Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7368/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 670/2021 saylı mülki iş üzrə 30.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 30.04.2021-ci il tarixli qətnamənin surəti iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətində göstərilən rəsmi ünvanına 16.05.2021-ci il tarixdə çatdırılmış, məhkəmə qətnamənin çatdırılması üzrə zəruri tədbirləri həyata keçirmiş və qətnamə icraya yönəldilmişdir, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini 23.06.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülübötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş və qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir (məhkəmə aktı icraya yönəldilirsə - deməli qanuni qüvvəsini almışdır). Qeyd edilənlərdən əlavə, apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyətli olmasına dair sənədin lazımi qaydada təsdiq edilmiş deyil –adi fotonüsxəsi əlavə edilmişdir. Qeyd edilən xüsusatlar sübutların təkzibedilməzliyi və ehtimalların yolverilməzliyi müstəvisində sui-istifadəyə şərait yaradan hallar olaraq apellyasiyanın mümkünlüyü üçün prosessual əsasları istisna edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-137,146, 357-366, 372, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-670/2021 saylı mülki iş üzrə 30.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7368/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7368/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver