Məhkəmə qərarları › İş №2(103)-7361/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7361/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7361/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-82/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı-nin xeyrinə 17 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6637,21 ABŞ dolları əsas, 5410,06 ABŞ dolları faiz, 386,13 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 17.04.2018-ci il tarixdən 14.11.2019-cu il tarixdədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 577,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13010,45 (on üç min on) ABŞ dolları borcun və 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən, 3 otaqlı, 63.88 kv.m ümumi, 37.58 kv.m yaşayış, 26.3 kv.m yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən, 3 aqlı, 63.88 kv.m ümumi, 37.58 kv.m yaşayış, 26.3 kv.m yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən, 3 otaqlı, 63.88 kv.m ümumi, 37.58 kv.m yaşayış, 26.3 kv.m yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən, 3 otaqlı, 63.88 kv.mm ümumi, 37.58 kv.m yaşayış, 26.3 kv.m yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 17 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı-nin “10 saylı” filialından illik 26%-lə 36 ay müddətinə 14000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən, 3 otaqlı, 63.88 kv.m ümumi, 37.58 kv.m yaşayış, 26.3 kv.m yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzili 2015- ci il 17 aprel tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 17 aprel tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-ci il noyabrın 05-dək Cavabdeh 2015-ci il 17 aprel tarixli kredit müqaviləsi üzrə banka 6637.21 ABŞ dolları əsas, 5410.06 ABŞ dolları faiz, 386.13 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 12433.4 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 14 noyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh 17 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6637.21 ABŞ dolları əsas, 5410.06 ABŞ dolları faiz, 386.13 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 17.04.2018-ci il tarixdən 14.11.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 577.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13010.45 ABŞ dolları borcu vardır. 17 aprel 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Daha sonra, iddiaçı Bank məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Cavabdeh İddiaçı-nin xeyrinə 17 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 2925,11 ABŞ dolları əsas, 5410,06 ABŞ dolları faiz, 793,65 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 17.04.2018-ci il tarixdən 02.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 781,10 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9909,92 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən, 3 otaqlı, 63.88 kv.m ümumi, 37.58 kv.m yaşayış, 26.3 kv.m yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən, 3 otaqlı, 63.88 kv.m ümumi, 37.58 kv.m yaşayış, 26.3 kv.m yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən, 3 otaqlı, 63.88 kv.m ümumi, 37.58 kv.m yaşayış, 26.3 kv.m yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən, 3 otaqlı, 63.88 kv.m ümumi, 37.58 kv.m yaşayış, 26.3 kv.m yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdi.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(002)-196/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 17.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 0 ABŞ dolları əsas borc, kredit müqaviləsi müddəti üçün hesablanmış 2606.04 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 812.40 ABŞ dolları borc, cəmi 3518.44 ABŞ dolları (üç min beş yüz on səkkiz dollar qırx dörd sent) məbləğində öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) xeyrinə tutulması, Tutma Cavabdeh mükiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən 3 otaqlı, 63.88 m2 ümumi, 37.58 m2 yaşayış, 26.3 m2 yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 48500 (qırx səkkiz min beş yüz) manat məbləğində müəyyən edilməklə mənzil həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) mövcud borc həcmində ödəniş edilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılması, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh mənzildən çıxarılması, mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının cəmi xərci olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba ödənilməsi qət edilmişdir. (Sədrlik edən: Səlimə Miriyeva)

5. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-82/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri:

6. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə, həmçinin ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar cavabdehin faiz və cərimə borcunun məbləğləri düzgün müəyyən edilməmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsi MPM-in və MM-in müxtəlif maddələrinə istinad edilərək, formal mülahizələrə əsasən göstərilən normaları düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir.

7. Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki,Suraxanı Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(010)-83/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi və bu barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Tərəflərə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Sübutların tədqiqi:

9. İddiaçı və Cavabdeh arasında bağlanmış 17.04.2015-ci il tarixli, 22-G1-1-0-145-15 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə, 26%-lə 14000 ABŞ dolları məbləğində kredit verilməsi, Borcalan tərəfindən kredit məbləği və ondan istifadə üzrə faizlər, eləcə də müvafiq olaraq hesablanan dəbbə pulunu kredit müqaviləsi üzrə göstərilən valyutada ödəməyi öhdəsinə götürmüşdür. 10.22-G1-1-0-145-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş, 17.05.2015 – 17.04.2018-ci il tarixləri arasında aylıq 564.07 ABŞ dolları (sonuncu ay 563.98 ABŞ dolları) məbləğində pul ödənilməsi müəyyən edilmişdir.

11. İddiaçı və Cavabdeh arasında bağlanmış 17.04.2015-ci il tarixli, 22-G1-1-0-145-15 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borclu arasında bağlanılmış 17.04.2015-ci il tarixli, 22-G1-1-0-145-15 nömrəli əsas kredit müqaviləsinə əsasən 14000 ABŞ dolları məbləğdə 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: ünvan 1 ünvanında yerləşən 63.88 m2 sahəli, 3 otaqdan ibarət olan mənzil. 12.İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 08.10.2019- cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, borc vaxtında ödənilmədiyinə görə ipoteka predmetinə tutma yönəldilməyə başlanılması ilə bağlı borcluya məlumat verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 08.10.2019- cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bank tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə məlumat verilərək borc ödənməyəcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq edilmişdir. 13."xxxx" ASC tərəfindən verilmiş 12.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 12.04.2021-ci il tarixə 0 ABŞ dolları əsas, kreditin bitmə tarixinə 5410.06 ABŞ dolları faiz, 856.3 ABŞ dolları cərimə və əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 812.4 ABŞ dolları borcu vardır. 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli, 9/4194 nömrəli rəydən görünür ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 17.04.2015-ci il tarixli, 22-G1-1-0-145-15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı-yə müqavilə müddətinin bitmə tarixinə, yəni 17.04.2018-ci il tarixə əsas borc üzrə 11262.95 ABŞ dolları, faiz borcu üzrə 2606.04 ABŞ dolları; iddia tələbinin tarixinə, yəni 02.09.2020-ci il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 11262.95 ABŞ dolları, faiz borcu üzrə 2606.04 ABŞ dolları borcu vardır.

15. "xxxx" MMC tərəfindən verilmiş 13.10.2020-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 57000 (əlli yeddi min) manat, likvid dəyəri isə 48500 (qırx səkkiz min beş yüz) manat təşkil edir Hüquqi dəyərləndirmə: 16.Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ("xxxx" ASC) və Cavabdeh arasında bağlanmış 17.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 26%-lə 14000 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, öhdəliyin icrasının təmini məqsədilə bankla Cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinə əsasən, tərəflər bu müqavilə ilə müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Lakin borcalan Cavabdeh müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı banka borcu yaranmışdır. 17.Kollegiya hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. 18.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 19.6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 20.14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 23.Həmin Məcəllənin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 25.Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 27.Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 28.Kollegiys hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyi lazımınca icra etməmiş, nəticədə iddiaçı banka borcu yaranmışdır ki, iddiaçı haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə kollegiyası iddiaçı bank tərəfindən tələb edilən borcun məbləği ilə razılaşmır. Belə ki, bank tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu – 12.04.2021-ci il tarixinə olan maliyyə arayışında Cavabdeh banka olan borcu 0 ABŞ dolları əsas, kreditin bitmə tarixinə 5410.06 ABŞ dolları (beç min dörd yüz on dolar, 6 sent) faiz, 856.3 ABŞ dolları (səkkiz yüz əlli altı dollar üç sent) cərimə və əldən çıxmış fayda olaraq (kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca hesablanmış 5% (beş) 812.4 ABŞ dolları (səkkiz yüz on iki dollar, 40 sent) kimi qeyd edilmişdir. Lakin, iş üzrə verilmiş sonuncu - 02.09.2020-ci il tarixinə hesablanmış - ekspert rəyində Cavabdeh İddiaçı-yə müqavilə müddətinin bitmə tarixinə, yəni 17.04.2018- ci il tarixə əsas borc üzrə 11262.95 ABŞ dolları (on bir min iki yüz altmış iki dollar, doxsan beş sent), faiz borcu üzrə 2606.04 (iki min altı yüz altı dollar, 4 sent) ABŞ dolları; iddia tələbinin tarixinə, yəni 02.09.2020-ci il tarixə illik 5%(beş) hesablanmaqla əsas borc üzrə 11262.95 ABŞ dolları (on bir min iki yüz altmış iki dollar, doxsan beş sent), faiz borcu üzrə 2606.04 ABŞ dolları borcu olduğu qeyd edilmişdir. 29.Kollegiya qeyd edir ki, rəyin illik 5% (beş) olmaqla hesablanmış faiz borcu hissəsində texniki səhvə yol verilmişdir. Belə ki, rəyin tədqiqat prosesinin təsviri hissəsində olan cədvəldən görünür ki, 02.09.2020-ci il tarixə illik 5% (beş) hesablanmaqla faiz borcu 813.71 ABŞ dolları (səkkiz yüz on üç dolar yetmiş bir sent) kimi hesablanmışdır. Nəticə hissədə isə müqavilə müddəti üzrə hesablanmış faiz (2606.04 ABŞ dolları) eynilə müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz bəndinə köçürülmüşdür. Bu səbəbdən rəyin həmin hissəsi texniki səhv kimi qəbul edilməlidir. Göründüyü kimi, iddiaçı bank cavabdeh tərəfindən edilmiş ödənişlərin əsas borca hesablandığını, bu səbəbdən ödənilməli olan əsas borc qalmadığını, lakin 5410.06 ABŞ dolları (beş min dörd yüz on dollar, altı sent) faiz borcu olduğunu iddia edir. Bankın iddia etdiyindən fərqli olaraq Bankın təqdim etdiyi hesabdan çıxarış məlumatları əsasında ekspert tərəfindən verilmiş rəyin tədqiqat hissəsində olan cədvəldən isə bunun əksi görünür. Belə ki, həmin cədvəldə məhz Bankın verdiyi hesabdan çıxarış məlumatları əsasında cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş bütün ödənişlər, bu ödənişlərin nə qədərinin əsas, nə qədərinin faiz borcuna hesablandığı göstərilmişdir. Bu cədvəldən müəyyən edilir ki, 13.05.2016-cı il tarixdən etibarən cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin heç biri əsas borca hesablanmamış, bütün ödənişlər faiz borcundan çıxılmış, nəticədə müqavilə müddətinin bitdiyi 17.04.2018-ci il tarixinə Borcalanın Banka 11262.95 ABŞ dolları əsas, 2606.04 ABŞ dolları faiz, müqavilə müddəti bitdiyi tarixdən sonra isə 11262.95 ABŞ dolları əsas (yenə heç bir ödəniş əsas borca çıxılmamışdır), 813.74 ABŞ dolları faiz borcu hesablanmışdır. Ümumilikdə, ekspert rəyində ödənilmiş 12347.80 ABŞ dolları məbləğində pul vəsaitinin cəmi 2737.05 ABŞ dolları hissəsinin əsas borca, 9610.75 ABŞ dollarının isə faiz borcuna silindiyi qeyd edilmişdir. İddiaçı Bank isə hər nə qədər bütün ödənişlərin əsas borcdan silindiyini qeyd etsə də təqdim etdiyi hesabdan çıxarış məlumatları əsasında verilmiş ekspert rəyində bunun əksi müəyyən edilmişdir. 30.Məhkəmə kollegiyası ümumən ekspertiza tərəfindən verilmiş rəylə razılaşır. Belə ki, rəydə göstərilən məbləğlər iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 17.04.2015-ci il tarixli, 22-G1-1-0-145-15 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə bu sahədə xüsusi biliyi olan ekspert tərəfindən hesablanmış, eləcə də cavabdeh tərəfindən ödənilmiş bütün ödənişlər, bu ödənişlərin nə qədərinin faiz, nə qədərinin əsas borca hesablandığı cədvəl şəklində açıq olaraq göstərilmişdir. Bu baxımdan məhkəmə ekspert rəyi ilə razılaşır. Lakin əsas borca münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı bank necə hesablamış olursa-olsun faktiki olaraq cavabdehdən heç bir əsas borc tələb etmir. Bu baxımdan məhkəmənin iddia tələbindən kənara çıxaraq cavabdehdən bankın xeyrinə hansısa məbləğdə əsas borc tutması yolverilməzdir. 31.Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kredit müqaviləsi müddətinə olan faiz borcuna münasibətdə isə məhkəmə ekspertiza rəyində göstərilən məbləği əsaslı hesab edir. Belə ki, artıq qeyd edildiyi kimi ekspertiza rəyində tədqiqat prosesi təfsilatı ilə göstərilmiş, cavabdeh tərəfindən həyata keçirilmiş bütün ödənişlərin əksər hissəsinin faiz borcuna hesablandığı, beləliklə, kredit müqaviləsinin bitmə tarixinə (17.04.2018) cavabdehin banka 2606.04 ABŞ dolları faiz borcu qaldığı müəyyən edilmişdir. Belə olan halda iddiaçı bank cavabdehdən artıq faiz borcu tələb edə bilməz. Odur ki, Cavabdeh müqavilə müddətinin bitmə tarixinə olan 2606.04 ABŞ dolları məbləğində faiz borcu tutularaq iddiaçı banka ödənilməlidir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 812.40 ABŞ dolları məbləğində faiz borcu tələb etmişdir. 32.Kollegiya hesab ki, iddia həmin hissədə təmin edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış borc müvafiq ekspert rəyində 813.71 ABŞ dolları kimi hesablansa da məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından iddia tələbində göstərilmiş məbləğ (812.40 ABŞ dolları) əsas götürülməlidir. 33.Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 34.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Tələb edilən dəbbə pulu ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 35.462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 36.463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. 37.467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 38.Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulunun məbləği (856.30 ABŞ dolları) borcun ödənilməsi ilə bağlı öhdəliyin icrasının təmini baxımından tənasübsüz surətdə yüksək məbləğdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilən normaların tələblərini nəzərə alaraq cərimə məbləğinin 100 ABŞ dolları məbləğində müəyyən ediməsini məqsədəuyğun hesab edir. 39.Beləliklə, kollegiya hesab edir ki, 17.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməyən Cavabdeh 0 ABŞ dolları əsas borc, kredit müqaviləsi müddəti üçün hesablanmış 2606.04 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 812.40 ABŞ dolları borc, cəmi 3518.44 ABŞ dolları (üç min beş yüz on səkkiz dollar qırx dörd sent) məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 40.Bundan başqa, kollegiya hesab edir ki, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Həmçinin, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalıdır. 41.Belə ki, Mülki Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, tərəflər arasında ipoteka müqaviləsi 2015-ci ildə bağlanmışdır və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 42.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 43.33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 44.34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 45.36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3-cü maddəsinə uyğun olaraq, 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 46.Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbi ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə kolegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmeti olan mənzilin həm bazar, həm də likvid qiyməti müəyyən edilmişdir. 47.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. 48.Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti əmlakın likvid qiymətinə uyğun olaraq 48500 (qırx səkkiz min beş yüz) manat məbləğində müəyyən edilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı-yə tutulacaq borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. 49.İpoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehin buradan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun mənzildən çıxarılaraq mənzilin boşaldılması hissəsində məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 50.59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 51.və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı işdən görünür ki, mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur və bu səbəbdən iddiaçı mənzildə yaşayan şəxsin mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin nəzərə alınmalıdır ki, hərracın nəticələri üzrə alıcının bank olacağı mütləq olmadığından boşaldılan mənzilin birbaşa Banka təhvil verilməsi müəyyən edilə bilməz. 52.Mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununda ipoteka qoyulmuş əmlakla bağlı istifadə hüququnun itirilməsi birbaşa nəzərdə tutulmadığından məhkəmə bu hissədə iddia tələbini təmin edilməməsi qənaətinə gəlir. Digər tərəfdən, tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 59.4-cü maddəsinin tələbinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. 53.Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu, eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. 54.Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı da Cavabdeh iddiaçı Bankın xeyrinə tutulmalıdır. 55.Həmçinin, iş materiallarından görünür ki, iş üzrə iki dəfə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizalarının dəyəri hər biri 100 manat olmaqla cəmi 200 manat məbləğindədir. Belə olan halda kollegiya hesab edir ki, müvafiq ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqana ödənilməlidir. Məhkəmə Kollgiyası bu hissədə qeyd edir ki, iş üzrə iki məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də verilmiş rəylərə ekspertiza xərci ilə bağlı heç bir hesabat əlavə edilmədiyindən məhkəmə bu ekspertizalara görə xərc tutulması məsələsinə münasibət bildirmir. 56.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 57.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 58.Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 59.Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 60.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 0 ABŞ dolları əsas borc, kredit müqaviləsi müddəti üçün hesablanmış 2606.04 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 812.40 ABŞ dolları borc, cəmi 3518.44 ABŞ dolları (üç min beş yüz on səkkiz dollar qırx dörd sent) məbləğində öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) xeyrinə tutulmalı, tutma Cavabdeh mükiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən 3 otaqlı, 63.88 m2 ümumi, 37.58 m2 yaşayış, 26.3 m2 yardımçı sahədən ibarət 45 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 48500 (qırx səkkiz min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı-yə mövcud borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalı, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh mənzildən çıxarılmalı, mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-82/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar