Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7372/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılmasi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2578/20 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması» tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə tutulan 108 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: tərəflərin övladları xx.xx.2011-ci il təvəllüdlü X9 xx.xx.2013-cü il təvəllüdlü X7r (səh.7); «MARS Overseas Bakı Ltd» müəssisəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi müəssisənin Tədarük və X2 şöbəsi Çatdırılma bölməsində sürücü işləyir və aylıq əmək haqqı 626,82 AZN təşkil edir (səh.29); Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-5704/2015 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011 -ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment tutulmuşdur (səh.9). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2578/20 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-5704/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməsi və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. X4 Təşkilatının "Uşaq hüquqları haqqında” xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə; "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77.1 , 106, 112, 119, 217; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75, 76, 78, 112-ci maddələrinə; "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair xx xxxx 2016-cı il tarixli Qərarına; "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9-cu maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2011 -ci il təvəllüdlü X5 və xx.xx.2013- cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 108 manat miqdarında aliment tutulmasına dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-5704/2015 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2020-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh 2 uşağa görə sabit pul məbləğində hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat miqdarında aliment tutulmalıdır. bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Bu baxımdan cavabdehin aylıq əmək haqqından başqa digər qazancı olmaması və bununla da alimentin miqdarının artırılmasına razı olmadığına dair dəlillərinə qiymət verərək onun bu dəlillərini tənqidi yanaşır. Belə ki, cavabdeh özü məhkəmə iclasında etiraf etmişdir ki, ödədiyi alimentdən başğa hər ay onların kommunal xərclərini və başqa zəruri xərclərini ödəyir. Bu isə ona dəlalət edir ki, cavabdeh həmin xərcləri ödəmək iqtidarındadır. Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabehdən hər ay sabit pul məbləğində 108 manat miqdarında aliment tutulmasına dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-5704/2015 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)- 5704/2015 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli 2(010)-2578/2020 saylı qətnaməsini ləğv edib, onun iddiasını, alimentin əvvəli 216 manat miqdarında qalmasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Ailə Məcəllənin 56.1, 76-cı maddələrinə istinadən qeyd edilmişdir ki, onunla birgə xx.xx.2010-dən xx.xx.2015-ci ilə kimi rəsmi nikahda olan X10 onun uşaqlarına ödədiyi alimentin miqdarınin artırılması haqqında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Onların birgə nigahdan doğulmuş 2 övladı var, xx.xx.2011-ci il doğumlu qızı Aytaç və xx.xx.2013-cü il doğumlu oğlu Ramiz. O, keçmiş həyat yoldaşı X10 ilə xx.xx.2015-ci il tarixinə qədər birgə yaşadıqları dövrdə uşaqları ilə çox yaxşı münasibəti olub və onların hər bir maddi tələbatını ailə büdcəsi daxilində tam valideynləri ilə birlikdə tam təmin etmiş, ondan əlavə olaraq yaşlı xəstə valideynləri də xəstə və özlərinin müalicəsi üçün istifadə etməli olan vəsaitlə kiçik miqdarda olsa da uşaqların qayğısına qalmış, mümkün səviyyədə onların istəklərini, baxımını təmin etmişlər. Amma onların özlərinin qayğıya və vəsaitə ehtiyacı var. X12 (1950-ci il doğumlu) açıq ürək əməliyyatı keçirmiş, beyin damar tutulması diaqnozlu xəstədir. Anası əmək qabiliyyətini 80-90% itirmişdir. Onlar, valideynlərin, 2 övladları, o və keçmiş həyat yoldaşı ümumilikdə 6 nəfər, hal-hazırda qaçqın statusu ilə Günəşli qəsəbəsinin 269 saylı keçmiş uşaq bağçasında məskunlaşmışlar. Məqsədi odur ki, hər iki valideynin diqqət baxımına cox ehtiyacı var, amma bu çətinliklərə baxmayaraq nəvələrinə olan sevgiyə görə, onlara öz yaşayış sahəsinin bir hissəsini ayıraraq yaxınlarında saxlamış və onlara hər cür baxımı diqqətdə saxlayır, çünki anaları işə getdiyi zaman onlara diqqət yetirirlər. Bütün kommunal xərclərini (su,qaz,işıq qaçqın statusu ilə və.s) özləri ödəyirlər. O, uşaqlarını necə çox sevirdisə, bu gün həmin istəklərlə onları sevir, onların rahat, təminatlı yaşamasını istəyir və istəməkdə davam edir. Onun hal-hazırda işlədiyi təşkilatdan aldığı aylıq məvacibi ona verilən hissəsi 575 AZN təşkil edir və onun haqsız olaraq yazdığı kimi əlavə heç bir gəliri yoxdur, bunu isbat etmək o qədər də çətin iş deyil. O, uşaqlarına aliment ödəmək üçün çox ağır şərtlər altında sürücü- fəhlə işinə razılıq vermişdir, baxmayaraq ki, ali təhsilli bir insandır. O, öz ixtisası üzrə iş tapa bilmədiyindən bu şərtlər daxilində çalışmalı olur. Aylıq məvacibin 216 AZN , yəni 43,2%-i uşaqlar üçün təyin olunmuş alimentə ödəyir. 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi tutula bilər, yəni maksimum 33,33 % miqdarında, onun aldığı aylıq əmək haqqı 575 AZN təşkil edirsə, onun 33,33%-i 191,7 AZN təşkil edir. O çox istərdi ki, uşaqlarının bütün ehtiyaclarını ödəsin, amma bu günkü əmək haqqı bundan artığına imkan vermir, qeyri-qanuni yollarla isə əlavə gəlir qazanmaq fikri yoxdur. Ağazadə Aytənə bu aliment kifayət deyilsə və uşaqları saxlaya bilmirsə,o, təklif edir qarşılıqlı razılıqla, ya uşaqların hər ikisini, ya da birisini o, digəri onda qalmaq şərti ilə o, öz yanında saxlamağa hazırdır və ikisi də onun himayəsinə keçərsə ondan heç bir maddi tələbi olmayacaqdır. Belə olarsa heç kimin bir-birinə iddiası olmaz və nəticədə uşaqlarla münsibətləri normal saxlayaraq, uşaqların ya ana ilə, ya da bir-biri ilə ünsiyyətdə olmasını təmin etmək olar. İddiaçının iddiasına görə Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 13-cü maddəsinə əsasən, əsaslandırdığı səbəblərə görə hər nəfərə görə Azərbaycan Respublikasında yaşayış minimumu 170 manat təşkil edir. Bu səbəbdən hər uşağa görə 170 manat aliment təyin edilməsini tələb edir. Əgər belə olarsa, o zaman hər valideynin üzərinə iki uşaq üçün 170 manat düşər ki, onun hal-hazırda ödədiyi məbləğ 216 manatdır, ödəməli olduğundan 46 manat daha çoxdur. Uşaqların xərcləri hər iki valideynə aiddir, əgər bir nəfər üçün minimum yaşayış səbəti 170 manat isə, hər tərəfə 170 manat xərc düşür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun əmək haqqısı rəsmi olaraq 627 manat qeyd edilsə də, vergi tutmaqla 575 manat əmək haqqı əldə etdiyini, bir ay əvvələ kimi yaşadıqları evin qazını və işığını onun ödədiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, işləmədiyini və uşaqların başqa dolanacaq təminatlarının olmadığını bildirərək qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; AM-nin 75-78, 99, 112.1; MPM 14.2, 76, 77.1, 80, 81, 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən artıq yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2578/20 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7372/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7372/2020
12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver