Məhkəmə qərarları › İş №2(103)-7366/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7366/2022

07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7366/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh Bakı şəhəri 9 saylı Vəkil Bürosunun rəhbəri Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1544/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri 9 saylı Vəkil Bürosu tərəfindən vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında hüquqi yardım göstərilməsi üçün 686 və 687 saylı müqavilələr bağlanmışdır. xx.xx.2021-ci il tarixli BPM**********55 №-li mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Cavabdeh2 hesabına vəkil xidməti üçün 1500 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli BPM**********09 №-li mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Cavabdeh2 hesabına vəkil xidməti üçün 1500 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhəri 9 saylı Vəkil Bürosu və həmin büronun vəkili Cavabdeh2 tərəfindən aralarında heç bir rəsmi sənəd olmadan aldanılaraq mənimsədikləri 3.500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 55 manat olmaqla, ümumilikdə 3.555 manat pulun iddiaçı olaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların Gəncə Apellyasiya Məhkəməsində mülk məsələləri var idi və həmin işlə əlaqəli Ali Məhkəməyə kassasiya şikayəti verməli idilər. Bu zaman cavabdeh Şəfiqə xanımı televizordan görüb onun vəkili olmasını istəmişdir. Buna görə də Bakıya gəlmiş və Şəfiqə xanımla görüşmüşdür. Şəfiqə xanım bütün sənədlərə baxıb 3000 manat gətirib verdikləri halda işi həll edə biləcəyini bildirmişdir. Onlar bankdan 3000 manat kredit götürmüş və həmin məbləği iki dəfə 1500 manat olmaqla onun hesabına yükləmişlər. İlkin olaraq o, ərizə yazmış və ərizə yazdığı üçün əlavə olaraq 30 manat pul vermişdir. Hər dəfə də onun yanına gəlikdə 50-100 manat ödənişlər etmişdir. Onların arasında müqavilə imzalanmamış, yalnız şifahi danışıqlar aparmışlar və onun əsasında 3000 manat pul vermişlər. Məhkəmə günü Ali Məhkəmədəki işləri təmin edilmədikdən sonra cavabdeh bildirdi ki, onlara məcburi pay alıb verə bilər. Sonra həmin iş də alınmamışdır. Belə olan halda o, Şəfiqə xanıma pulunu geri qaytarmasını xahiş etmiş, lakin o, imtina etmişdir. Halbuki, cavabdeh əvvəlcədən işləri alınmadığı halda pulu qaytarmayacağını söyləsə idi, o, heç vəkil tutmazdı. Bundan əlavə, ekspert rəyi ilə tanış olmuş və rəy ilə razı deyildir. Belə ki, onun imzası ancaq orderdə ola bilər, çünki onunla müqavilə bağlamamış və o, müqaviləyə imza etməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1544/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddia Cavabdeh2 münasibətdə qismən təmin edilmiş, Cavabdeh2 1490 (min dörd yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 31,59 (otuz bir manat əlli doqquz qəpik) manat hissəsi İddiaçı özünə aid edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2021-ci il tarixdə vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında hüquqi yardım göstərilməsi haqqında 686 və 687 saylı müqavilələr bağlanmış və mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Cavabdeh2 hesabına vəkil xidməti üçün müvafiq olaraq ayrı-ayrılıqda 1500 və 1500 manat olmaqla ümumilikdə 3000 manat pul ödənilmişdir. Vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında bağlanmış hüquqi yardım göstərilməsi haqqında 686 saylı müqavilədən isə görünür ki, vəkilə həvalə edilmiş tapşırığın mahiyyəti bütün dövlət orqanlarında sənədlərin toplanması və sorğuların verilməsi olmuşdur. Halbuki, məhkəmə tərəfindən dəfələrlə həmin sübutların nədən ibarət olması və verilmiş sorğularla bağlı məhkəməyə sübut təqdim edilməsi təklif olunsa da, cavabdeh tərəfindən hərəkətsizlik edilərək heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, 686 saylı müqavilə əsasında iddiaçı tərəfindən ödənilmiş vəsaitin hamısı vəkildən tutularaq ona geri qaytarılmalıdır. Bununla yanaşı, müqavilə ləğv olunduğu təqdirdə, vəkilə ödənilmiş qonorara münasibətdə həmin məbləğdən tutulmuş vergi və digər məcburi ödəmələrin geri qaytarılması üçün vəkil büro vasitəsilə müvafiq orqanlara müraciət etmək hüququna malikdir.Lakin, iddiaçının iddia etdiyi əlavə 500 manat vəsait nə tərəflər arasındakı müqavilələrdə nəzərdə tutulmuş, nə də onun ödənilməsi ilə bağlı hər hansı ödəniş sənədi təqdim etməmişdir. İddiaçı müqavilədənkənar ödənişlər etdiyini bildirdiyi halda, müqavilədə göstəriləndən daha artıq vəsait ödədiyini sübut etməlidir. Halbuki, iddiaçı ödədiyini iddia etdiyi 500 manat ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 777.1, 777.2, 778.1, 779.1 və 779.2-ci maddələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinə, 5-ci maddənin 3cü bəndinə, 16-cı maddəsinin 1-ci bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.1, 217.3 və 217.4-cü maddəsinə istinadla əsaslandırılmışdır. Cavabdeh2 apelyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və yəni 686 saylы müqavilə üzrə ondan 1490 manat pul tutulmasэ hissəsində ləğv edilməsini və iddianэn həmin hissədə tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X2 9 saylı Vəkil Burosuna və onsa qarşı "pul tələbinə dair” iddia ərizəsilə məhkəməyə muraciət edərək 9 saylı Vəkil Burosu və həmin Buronun vəkili kimi onunla arasında heç bir rəsmi sənəd olmadan aldanılaraq mənimsədikləri 3500 manat məbləgində pulun iddiaçı olaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və bildirmişdir ki, heç bir iş gürulməmişdir. Qətnamədən göründüyü kimi hakim onun izahatına "düzəlişlər” edərək guya iddiaçı hər dəfə onun yanına gələndə ondan 50-100 manat pul almadığını, ərizə yazıb 30 manat aldığını, 3000 manat pul aldığını, iddiaçının pulu onun hesabına keçirməsini, yalnız şifahi danışıqlar olmasını, heç bir müqavilə olmamasını, Ali məhkəmə işi onların xeyrinə etmədikdə pulu ondan istəmələrini və vermədiyini qeyd etmiş, onu həqiqətən də kiminsə pulunu mənimsəməkdə ittiham etmişdir. İşdən gorunduyu kimi hakim onun iddiaçını aldatdığını və öz hesabına pul keçirdiyini yoxlamaga başlamışdır və iddianın predmetindən kənara çıxaraq onun müqavilələrini araşdırmağa, nə işlə məşgul olduğunu yoxlamaga, saxta müqavilə bagladığını yoxlamaga başlamış və müqavilələrdə iddiaçının imzası olduğu barədə rəy verildikdən sonra isə onun heç bir iş görmədiyimi bildirərək 686 saylı müqaviləni ləğv etmiş və onun heç bir iş gormədiyini qeyd edərək ondan 1490 manat tutulub iddiaçıya verilməsini qət etmişdir. Müqavilənin pozulması və pulun geri qaytarılması barədə ona pretenziya qaydasında məktub göndərilməmiş, onun muqaviləsi ləğv edilmiş, guya heç bir iş görmədiyim kimi pulu iddiaçıya qaytarılmışdır, halbuki iddiaçı iddia ərizəsində bu məsələləri qoymamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən Bakı şəhər 09 saylı Vəkil Bürosunun rəhbəri Nümayəndə2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, sonrakı məhkəmə iclasları barədə ona məlumat verilsə də, məhkəmə kollegiyasının iclaslarında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı və onun nümayəndəsi iştirak edərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, sonrakı məhkəmə iclasları barədə məlumat verilsə də, onlar məhkəmə kollegiyasının iclaslarında iştirak etməmişlər. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər (779.2.1); vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu:

3. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. 5-ci maddənin İİ bəndi. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. 5-ci maddənin İİİ bəndi. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 16-cı maddənin İ bəndi. Peşə fəaliyyətini həyata keçirərkən vəkil:qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Иш материалларындан эюрцнцр ки, xx.xx.2021-ci il tarixdə vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında hüquqi yardım göstərilməsi haqqında 686 və 687 saylı müqavilələr bağlanmış və mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Cavabdeh2 hesabına vəkil xidməti üçün müvafiq olaraq ayrı-ayrılıqda 1500 və 1500 manat olmaqla ümumilikdə 3000 manat pul ödənilmişdir. İş materiallarından görünür ki, məhkəmə prosesində iddiaçı müqavilələrdən xəbəri olmadığını və müqavilələrə imza etmədiyini bildirərək, əminliklə müqavilədəki imzanın və əl yazısı ilə yazılmış soyadın onun tərəfindən icra olunmadığını qeyd etsə də, iş üzrə keçirilmiş ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı və Cavabdeh2, Nümayəndə2 adlarından olan 05 iyul 2021-ci il tarixli 686 və 687 saylı Hüquqi yardım göstərilməsi barədə müqavilələrdə “Müraciət edən” qrafalarındakı imzalar və “Cəfərova” yazıları – İddiaçı tərəfindən icra olunmuşdur Hazırki iddia üzrə iddiaçı aldadıldığını əsas gətirərək tərəfindən ödənilmiş 3500 manat pulun ona geri ödənilməsini tələb etmiş, məhkəmə tərəfindən iddia qismən təmin edilsə də, iddiaçı təmin olunmayan hissədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh2 isə iddiaya etirazda və apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, 1500 manat sənədlərin hazırlanması üçün, 1500 manat isə onları işdə təmsil etməyi üçün Beynəlxalq banka ödəniş edilməsini bildirmiş, bundan sonra Cəfərova Gülarə ilə 2 müqavilə bağlamışdır. Onlardan biri, yəni 686 saylı müqavilə bütün dövlət orqanlarında, 2cisi isə, yəni 687 saylı müqavilə Azərbaycan Respublikası Ali məhkəməsində hüquqlarını müdafiə etməklə bağlı olmuşdur. 686 saylı müqavilədə sorğu vermək istəsə də, sorğu verməmiş, vəziyyəti araşdırmaq və işlə tanış olmaq üçün Gədəbəy məhkəməsində və Gəncədə olmuşdur, işlə bağlı şikayətlər yazmış, daha sonra kassasiya şikayəti yazıb Ali məhkəməyə təqdim etmiş, 687 saylı müqavilə üzrə isə iddiaçı Cəfərova Gülarəni Azərbaycan Respublikası Ali məhkəməsində kassasiya şikayəti ilə bağlı hüquqlarını müdafiə etmişdir. Vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında bağlanmış hüquqi yardım göstərilməsi haqqında 687 saylı müqavilədən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən vəkilə həvalə edilmiş tapşırığın mahiyyəti mülki iş olmuşdur. Həmin müqavilə əsasında hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1490 manat müəyyən olunmuşdur. İş materiallarından görünür ki, hüquqi yardım göstərilən şəxs İddiaçı tərəfindən 1500 manat məbləğində pul vəkil bürosu vasitəsilə vəkil Cavabdeh2 hesabına ödənilmiş, vəkil isə öz növbəsində üzərinə düşən tapşırığı yerinə yetirərək kassasiya şikayəti yazaraq və s. yollarla Ali Məhkəmədə iddiaçının hüquqlarını müdafiə etmiş, lakin Ali Məhkəmə tərəfindən çıxarılan qərar hüquqi yardım göstərilən şəxsin ziyanına olmuşdur. İş materiallarından daha sonra görünür ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən ödənilmiş 1490 manat məbləğində pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulması Vəkil Cavabdeh2 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında bağlanmış hüquqi yardım göstərilməsi haqqında 686 saylı müqavilə ilə bağlıdır. Həmin müqavilədən görünür ki, vəkilə həvalə edilmiş tapşırığın mahiyyəti bütün dövlət orqanlarında sənədlərin toplanması və sorğuların verilməsi olmuşdur. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə həmin sübutların nədən ibarət olması və verilmiş sorğularla bağlı məhkəməyə sübut təqdim edilməsi təklif olunsa da, cavabdeh tərəfindən hərəkətsizlik edilərək heç bir sübut təqdim edilməmişdir. Hər iki müqavilənin «işin nəticəsi» qrafasında vəkil Cavabdeh2 kassasiya şikayəti yazdım məhkəməyə təqdim etdim» qeydləri aparılmışdır. Hüquqi yardım göstərilməsi haqqında 686 saylı müqavilədə vəkilə həvalə edilmiş tapşırığın mahiyyətinin bütün dövlət orqanlarında sənədlərin toplanması və sorğuların verilməsi olduğu halda vəkilin müqavilənin «işin nəticəsi» qrafasında vəkil Cavabdeh2 kassasiya şikayəti yazdım məhkəməyə təqdim etdim» qeydləri aparmasına Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin iclasında bunun texniki səhv olmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, vəkil, müqaviləyə əsasən hər hansı təşkilat və ya şəxsə vəkil sorğusu təqdim etməli, iddiaçını bu tapşırıqla bağlı üçüncü şəxs(lər) qarşısında təmsil etməli və bir sözlə ona hüquqi yardım göstərməli idi. Göstərilənlərin həyata keçirilməməsi tapşırıq alanın öz müqavilə öhdəliklərini həyata keçirməməsi, iddiaçının hüquqlarının pozulması deməkdir və bu halda sonuncu ödənilən vəsaiti geri tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ödənilmiş pul Bakı şəhəri 9 saylı Vəkil Bürosuna, qanunla müəyyən olunmuş tutmalar həyata keçirildikdən sonra isə vəkil bürosunun vasitəsilə tapşırığın icrası həvalə olunmuş vəkil Cavabdeh2 hesabına köçürülmüşdür. Belə ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosu tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 57 saylı məktubdan aydın olur ki, xx.xx.2021-ci il tarixli 687 saylı vəkil, vətəndaş və büro arasında bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən ödənilmiş 1490 manat pul məbləğindən DSMF 10% 148,38 manat, vergi 14% 186,96 manat, vəkillərin sığortası 2% 22,97 manat, Bank xərcləri 2% 22,97 manat, tibbi sığorta 0,27 manat, cəmi tutulmalar 387,77 manat çıxıldıqdan sonra, 1102,23 manat pul məbləği tam olaraq Cavabdeh2 kart hesabına köçürülmüşdür. Kollegiya hər iki cavabdeh üzərlərinə düşən öhdəliyi icra etmədikləri üçün müqavilə üzrə ödənişin hansısa hissəsinin vergi və digər dövlət məcburi tutmalarına sərf olunmasına istinad edərək, həmin vəsaitin tam həcmdə geri qaytarılmasından imtina edə bilməməklərinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, istinad edilən müqavilə formasına görə hüquqi yardım göstərilməsi barədə üçtərəfli müqavilə olsa da, burada iddiaçıya hüquqi yardımı göstərmək vəzifəsini, yəni müqavilənin əsas predmeti üzrə müəyyən hərəkətləri etmək vəzifəsini məhz vəkil öhdəsinə götürməsinə dair düzgün nəticəyə gəlmişdir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsində cavabdehlər 686 saylı müqavilə üzrə ödənilmiş vəsaitdən hansı məbləğdə vergi və s. tutmaların olmasını, sonda vəkil Cavabdeh2 hansı məbləğdə pul ödənilməsi barədə müvafiq yazılı və şifahi izahat verməmişlər. Kollegiya qeyd edir ki, vəkil qurumu qeyri-kommersiya hüquqi şəxsi olduğundan, bu xidmətin göstərilməsi ilə bağlı əldə edilən vəsaiti gəlir kimi əldə edə bilməz. Vəkil xidmətinin göstərilməsi ilə bağlı müqavilə üzrə vəkil qurumunun əsas funksiyası əldə edilən vəsaitdən vergi və digər tutmaların, vəkilin Vəkillər Kollegiyasına üzvlük haqqının hesablanıb-tutulmasını və müvafiq benefisiarlara köçürülməsini təmin etməkdir. Bu funksiyanı vəkil qurumu ona üzv vəkilin mənafeyinə xidmət üçün həyata keçirir və buna görə də, vəkilin bilavasitə onun vəzifə və risk dairəsinə daxil olan hər hansı hərəkəti etməməsinə və ya başqa formada tapşırıq verənə ziyan vurmasına görə ödənilmiş vəsaitin geri qaytarılması halında, həmin vəsaitdən daha əvvəl hansısa xərcləri tutması və ödəməsinə görə heç bir məsuliyyət daşımır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 686 saylı müqavilə əsasında iddiaçı tərəfindən ödənilmiş 1490 manat vəsaitin hamısı Cavabdeh2 iddiaçının xeyrinə tutularaq ona geri qaytarılmalı olmasına, eləcə də, müqavilə ləğv olunduğu təqdirdə, vəkilə ödənilmiş qonorara münasibətdə həmin məbləğdən tutulmuş vergi və digər məcburi ödəmələrin geri qaytarılması üçün vəkil büro vasitəsilə müvafiq orqanlara müraciət etmək hüququna malik olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə kollegiyasının iclasında birinci instaniya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1544/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar