Məhkəmə qərarları › İş №2(103)-737/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-737/2020

10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-737/2020 10.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi RayonMəhkəməsinin 2(001)-6226/19 saylı, 24sentyabr2019-cu iltarixliqətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi RayonMəhkəməsinin 2(001)-6226/19 saylı, 24sentyabr 2019-cu iltarixliqətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, onun tərəfindən iki dəfə hər dəfə 1000 manat olmaqla, cəmi 2000 manat ödəniş edilmişdir, həmin ödənişlər isə nəzərə alınmamışdır. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək, məhkəməyə xx.xx.2019-cu il tarixli ödəmə çeki təqdim edərək bildirdi ki, onun tərəfindən 2000 manat ödəniş edilmişdir, 1000 manat ödənişlə bağlı çek var, lakin digər 1000 manatla bağlı sənəd yoxdur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 1479 saylı müqavilə ilə cavabdeh 8 ədəd televizor üçün hər ay 1000 manat olmaqla, cəmi 8000 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilmiş və onun möhürü il təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ödəmə çekindən məlum olur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 1479 saylı müqavilə üzrə 1000 AZN məbləğində ödəniş etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, sonuncu ümumi dəyəri 8000 manat olan 10 ədəd 32 ekranlı, 5 ədəd 42 ekranlı “Vestel” markalı LED televizoru 8 ay müddətinə hər ay 1000 manat ödəmək şərti ilə əldə etmiş, müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən, 8000 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdehin məhkəməyə təqdim etdiyi İddiaçı MMC tərəfindən verilmiş və onun möhürü il təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ödəmə çekindən məlum olur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 1479 saylı müqavilə üzrə 1000 AZN məbləğində ödəniş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh 2000 manat ödəniş etdiyini bildirmiş, lakin yalnız 1000 manat ödənişlə bağlı sənəd təqdim etmişdir. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 1479 saylı müqavilə üzrə 1000 manat ödəniş etməsi ilə bağlı sənəd təqdim etdiyindən, qətnamə cavabdehdən tutulacaq pul məbləği hissəsində qismən dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 7000 manat tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən, cavabdehdən tutulacaq pul məbləği hissəsində hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 7000 manat tutulmalı, cavabdehin apellyasiya şikayətinə münasibətdə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi RayonMəhkəməsinin 2(001)-6226/19 saylı, 24sentyabr 2019cu iltarixliqətnaməsi qismən dəyişdirilsin, Cavabdeh iddiaçının xeyrinə 7000 (yeddi min) manat pul vəsaiti tutulsun. Qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar