Məhkəmə qərarları › İş №2(103)-7362/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7362/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7362/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı X3 Cavabdeh Ramız oğluna qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair ilkin, iddiaçı Cavabdeh Ramız oğlunun cavabdeh X4 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli,14 noyabr 2023cü il tarixli qərardadından iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdehlər "xxxx" X2 və Cavabdeh Ramız oğluna qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəniş gününə manat məzənnəsi ilə 30000 ABŞ dolları məbləğində, "xxxx" MMC-dən isə 1827,5 AZN məbləğində pulun, vəkilin hüquqi yardımına görə çəkdiyi 300,00 AZN xərcin, iddianın verilməsi üçün tərəfindən ödənilmiş 250,00 AZN dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 ərizə təqdim edərək, "xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş və məhkəmənin qərardadına əsasən "xxxx" MMC cavabdehlər siyahısından çıxarılmışdır. Bununla yanaşı Cavabdeh Ramız oğlu iddiaçı X4 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödəniş gününə uyğun manatın məzənnəsi ilə 42000 ABŞ dolları məbləğində pul vəsaitinin və 305 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli,10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 13 noyabr 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 14 noyabr 2023-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Məhkəmə tərəfindən göstərilən normanın tələbi nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasında 08-12 noyabr 2023-cü il tarixləri, yəni ardıcıl olaraq 5 (beş) gün qeyri-iş günü olmuş, növbəti iş günü 13 noyabr 2023-cü il tarixdən başlamışdır. Göründüyü kimi, iş üzrə məhkəmə qətnaməsi xx.xx.2023cü il tarixdə elektron kabinetinə yerləşdirilmiş və həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla (MPM-nin 360-cı maddəsi) müəyyən edilmiş bir aylıq müddətin son günü, yəni xx.xx.2023-cü il tarixi qeyri-iş gününə düşmüşdür. Məhz bu səbəbdən, yəni yuxarıda göstərilən prosessual hüquq normasına rəğmən müddətin son günü sonrakı iş gününə, yəni xx.xx.2023-cü il tarixə düşmüş olur ki, həmin tarixdə də tərəfindən apellyasiya şikayəti verilmiş və göründüyü kimi müddət nəinki məhkəmənin qeyd etdiyi kimi 3 gün, heç bir gün də olsa ötürülməmişdir. Göstərilən qərardadda məhkəmə həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən qətnamədən verilmiş şikayətlər elektron kabinet vasitəsilə elektron qaydada verildiyi üçün tərəf istənilən zaman, həmçinin qeyri-iş günləri də şikayəti elektron sistemə yerləşdirmək imkanına malikdir. Buna görə də məhkəmə hesab etmişdir ki, tərəfin apellyasiya şikayətini verməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddətin sonu məhz qətnamənin onun elektron kabinetinə yerləşdirildiyi xx.xx.2023-cü il tarixdən 1 ay sonra, xx.xx.2023-cü il tarixdə qurtarmışdır. Məhkəmənin bu mövqeyi də yanlışdır. Belə ki, iş üzrə tərəflərin istənilən zaman, həmçinin qeyri-iş günləri də şikayəti elektron kabinetə yerləşdirmələrini məcburi edən imperativ xarakterli hər hansı bir norma mülki prosessual qanunvericiliyə əlavə edilməmişdir, yəni belə bir norma mövcud deyildir. Göründüyü kimi, məhkəmə qərardadı əsaslı və qanuni deyildir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həll edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəf qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddəti 3 (üç) gün ötürərək məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq, hazırkı apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olsa da, şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Tərəfin apellyasiya şikayətini verməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddətin sonu məhz qətnamənin onun elektron kabinetinə yerləşdirildiyi xx.xx.2023-cü il tarixdən 1 ay sonra, xx.xx.2023-cü il tarixdə qurtarmışdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan verilmiş şikayəti təmin etməyərək, eyni zamanda qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləyə əlavə olunmuş 10-1.3-cü maddə ilə artıq Mülki Prosessual Məcəllənin 129.2-ci maddəsində qeyd olunan norma şikayətlərin göndərilməsinə münasibətdə faktiki olaraq öz əhəmiyyətini itirdiyi, yəni tərəfin istənilən zaman, hətta qeyri-iş günləri də olsa şikayət verə bilmək imkanını məhdudlaşdırmadığı üçün hazırki hala tətbiq oluna bilməz. Buna görə də məhkəmə hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi həmin tarixdə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 isə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamədən apellyasiya şikayəti verilməsi üçün son günün 10 noyabr 2023-cü il tarix olması barədə gəldiyi nəticə düzgün olmamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Göründüyü kimi müddətin son günü qeyri-iş gününə təsadüf edərsə ondan sonrakı iş günü saat iyirmi dördə qədər edilməli prosessual hərəkət yerinə yetirə bilər. Hazırki işin faktiki hallarından da göründüyü kimi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 elektron kabinetinə həmin gün yerləşdirilmişdir. Qeyd olunan tarixdən 1 aylıq (Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər) prosessual müddətin son günü 10 noyabr 2023-cü il tarixə təsadüf etmişdir, lakin həmin gün qeyri-iş günü olmuşdur və ondan sonrakı iş günü 13 noyabr 2023-cü il tarixdir ki, iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 da 13 noyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə qətnamədən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən apelyasiya şikayəti vermək üçün nəzərdə tutulan 1 aylıq müddətin ötürülməsi barədə birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlməklə prosessual normaların tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi - Mülki Prosessual Məcəlləyə əlavə olunmuş 10-1.3-cü maddə ilə artıq Mülki Prosessual Məcəllənin 129.2-ci maddəsində qeyd olunan norma şikayətlərin göndərilməsinə münasibətdə faktiki olaraq öz əhəmiyyətini itirdiyi, yəni tərəfin istənilən zaman, hətta qeyri-iş günləri də olsa şikayət verə bilmək imkanını məhdudlaşdırmadığı üçün hazırki hala tətbiq oluna bilməz kimi yanlış nəticəyə gəlməklə prosessual normanın tələblərini pozmaqda davam etmişdir. Çünki prosessual müddətlərin qurtarması ilə bağlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129-cu maddəsi hazırki vəziyyətdə qüvvədə olmaqla, həmin maddənin qüvvədən düşməsi müəyyən edilmir. Belə olan halda isə birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləyə əlavə olunmuş 10-1.3-cü maddəsinə istinad edərək, həmin məcəllənin 129-cu maddəsinin əhəmiyyətini itirməsi barədə mövqeyi və bu mövqe ilə əsaslandırılmış nəticəsi düzgün olmamışdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iş üzrə tərəflərin istənilən zaman, həmçinin qeyri-iş günləri də şikayəti elektron kabinetə yerləşdirmələrini məcburi edən imperativ xarakterli hər hansı bir norma mülki prosessual qanunvericiliyə əlavə edilməmişdir, belə olan halda prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müddətin son günü qeyri-iş gününə düşdüyü təqdirdə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunmalıdır. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli,14 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1924/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddət ötürülməmiş hesab edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həll edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddət ötürülməmiş hesab edilsin. Apellyasiya şikayətinin mümkünlüyün yoxlanılması üçün hazırki mülki iş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar