Məhkəmə qərarları › İş №2(103)-7342/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7342/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7342/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məhəmməd oğlunun katibliyi ilə, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1376,33 manat əsas borc, 51,82 manat faiz borcu və 66,90 manat məbləğində cərimə olmaqla, cəmi 1495,05 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “X1” ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin həmin qətnaməsindən xx xxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində apellyasiya verdiyi qətnamə xx xxx 2020-ci il tarixdə qeyd edildiyi kimi ona verilməmişdir, hətta verilsə belə ölkədə yayılmış pandemiya təhlükəsi ilə bağlı məhkəmələrin tam gücü ilə işləməsinə xx xxxxxx 2020-ci il tarixdən icazə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası tərrəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3.-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Poçt xəbərnaməsindən müəyyən olunur ki, Cavabdeh məhkəmə aktını rəsmi qaydada xx.xx.2020-ci il tarixdə rəsmi qaydada almış, apelyasiya şikayətini isə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim etmişdir. Bununla da Cavabdeh apelyasiya şikayəti vermək üçün qanunla müəyyən olunan 1 (bir) ay müddəti ötürmüşdür. Şikayətin digər dəlili ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Republikası Ali Məhkəmənin Plenumunun xx xxxx 2020-ci il tarixli 05 saylı Qərarının 3-cü bəndinə əsasən Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apelyasiya və kassasiya şikayətlərini poşt vasitəsi ilə və ya elektron şəkildə göndərilmələri tövsiyyə edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2020 saylı xx.xx.2020-ci saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar