Məhkəmə qərarları › İş №2(103)-7364/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7364/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7364/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-877/2020 saylı qətnaməsindən apellyasiya şkayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdeh X5 tərəfindən verilən şikayət ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(010)- 877/2020 saylı qətnaməsinə əsasən, cavabdeh X2 11500 manat və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(010)- 877/2020 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti, eləcə də cavabdeh X6 tərəfindən 06 aprel 2021-ci il tarixdə bilavasitə Bakı Apelyasiya Məhkəməsinə təqdim etdiyi və həmin Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 362- 364-cü maddələrinin tələblərinə riayət edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş apellyasiya şikayəti geri qaytarılmış və qeyd olunan qərardadlarla sonuncuya buraxılmış müddətin bərpa edilməsi üçün müvafiq qaydada vəsatət verilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Cavabdeh X6 “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, vəsatətini onunla əsaslandırmışdır ki, 24 fevral 2021-ci il tarixdə poçt vasitəsilə alsa da, həyacanlı olaraq stress keçirmiş, lakin özünə gəldikdən sonra 25 fevral 2021-ci il tarixdə apellyasiya şikayəti üçün dövlət rüsumunu ödəmiş və 25 fevral 2021-ci il tarixdə apellyasiya şikayətini məhkəməyə göndərmişdir. Belə olan halda Bakı şəhər Suraxanı rayon məhkəməsinin 06 noyabr 2020ci il tarixli 2(010)-877/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddəti bərpa edib verilmiş apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-877/2020 saylı, 06.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa eilməsinə dair cavabdeh X3 ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Apellyasiya baxışı zamanı İddiaçı cavabdeh X6 tərəfindən verilmiş ərizənin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-877/2020 saylı, 06.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(010)-877/2020 saylı qətnaməsi poçt vasitəsi ilə cavabdeh X3 ünvanına göndərilmiş və o, 24 dekabr 2020-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməni imzalayaraq, həmin qətnaməni rəsmi qaydada almışdır. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində apellyasiya şikayəti verilməli olmasına baxmayaraq, qətnamədən verilən hazırkı şikayət 05 aprel 2021-ci ildə Suraxanı rayon məhkəməsinin icraatına daxil olmuşdur. Lakin, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin buraxılmasına baxmayaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti ilə birlikdə məhkəməyə buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsi üçün vəsatət verilməmiş və buraxılan müddətin üzürlü olmasını təsdiq edən sübutlar (sənədlər) məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onlar verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-877/2020 saylı, 06.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar