Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7353/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)-31/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış binası-qarajın Cavabdeh MMC tərəfindən sökülməsi nəticəsində dəymiş 25 000 (iyirmi beş min) manat məbləğində maddi zərərin əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46- 46A saylı binanın həyətində yerləşən ünumi sahəsi 18 kv.m olan qeyri-yaşayış binası - qaraj Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 10.12.2013-cü il tarixində verilmiş texniki pasport əsasında İddiaçı mülkiyyətindədir. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış binası - qaraj "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülməklə qəsdən məhv edilmişdir. Sözügedən qarajın dəyəri 25000 (iyirmi beş min) manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC İddiaçı vurulmuş 25 000 maddi zərərin əvəzini ödəməmiş və əksinə İddiaçı və onun ailə üzvlərinin həmin əraziyə giriş-çıxışı qadağan olunmuşdur. Qeyd olunan xüsusatlarla bağlı tərəflərindən Nizami Rayon Polis İdarəsinə və Nizami Rayon Prokurorluğuna müraciət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı cənab Rüfət Bünyatzadənin 05 may 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, FVS-İnşaat MMC tərəfindən qarajın sökülməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)-31/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" MMC-dən X2 xeyrinə 24.500,00 (iyirmi dörd min beş yüz) manat məbləğində vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X5 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsunun əvəzi "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMC-nin direktoru X8 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-31/2021 saylı iş üzrə 23.02.2021-ci il tarixli qətnaməsininin qismən – “FVS-inşaat MMC-dən İddiaçı xeyrinə 24.500, 00 manat məbləğində vəsait tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, sözügedən qətnamə əsassız və qanunsuz hesab edilərək qismən - iddianın təmin edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, iddiaçı özünə məxsus Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m. olan qeyri-yaşayış binası-qarajın "xxxx" MMC tərəfindən sökülməsi nəticəsində ona dəymiş 25000 manat məbləğində maddi zərərin ödənilməsini tələb etmişdir. Məhkəmənin iddia tələbinin qismən təmin etməsi üçün əsası "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli LP- 105/19 nömrəli qiymətləndirmə hesabatı olmuşdur. Həmin hesabatdan görünür ki, mübahisəli qarajın 2015-ci il tarixinə olan bazar qiyməti 24.500 manat təşkil etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş maddi zərərin həcmi müəyyənləşdirilərkən qiymətləndiricinin rəyi nəzərə alınmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qətnaməsi ilə mübahisəli qarajın nə zaman söküldüyünün müəyyən edilməməsinə baxmayaraq, məhkəmə nədənsə 2015-ci il tarixinə olan bazar qiymətini nəzərə almışdır. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, qaraj çox baha qiymətləndirilmişdir. Belə ki, mübahisəli qarajın yerləşdiyi ərazidə digər eyni həcmdə olan qarajlara görə bazar qiyməti 4000-5000 manat arası təşkil edir. Daha sonra, məhkəmə "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli LP-105/19 nömrəli qiymətləndirmə hesabatını sübut kimi qəbul etmişdir. Hesab edirlər ki, qarajın real qiyməti barəsində "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli LP-105/19 nömrəli qiymətləndirmə hesabatı sübut növü deyildir. Məhkəmə, "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli LP-105/19 nömrəl qiymətləndirmə hesabatı ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etməli və həmin ekspertizanın rəyinə əsasən sökülmüş qarajın real dəyərini müəyyən etməli idi ki, bunu etməmiş, eləcə də cavabdehin müvafiq ekspertiza keçirilməsi barədə vəsatətini təmin etməmişdir. Bundan əlavə, qarajın iddiaçının mülkiyyətində olması da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iş materiallarında sözügedən qarajla bağlı dövlət reyestrindən çıxarış deyil, yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən 10.12.2013-cü il tarixdə verilmiş texniki pasport mövcuddur. Texniki pasport isə dövlət reyestrindən çıxarışdan fərqli olaraq əmlakın mülkiyyət hüququ əsasında kimə məxsus olmasını deyil, texniki göstəricilərini əks etdirən sənəddir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Lakin məhkəmə bu xüsusata diqqət verməyərək, iddiaçının mübahisəli qaraja dair cavabdehə qarşı bu kimi iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik ollub-olmamasını araşdırmamışdır. Görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsi sözügedən mülki işə baxılması zamanı sübutlların qiymətləndirilməsinə qeyriobyektiv, iddiaçının mövqeyini saxlamaqla birtərəfli yanaşmış və nəticədə əsassız və qeyri-qanuni qətnamə qəbul etmişdir. Ona görə də həmin qətnamə qismən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – “FVS-inşaat MMC-dən İddiaçı xeyrinə 24.500, 00 manat məbləğində vəsait tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti başçısının 15 aprel 2014cü il tarixli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən iki mərtəbəli binaların sökülüb yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasıda Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsi tərəfindən 10 dekabr 2013-cü il tarixdə tərtib olunaraq təsdiq edilmiş texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46- 46A saylı binanın həyətində yerləşən qeyri-yaşayış binası haqqında aşağıdakı qaydada qeyd edilmişdir: mərtəbəsi: 1, adı: qaraj, tikildiyi il: 1991, tikinti altı sahə: 18.0 kv.m., hüquq subyekti İddiaçıdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 may 2018-ci il tarixli Qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş İddiaçı dəymiş maddi ziyanın ödənilməsi tələbi mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilməsi qərara alınmışdır. İş materiallaraında olan qarajı alan Fəxrəddin Novruzov, tikintinin direktoru Malik Cəfərov, iş icraçısı Suliddin Bağırov, 25 P.B-nin əməkdaşı Elçin Abdullayev və qonşu Bahadur Hacıyev tərəfindən tərtib edilərək imzalanmış 21 aprel 2015-ci il tarixli Aktın surətindən görünür ki, X1 alınmış, sökülməsi vacib olan ancaq sahibi Rusiyada olduğu üçün sökə bilmədikləri qarajı açmış və içində olanları siyahıya almışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli, 2(103)-3948/2018 nömrəli qərardadına əsasən, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(007)-1908/2017 qətnaməsi ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qaytarılmaqla, iddianın baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallaraında olan məhkəmənin qərardadı əsasında Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış binası-qarajının qiymətləndirilməsi aparılmışdır, "xxxx" MMCnin 28 iyun 2019-cu il tarixli LP-105/19 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış binası-qarajının 2015-ci il tarixə bazar dəyəri 24.500 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının sahibliyində və istifadəsində olan qaraj cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı, eyni zamanda hər hansı dövlət və ya ictimai ehtiyac olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır. Cavabdeh tərəf mübahisəli qarjın onun ərazisinə düşməməsini və onun tərəfindən sökülməməsini və ya kompensayia verilməsini məhkəmədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərlə Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış binası-qarajın iddiaçının qanuni sahibliyində və istifadəsində olduğu, həmin əmlakın ədalətli dəyəri ödənilmədən, əsassız olaraq sökülməsinə görə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğu müəyyən edilir. Məhkəmə kollegiyası həmin zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış binası-qarajının qiymətləndirilməsi aparılmışdır. "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli LP105/19 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış binası-qarajının 2015-ci il tarixə bazar dəyəri 24.500 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vurulmuş maddi zərərin həcmi müəyyənləşdiriərkən qiymətləndiricinin rəyi nəzərə alınmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMCdən X3 xeyrinə 24.500,00 (iyirmi dörd min beş yüz) manat məbləğində vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X6 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsunun əvəzi "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh şikayətində istinad etmişdir ki, məhkəmənin iddia tələbinin qismən təmin etməsi üçün əsası "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli LP-105/19 nömrəli qiymətləndirmə hesabatı olmuşdur.Məhkəmə qətnaməsi ilə mübahisəli qarajın nə zaman söküldüyünün müəyyən edilməməsinə baxmayaraq, məhkəmə nədənsə 2015-ci il tarixinə olan bazar qiymətini nəzərə almışdır.Bununla bağlı Kollegiya qeyd edir ki, iş materiallarında olan yuxarıda qeyd edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 may 2018-ci il tarixli Qərarın surətindən, iş materiallaraında olan qarajı alan Fəxrəddin Novruzov, tikintinin direktoru (Malik Cəfərov (Cavabdeh MMC-nin direktoru X8 apellyasiya şikayəti vermişdir), iş icraçısı Suliddin Bağırov, 25 P.B-nin əməkdaşı Elçin Abdullayev və qonşu Bahadur Hacıyev tərəfindən tərtib edilərək imzalanmış 21 aprel 2015-ci il tarixli Aktın surətindən və iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli, 2(103)-3948/2018 nömrəli qərardadına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus qaraj 2015-ci il də sökülmüşdür. Bundan əlavə, apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, qaraj çox baha qiymətləndirilmişdir. Belə ki, mübahisəli qarajın yerləşdiyi ərazidə digər eyni həcmdə olan qarajlara görə bazar qiyməti 4000-5000 manat arası təşkil edir. Daha sonra, məhkəmə "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli LP-105/19 nömrəli qiymətləndirmə hesabatını sübut kimi qəbul etmişdir. Hesab edirlər ki, qarajın real qiyməti barəsində "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli LP-105/19 nömrəli qiymətləndirmə hesabatı sübut növü deyildir. Məhkəmə, "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli LP- 105/19 nömrəl qiymətləndirmə hesabatı ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etməli və həmin ekspertizanın rəyinə əsasən sökülmüş qarajın real dəyərini müəyyən etməli idi ki, bunu etməmiş, eləcə də cavabdehin müvafiq ekspertiza keçirilməsi barədə vəsatətini təmin etməmişdir. Kollegiya şikayətdə göstərilən bu dəlillərlə bağlı isə qeyd edir ki, cavabdeh mübahisəli qarajın yerləşdiyi ərazidə digər eyni həcmdə olan qarajlara görə bazar qiyməti 4000-5000 manat arası təşkil etməsini qeyd etsə də bunu təsdiq edəcək sübut təqdim etməmiş, LEGAL PRİME" MMC-nin 28 iyun 2019-cu il tarixli LP-105/19 nömrəli qiymətləndirmə hesabatını şübhə altına alacaq hər hansı əsaslı dəlillərə istinad etməmişdir. Bundan əlavə, Kollegiya qeyd edir ki, qarajın iddiaçıya məxsus olmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən 10.12.2013-cü il tarixdə verilmiş texniki pasportun mövcudluğu təsdiq etməsinə baxmayaraq, iddiaçının mübahisəli qaraja dair cavabdehə qarşı bu kimi iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmaması barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)-31/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7353/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7353/2021
20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver