Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7368/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 3.910 manat, faiz borcu kimi 296,72 manat, cərimə kimi 52,88 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, əsas borc kimi 3.910 manat, faiz borcu kimi 296,72 manat, cərimə kimi 52,88 manat, ümumilikdə 4.259,69 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62.59 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində qətamənin əsas borca və cəriməyə aid hissəsi mübahisələndirilib. Şikayətdə qeyd olunub ki, əsas borcun məbləği 3.910 manat müəyyən edilərkən cavabdehin ödədiyi 970 manat nəzərə alınmayıb. Odur ki, qətnamə əsas borca və 52,88 manat cəriməyə aid hissədə ləğv edilməli və yeni qətnamə qəbul olunmalıdır. İddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, krediti mənzil təmiri üçün götürüb, qətnamədə qeyd olunan məbləği mübahisələndirmir, lakin maddi vəziyyəti həmin məbləği birdəfə ödəməyə imkan vermir, qətnaməni hissə-hissə icra etmək istəyir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 272872 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 4.500 manat kredit verib. Kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 17 faiz müəyyən olunub. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, cavabdehin iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu var. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7368/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7368/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver