Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7359/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 159/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Mercedes Benz 240” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 5129 manat məbləğində dəymiş ziyanın, 1504,50 manat məbləğində avtomobil icarə haqqının, 1000 manat məbləğində vəkil xərcinin, 96,33 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 və "xxxx" Sığorta Şirkəti ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 240” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 4144 manat məbləğində dəymiş ziyan, 1504,50 manat məbləğində avtomobilicarə haqqı, 500 manat məbləğində vəkil xərci, 96,33 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesaba) köçürülməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin e-2(006)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (şikayətin prosessual müddətin ötürülməklə verilməsi əsası ilə). Qeyd olunan qərardaddan xx.xx.2023-cü il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili Məmiyev X4 Məhkəmə İnformasiya sistemi vasitəsi ilə şikayət verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6063/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir (şikayatin səlahiyyəti olmayn şəxs tərəfindən imzalanması əsası ilə). Bundan sonra, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəkili tərəfindən verilmiş həmin şikayət qaytarılmışdır. Cavabdehin vəkili Vəkil2 tərəfindən təkrarən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış, apellyasiya şikayət qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən həmin qərardaddan şikayət verilmiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın Birinci instansiya məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə Cavabdeh1 Sadiq oğlunun nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bununla da, məhkəmə qətnaməsi barədə cavabdeh tərəf məlumatlandırılmışdır. Şikayətlər də məhz həmin nümayəndə (vəkil) tərəfindən, sonuncunun elektron kabineti vasitəsi ilə verilmişdir. Eyni zamanda müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair sübutlar təqdim olunmamışdır. Belə olan halda, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti üzrsüz olaraq buraxılmışdır. Hazırda da cavabdeh tərəf prosessual müddətin hər hansı üzürlü səbəbə görə buraxılmasını bildirmir. Müddətin bərpası üçün əsas kimi qətnamənin təqdim edilmədiyini göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd etməyi zəruri hesab edir ki, qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsinin və vəkilinin şəxsi elektron kabinetinə yerləşdirilmiş, bununla da qətnamə cavabdeh tərəfə rəsmi qaydada təqdim edilmiş sayılmışdır. Qətnamədən qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən, 02 may 2023-cü il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. Cavabdeh qətnaməni təkrarən 20 iyul 2023-cü il tarixdə alsa da, bu hal vəziyyəti dəyişdirmir. Çünki, müvafiq prosessual müddətin axımı məhz qətnamənin cavabdeh tərəfin aldığı xx.xx.2023-cü il tarixdən hesablanmağa başlamışdır. Belə ki, MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsində müddətin keçməsinin konkret üzrlü səbəblərini göstərməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız qətnaməni almamasına, nümayəndəsinin onu məlumatlandırmamasına, qətnaməni sonradan əldə etməsinə əsaslanmışdır ki, bu hallar da prosessual müddətlərin bərpası institutunun mahiyyəti ilə uzlaşmır. Yəni, əgər şəxs həqiqətən məhkəmə icraatından və qətnamədən ümumiyyətlə məlumatlı olmamışsa, o zaman müddətin bərpasına dair ərizə verməsinə də zərurət olmazdı. Cavabdeh ərizə verməklə bir tərəfdən müddəti ötürməsini təsdiq edir, digər tərəfdən isə əks mövqe sərgiləyir. İşdən isə müddətin ötürülməməsi halı müəyyən edilmir (həmçinin, işdən də görünür ki, şikayətlər məhz iddiaçının qətnaməni almış nümayəndəsi və vəkili tərəfindən verilmişdir). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün prosessual əsaslar yoxdur. Cavabdehin irəli sürdüyü dəlillər ərizənin təmini üçün qanuni əsas təşkil edə bilməz. Belə olan halda, məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, qərardad qanuni və əsaslıdır. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 159/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-159/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7359/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7359/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver