
26. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
27. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nm və qaz paylayıcısmm sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
28. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
29. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
30. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
31. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
32. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).
33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqısatqı müqaviləsinə görə cavabdeh iddiaçını təbii qazla təmin etməli, iddiaçı isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə cavabdehə ödəməlidir.
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı İB istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli və ******* saylı, xx.xx.2020-ci il tarixli aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, cavabdeh tərəfindən həmin aktlar əsasında Cavabdeh tələb olunan borcun yaranma səbəbi sübuta yetirilməmişdir. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər cavabdehdən tutula bilməz.
47. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh İddiaçı İB ******* saylı, xx.xx.2020-ci il tarixli aktın tərtib edilməsindən sonrakı müddət ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmasını sübut edə bilməmişdir.
48. Həmçinin məhkəmə kollegiyası İddiaçı İB-nin apelyasiya şikayətinin Cavabdeh təbii qazdan sayğacsız, qazın alqı-satqısı barədə müqavilə olmadan qeyri-qanuni şəkildə istifadə etməsi, məhkəmə iclası zamanı bu halı Cavabdeh izahatında qeyd etsə də qətnamədə bununla bağlı hər hansı bir qeydin olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, İddiaçı İB-nin nümayəndəsinin mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə iclas protokolu ilə tanış olub protokola qeyd vermək hüququ olsada, bu hüququndan istifadə etməmişdir. Odur ki, apelyasiya şikayətinin bu dəlili əsassız hesab edilir.
49. Məhkəmə kollegiyası İddiaçı İB-nin apelyasiya şikayətinin Cavabdeh tərəfindən dəfələrlə qaz xəttinə müdaxilə etməsi, xəttə özbaşına qoşularaq təbii qazdan qeyri-qanuni istifadə etməsi hallarının baş verdiyi barədə dəlilinə qiymət verərək qeyd edir ki, əgər belə hallar mövcud idisə İddiaçı İB-yi tərəfindən bu halların qarşısının alınması ilə bağlı səlahiyyəti çərçivəsində tədbirlər görməli hüquq mühafizə orqanlarına müraciət edilməli idi. Odur ki, apelyasiya şikayətinin bu dəlili də əsassız hesab edilir.
50. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlillərini əsassız hesab edir.
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı İB-nin apelyasiya şikayətində qeyd etdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, həmçinin apelyasiya şikayətində göstərilən digər dəlillər də qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
52. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
53. Azərbaycan Rеspublikası MPM-nin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
54. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda İddiaçı İB-nin mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 2.835,80 (iki min səkkiz yüz otuz beş manat səksən qəpik (2.805,80 manat cərimə, 30 manat dövlət rüsumu)) manat təşkil edir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.3, 382, 384.0.2, 392, 393, 402 və 406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bənəqdi Rayon Məhkəməsinin 2(001)-280/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.